Geniş dünya, böyük həyat,
Ey kainat!
Sənin yaşıl bir səhnəndi
Yer kürəsi.
Orda bəlkə eşidilir
İnsan səsi.
Burda hələ karnavaldı.
Bu gün dünya maskalanıb.
Üzü - özgə, içi laldı.
Bura qaynar bir bazardı,
Sathasatdı, alhaaldı.
Bu bazarda
Düzgün olmaq,
Üzgün olmaq
Bizə qaldı.
Yaradan yaxşı bilir ki,
Bizə bu ömür halaldı.
02.11.2018
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!