Çobanyastığını maraqlandırmır, sevir?... sevmirlər! - Hissin Mimesisi - Nargis

                                           Sıfır

Gedişlər

Eh...

Ən çox gedişlərdən bezir insan

Gizlin,

aşkar gedişlər...

Qara, ağ gedişlər ...

Boş ver, olsun!

Bu gün bütün çobanyastıqlarının ləçəkləri bozdur.

Bütün ümidlərin adı  "O"...

Bütün eşqlərin adı xəyanət!

Tanrı boz gedişlərdən qorusun...

Mən adına, sadəcə, sevgi demişdim, ancaq anladım ki, insan ən mükəmməl şəkildə özünü aldadırmış. Özümüzü özümüzdən başqa kim daha yaxşı tanıyır ki?

Mən elə bilirdim, sən! Mənə görə sən məni məndən daha yaxşı anlayır, Daha çox sevirdin...

Sevə bilərdin...

Nə?

Çobanyastığı?

Çobanyastığı bəyəm səndən ağıllıdı?

Sevir?!

Sevmir?

Eh... Həmişə belə olub,

Bir ovuc skeptik düşüncə yağmuru...

Bir ovuc vecsizlik sarır  beynimi

Keyiyir hər şey...

Əslində, hər şey yalandı,

Bəlkə də, elə boz da yalandı...

Ən zərif ləçəkləri mən səndə gördüm, ey çobanyastığı?

Bəs küləklər?

Yarpaqların?

Ləçəklərin?

Nədir bu ucsuz-bucaqsız təzadlığın adı?

Bu gün bütün çobanyastıqlarının ləçəkləri bozdur.

Çobanyastığını maraqlandırmır, sevir?

sevmirlər!

And içirəm ki, sevmirlər!

Görəsən, çobanyastığına nə üçün çobanyastığı deyilib?

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!