Kimsə, haçan "necəsən" soruşanda,
Nəzakətlə, "yaxşıyam, sağ ol", - deyirəm.
Amma... osteoartritim var, bu hələ hamısı deyil,
Astma, ürək də incidir hərdən...
Nəbzim zəif, qanımda xolesterin çox,
Ancaq nə qəm, yaxşıdı, bu yaşımda.
Meşə kənarıyla gəzə bilmirəm daha,
Ən asan yolu tutub getmək istəsəm belə...
Gecələr yuxusuzluq yorub əldən salır,
Ancaq səhər açıldımı, keçib-gedir hər şey.
Başım hərlənir, yaddaşım sönüb gedir,
baxmır sözümə,
Ancaq bu yaşımda yaxşıdı, çox yaxşıdı!
Bu kiçik şeirdən nə alınır?
Demək, qocalıq gəldimi,
Ən yaxşısı, bir gün sümüklərin
sınacağını qəbul etməlisən...
Heç zaman qocaldığınızı dilinizə gətirməyin,
Dişlərinizi sıxaraq taleyə boyun əyin,
Ətrafınızı xəstəliyiniznən çərlətməyin,
Qocalan kəslər üçün ən yaxşı məsləhət:
Dişlərinizi sıxın, bir-birinizə gülün beləcə.
Səhər yataqdan güclə qalxanda
Qəzetlərdə nekroloq oxuyursuz,
Adınızı burda görmədinizsə,
Demək, yaşayırsınız, hələ yaxşıdı hər şey!
Fransız dilindən tərcümə edəni: Cavanşir YUSİFLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!