Vaqif Bayatlı Odərdən bir şeir...

 

Xəritədə Türkiyə Avropa üzərində şaha qalxmış at yalı,
Avropa da Türk atı altında yarı at yəhəri, yarı at nalı
İstəyirsən, göy üzündən
bütün qitəyə bax,
istəyirsən, ancaq xəritəyə bax,
ya da könlünün gözüylə
göy üzünün nur düzünə,
nur dənizinə qalx bax,
görəcəksən, Türkiyə Avropa üzərində
dörd ayağını dörd dənizə qoyub
şaha qalxan Atın mübarək yalı kimi,
Avropa da Türkün at yalının altında
yarı at yəhəri,
yarı da, qılınclar, qalxanlar əyən,
qılınclar, qalxanlar yeyən
Türk atının nalı kimi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!