Sənə gəldim
Qoşup gəldim mor gül qoxan bağlardan,
Açıp coştum kavuşmayan dağlardan.
Əllərimdə məşalə sönməyən ocaklardan,
Sənə gəldim, sənə gəldim, Azərim.
Yurdumdan yurduma salam gətirdim,
Yarı qalmış masalları bitirdim.
Ver əlini, tüm əlləri yetirdim
Sənə gəldim, sənə gəldim, öz elim.
Qazanımda qaynar duran aşlarla,
Haksızlığa əyilməyən başlarla.
Sinəmə çəktigim acı yaşlarla
Sənə gəldim, sənə gəldim, öz dilim.
Ver əlini, Azərbaycan, canım, can.
Sənə olsun sinəmdəki can qurban.
Ölürsəm də vaz geçmərəm bu yoldan
Sənə gəldim, sənə gəldim, sevgilim.
Bakı, 22.10.2001
Salam sana, Bakı
Sən düşümdəki
Dalqasız dənizlər uykusu.
Avuclarımda cıvıl-cıvıl kuşlarla
Sənə həsrətimi gətirdim.
Sənə səslənirəm.
Ana dilimdə.
Uzat qollarını
Tut əllərimdən.
Aydınlığa qovuştum.
Sislər dağıldı birdən.
Baktım ki, Bakı bənə qucaq açır
Salxım-salxım sevgisini
Dört mövsüm yengi yerində
Ətrafıma saçır
Salam, sənə, Bakı
Ey türkülərimin dili
Ey ulu əcdadlarımın eli
Ey gülünü
Yadlara qoxlatmayan sevgili.
Yağmur
Bəni ağlayarak geçirmiştin
Gecəndə
Bu səfər bərəkətlə qarşılayırsan.
Yüzümə vuran tanələrində
İlık bir bahar busəsi
Avuçlarıma çiçək-çiçək doldu.
Saçlarımda oynaşan külək
Sanki bənə xoş gəldin deyirdi.
Sabah, pəncərəmə düşən günəş
Yüzlərcə günaydın deyirdi.
Bən yıllardır bu sevgiyə həsrət
Tanə-tanə sindirirəm
İçimə bu coşkuyu,
Rəbbim, deyirəm,
Söndürmə günəşi,
Ayı, yıldızı.
Tut əlimdən
Yaxın kıl əbədi ayrışmamızı...
Bakı, 8.11.2001
Qarğışa uğramış kişi
Ummuştu çox şey,
Gündən, günəşdən.
Yardan, qardaşdan
Qırılmıştı, vurulmuştu
Az gəlmiş, düz getmiş
Çox demiş.
Dəniz demişti.
İki maviyə inanmış,
Batmıştı, boğulmuştu.
Qarğışa uğramış bir kişiydi
Yol demiş, yoldaş demişti.
Qum demiş, qumsal demişti.
Əllərini tikənlər kəsmiş,
Nə yol qalmıştı, nə yoldaş
Qarğışa uğramış bir kişiydi.
Diləmişti diləgini diləksizlərdən.
Dağılmıştı yuvası
Qapıldığı ilğımla
Sayrı ellərdə qalmıştı duası.
Aldanmışıq
Torpaqlar torpaq deyə torpaq yaradılmadı
İnsanlar insan deyə torpağa atılmadı.
Həyata həyat deyə bir gözlə baxılmadı
Devrimlər sellər kimi əsrlər yaxmadadır
İgidlər torpaq kimi torpaqda yatmadadır.
Günlər düzülüb gedər, hər gün eyni biçimdə
Qürbət sel kimi coşar tortulaşmış içimdə
Güllər var alov-alov, açar xəzan bağçamda
Güllər ki, ömrüm kimi əriyib solmadadır,
Güllər ki, ardım sıra süzülüb axmadadır.
Necə gözlər yollara ümidlə baxdı, daldı
Necə illər sevgini sevgidən qapdı, aldı.
Necə gəncin əli boş, gözü ardında qaldı.
Yollar ki, sərab kimi silinib bitmədədir,
Yollar ki, illər kimi düzülüb getmədədir.
Xançı ilə həsbhal
Nə qürbətdə gəzdim, nə də yoruldum
Nə dərdim söylədim, nə də soruldum
Sirrimi deyəcək tək səni buldum
Mən kəndi yurdumda qəribəm, xançı.
Sənə anladacaq dərdlər çox məndə
Güllərim dərildi təzə gülşəndə.
Artıq qaranlıqdan bəhs etmə sən də,
Əzəldən bu zülmət nəsibim, xançı.
Nə qədər anlatsam, yenə ruhum boş
Vaz keç məndən xançı, qəriblərə qoş.
Təsəlli yox mənə, burax başıboş
Mən kəndi yolumu seçmişəm, xançı.
Yolçu sərab
Bir əzəli yoldur ki, fani ömürdə həyat
Dalğın bir irmaq kimi əlimizdən sürüklər,
Zənn etmə gələcəkdir, yolun sonunda vüslat
Səni yalqızlıq yolun bitdiyi yerdə bəklər.
Ayrılır bu yola çıxmış olan sevənlər
Hər yolçudan bir silik iz, xatirə qalacaq
Müsafirdir bu yolda ağlayanlar, gülənlər
Səni müşfiq qucağı ana torpaq saxlayır.
Hənuz dodaq izlərin silinmədən bardaqda
Vücudunun istisi soyumadan yataqda
Sən gedərsən, o gedər, uzun yollar bitərkən
Bir gün gəlir köçərsən, ah varamadım deyərkən.
Yol
Ətəyində solmuş illərin sərinliyi
Gözlərində nədamət illərinin mənliyi
O qaranlıq qapıdan irəliyə keçincə
Üfüqlər qədər ülvi, tanrılar qədər uca
Qanadırkən dodaqlar bir gülün yarasını
Cızacaqdır zehninə yolların mənasını
Yollar ki, gəlişmidir, gedişmidir bilmirik,
Yollar ki, durmadadır, gedən və gələn bizik.
Həyat bəstəsi
Rübai
Əriyib axşama qarışırkən gün
Dura bilirmişsən həp öylə gülgün.
Həyat bağçasından bir gül daha dər
Bitmədən son dəmi bu fani ömrün.
Salam
Salam hər kəsə
Dosta, yoldaşa,
Bakıdakı qardaşa
Avuçlarında uyusun əlim.
Birdən sinən dalgalar gibi.
Dinsin həsrətim.
Masal qalmasın yarım.
Salam sənə,
Bosnadakı dul bacım.
Acın, acım
Dilimlə, gözlərimlə
Dərdini
Sərinlətmək amacım.
Salam sənə,
Macarıstanda
Kaynayan daşım.
İçin boş, dilin tutsaq.
Dərdini silməyə,
Yetməz göz yaşım...
Salam sizə
Erbildən salam.
Müzəffərədin minarəsindən,
Qaladan salam.
Buğda, sümbüllərindən
Karvan geçən quşlardan
Süt ırmak
Dadlı qaymaq
Tüm yalın-yoldaş
Kalın qardaştan
Salam.
Bağdat, 30.07.2001
Kərkük burası
Kərkük burası,
Anam qoxusu
Baharlarına yas çökmüş
Qurumuş güllərinin duası,
Kərkük burası.
Sokaklar ıssız
Kaplamış bənliyini, ələm duyğusu.
Yüzlər yabancı, gözlər yalancı.
Konuşulan dili anlamamak nə acı!
Ey anamın qapanmayan yarası!
Kərkük burası.
Ağlamaklı pəmbə səmaları
Analar umutsuz,
Yavrular öksüz...
Hər köşədə bir ağac bitmiş
Köksüz!
Yad əllərdə qaldı mirası,
Kərkük burası...
Qardaşım Rəşat
Canımdan, ruhumdan,
Özlü soyumdan.
Gönlümdən bir şeylər alarak gettin.
İçimdə bir qərib əzgi,
Qəlbimdə ılım-ılım sevgi.
Əl sallayışında
Ayrılık öyküsü,
Gözlərində hüzün duygusu.
Ey! Qanımdan, soyumdan,
Baba ocağımdan
Bənə günaydınlar gətirən
Qardaşım!
Anam qoxusu...
Ankara, 6.10.2000
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!