George Boqza (6 fevral 1908-14 sentyabr 1993) solçu və kommunist siyasi məhkumluğu ilə tanınan rumın avanqard esseist, şair və jurnalisti idi. Müharibə dövründə üsyançı kimi tanınan ən təsirli Rumıniya sürrealistlərindən idi. O, mübahisəli şeirlərindən bir neçəsinə görə iki dəfə plagiatda günahlandırılaraq həbs olunub. Boqza, Rumıniyada çoxlu sayda rəssamlıq əsərlərinə görə uğur qazanmışdır. Kommunist Rumıniya qurulduqdan sonra, Boqza öz üslubunu Sosialist realizmə uyğunlaşdırdı və hökumətə xidmət edən ən əhəmiyyətli ədəbiyyatçılarından birinə çevrildi. Geo Boqza "Viata Romaneasca" və "Romania Literara" jurnalının redaktoru, Rumıniya Yazıçılar Birliyinin rəhbərlərindən biri və Rumıniya Akademiyasının üzvü idi.
***
Məndə birisi var
heç bir ağrı onunla yad deyil...
Yeddi min illikdir.
Məndə birisi var
Birisi canından çalışır ki,
heç uğuru puça çevrilməsin
on altı yaşı var.
Adi insanların yaşları mənim canıma yapışmaz
həmişə yeddi min yaşım olub.
Amma dünyanın çətinlikləri qarşısında
gərək ki,
On altı yaşında öləm.
***
Vərşoda bir qız belə deyirdi:
Məni sığallamaq istəyirsənsə, mane olmayacam
Məni öpmək istəyirsənsə, olsun.
Sinələrimi soyundurmağa icazə verərəm
amma bilməlisən ki, almanlar atamı güllələdilər
Yandırdılar qardaşımı kürədə.
Məni sığallamaq istəyirsənsə, mane olmayacam
Amma bilməlisən ki, bütün bu ölülər məndə ağlayırlar
Və mən təpədən-dırnağa kül olmuşam.
Məni öp,
amma kaş bu öpüş sənin ağzını acı etməsin!
***
Yuana Maria bir gəmidir başqa dünyadan
1
Fevral ayının gün ortası idi, Yuana Maria
Gedib küçələrdə gəzək - dedim
və əlinə bir çiçək verdim.
Belə başladı o günorta
Şəhər qaranlığa batdı...
Surətsiz insanlar keçirdi yanımızdan,
uzaqlara səfər etməyi düşünürdülər.
Hiss etmədən bizi də götürüb aparırdılar uzaqlara
Yanımda addımlayırdın
qaranlıqda,
sanki avaz səsini eşidirdim,
səssiz-səmirsiz
özünçün nəğmə oxuyurdun.
Fevral ayının günortası idi,
bir hekayənin başlanmasına möhtəşəm gün idi.
Yuana Maria,
əlində çiçək vardı,
qıpqırmızı idi.
2
Bir qəribə ulduz göydə tapılmışdı
gündüzlərdə də görünürdü,
şəhərin gözü ondaydı,
sadəcə, mən ondan göz götürmüşdüm,
sənə baxırdım, Yuana Maria!
O il, o qəribə ulduz
gündən-günə parlayırdı,
şəhər ondan gözünü götürmürdü.
Sadəcə, mən sənə baxırdım,
sənə baxırdım, Yuana Maria.
3
O günlər dəmir parçalarıtək tökülürdü şəhərə,
buludlar
bizi ondan qoparırdılar,
çətin günlərimizi keçirirdik,
üfüqdən külək göy qurşağının damlalarını gətirirdi
və uzaqların ətrini...
Mən daima əllərinə baxırdım
və əllərin gözəldir, deyirdim.
Əllərin özünə bənzəyir, Yuana Maria.
4
Bir dəfə səninlə küçəbəküçə qaçırdıq,
əlində bir qırmızı gül var idi.
Sənə dedim:
uzaqlara gedəcəyəm, Yuana Maria
qayğılı fikirlərə daldın
və o gülün ləçəklərini bir-bir
dərməyə başladın.
5
Hələ də şəhərdən uzaqdakı ormanları sevirəm, Yuana Maria.
Arasından keçdiyimiz ormanlar
sadə və təbii ormanlar,
şəhərdən uzaqdakı ormanlar
amma mən sənə darıxmışdım.
Hər şey mənə möhtəşəm gəlirdi
deyirdin bu təpənin o tayında
fəvvarələr yurdudu.
Bəli, Yuana Maria
təpənin o tayında Fəvvarələr yurdudu,
amma biz heç zaman ora çatmayacağıq.
6
Böyük və parlaq bir ulduz idi,
həyrətlənmişcə ona baxırdıq.
Sənə dedim: bəlkə, o mənim ulduzumdu
yox, Yuana Maria, o sənin ulduzun deyil,
sənin ulduzun başqa ulduzdur.
Bilinməyən bir ulduz
adamlar görə bilməzlər
sadəcə, bu dünyada mən bilərəm
hansı ulduzdur sənin ulduzun, Yuana Maria.
7
Hərəkətsiz durub sənə baxdığım axşamlar
Yuana Maria,
gözəl idin, Yuana Maria.
Tanınmayan adalardan çamış
bir yelkənlə gəmi kimi
gözəl idin, Yuana Maria
və mən sənə baxırdım,
səndən məst olurdum
dənizin ortasına aparan
bir yelkənli gəmi kimi ki, səni rəqs etdirirdi,
ki, səni aparırdı
dünyanın sonuna
belə idi, Yuana Maria.
8
O payız, Yuana Maria
Həyatımın ən kədərli axşamlarını yaşadım
Şəhəri bürüyən dumanlı axşamlar,
səhərə kimi saat ağır yeriyirdi
və mənim ürəyim sənə darıxırdı, Yuana Maria.
Sənə darıxdığım axşamlar
Aya darıxıb gecə addımlamağa adəti olanlar kimi
Amma sən həmişə başqa tərəfdəydin
səhərə kimi saat ağır yeriyirdi
və hirsli duman şəhərə yuva salırdı,
sənə darıxdığım axşamlar, Yuana Maria
9
Sənin fikrində olduğum gecələr,
Yuana Maria,
tənha və çılpaq.
Kədərli Ay işığı altında
ki, göy üzündən damla-damla qanımı sorurdu
və səhər öz başıma buraxırdı.
Sarala-sarala
özümü gündüzün üzündən yuxarı çəkirdim
okeanların dibindən çəkən kimi
mənə baxırdın, deyirdin:
nə saralmısan!
Hə... Yuana Maria, saralmışam!
Və hər dəfə ki, səni düşünürəm
həyatım boyu
saralıram...
10
Məni yuxudan oyadan səhərlər,
Yuana Maria,
işıq kimi mənə tərəf gəlirdin
iki Günəş aləmdə zahir olan səhərlər kimi.
Yuana Maria,
belə bir səhərlərdə
həyatla üz-üzə qalırdım
və saçlarım küləkdə dalğalanırdı
səhərlərdə gözəllikdən parlayan güllər
iki Günəş aləmdə zahir olan səhərlər
sən məndə zahir olurdun, Yuana Maria
qanımdan,
məni yuxudan çəkib qoparan
alovlu və gənc Günəş
düz gözümü açan dəqiqə
səni düşünürdüm
və səndən başqa o aləmdə kimsəni görmürdüm.
11
Torpaqda sürünən islaq o buludlu günlər
heç zaman təkrarlanmayacaq daha,
Yuana Maria,
heç zaman təkrar olmayacaq!!
Adını işığın ucuyla köşklərə yazdığım gün
yanıb-sönən işıqlarla,
sönüb-yanan işıqlarla,
amma adın qaranlıqda köçdü
bu ulduzdan başqa ulduza,
bu göydən o birisi göyə.
Elə oldu ki,
mən köşklərin ucuna yazdım
yanıb-sönən işıqlara,
sönüb-yanan işıqlara yazdım.
O zaman ki, adını aləmin sonsuzluğuna daşıyırdılar...
12
(İndi dənizlər bizi uzaqlara aparır)
Biz təzə bir-birimizə günaydın - dedik,
Yuana Maria
O zaman ki, gecələrin bitməz tənhalığında
Tapdıq bir-birimizi Günəşin doğmasında
və həyat bizim dodaqlarımıza qədər yeridi.
Acı və kədərli...
Biz iki yelkənli gəmi kimi olduq
Gecələrsə səfərdən sonra səhər çağı bir-birilə görüşən kimi.
Və faniliyin dalğaları ucalığında
bir-birinə salam verən kimi
Bu gün dənizlər bizi uzaqlara aparır.
Tərcümə edəni: Ümid Nəccari
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!