Üçrəngli o bayraqın fəraqi
Açmış yürəgimdə üç cərahət,
Gəl, gəl ki, vüsalin iştiyaqi
Verməz daha intizarə fürsət,
Yüksəlməni görməlü olursam
Şanlı yenə parlaman başında,
Yazsın oğulum qəbir daşımda
Millət oxusın o lövhi hər dəm:
"Ah! ey pədərim cəhanda mə'yus-
Ğəmli yaşadın iqab içində,
Olmam dedin iftizahə mə'nus,
Çignənsə canım əzab içində.
Derdin ki gələr zəmani-vüslət
Derdin ucalar o şanlı bayraq,
Derdin ki vətən bulur səadət
Derdin yetüşür zəmani-itlaq,
Qaldır başını türabidən, bax
Hürriyyətin əql alan nigari,
Sən sevdigin üç nişanlı bayraq,
Şimdi hamu gənci ixtiyari.
Məs'ud uyuyor saçanda fərlər
Yetmiş yerə qatlı parça iştə,
Gəlmiş bizə ol sevimli dilbər
Bənzər vətənin bu gün behiştə"
1 həziran 1924
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!