Sizə Mehmet Ömer Kazancıdan danışmaq istəyirəm. Çox maraqlı insandır. Onunla Kastamonuda tanış oldum. IX Dünya Türklərinin Ədəbi dərgilərinin konqresi 2018-ci ilin Mədəniyyət paytaxtı seçilmiş bu qədim şəhərdə keçirilirdi. 28 türk ölkəsində çap olunan ədəbi dərgilərin nümayəndələri sözün istisinə yığışmışdı. Kərkükdən gələn iki nəfərlə elə oteldə tanış olduq. Söhbəti, sözü duzlu-məzəli Sabah Abdullah Kərküklü və Mehmet Ömer Kazancı. Həmişə mənə elə gəlir ki, Kərkük bir ananın qəriblikdə yaşayan övladıdır. Uzaqdadır, hər vaxt əl çatmır, yanına tez-tez getmək olmur, dara düşəndə əlini tuta bilmirsən, bəzən başına nə gəlir - xəbərin olmur, amma onun yeri həmişə ürəyindədir, o ağrıyanda canın ağrıyır, narahat olanda yuxunu qarışdırırsan, burnunun ucu göynəyir. Anasından ayrı düşmüş bala kimidi Kərkük.
Sen benim gözlerimde bin yıllık bir rüyasın
Gözlerimden, Kerkük'üm, seni çalan mı olur?
Adım adına bağlı, kaderim kaderine,
Uğrunda baş veririm desem, yalan mı olur?
Mehmet Ömer Kazancı şivəsilə, söhbətilə, münasibətilə doğmalığını hiss etdirirdi. Mənə elə gəlirdi ki, bu dəyərli professoru ilk dəfə deyil görürəm, uzun illər onun mühazirələrini dinləmişəm, həmişə Azərbaycandan, Kərkükdən danışmışıq və təkcə Kastamonuda deyil, hər yerdə bir süfrəni, süfrədəki çörəyi paylaşmışıq.
Bir axşam Kastamonu küçələrini dolaşırdıq. Mehmet Ömer Kazancı bizi yaxınlıqdakı kafedə qəhfə içməyə dəvət etdi. Oturduq, hərə gah bir-birilə, gah da ümumi söhbət edir, deyib-gülürdük. Bir-birimizi daha yaxından tanıyırdıq. Onda bildim ki, şair Mehmet Ömer Kazancı 1952-ci ildə Kərkükdə doğulub. İlk-orta və lisey təhsilini də orada bitirib. Sonra gəlib çıxıb 1971-ci ilə. Bu il də Bağdad Universitetinin Ziraat fakültəsinin məzunu olub. Deyirdi ki, 1978-ci ildə bizim magistr dediyimiz Yüksək Lisansı bitirib. Yəni heç oxumaqdan əl çəkməyib. Bu yol onu aparıb çıxarıb təhsil ocaqlarına, bir müddət Süleymaniyyədə, Erbil Universitetində işləyib, sonra təyinat alıb Bağdad Universitetinə. Elə orada da doktorluq dissertasiyası müdafiə edib, elmi dərəcə alıb. Hazırda Bağdad Ziraat fakültəsinin Biotexnoloji və Genetik Mühəndislik auditoriyasına Bağdadın ən ünlü, ən hörmətli prsofessorlarından biri kimi daxil oldu. İngiliscə, ərəbcə bir çox elmi məqalələrin, dərsliklərin müəllfidir, qısası, ömrünü boşuna yaşayan adam deyil.
Mehmet Ömer Kazancının oteldə mənə bağışladığı şeir kitabını açıb qarşıma çıxan ilk şeiri oxudum. Sözlər not dəftərinə yazılmış kimiydi, oxuduqca həzin, kövrək Kərkük nəğməsi beynində səslənirdi:
Çocukluğumda annemdin,
Gençliğimde sevgilim.
Ergin oldum, eşim oldun,
Eşim, yoldaşım oldun.
Yarın ölsem - her ölüm bir kaderdir -
Kara bağlar ve ağlarsın.
Eksik olma,
Berhudar ol, berhudar ol.
Mehmet Ömer Kazancının lirikası onun ruhunun səsidir. İlk baxışdan şair olduğu bütün üz cizgilərində görünür. Yaxşı bir sözümüz var: "Adam təpədən-dırnağa şairdir!" Mehmet Ömer Kazancıya bu söz tam uyur. Dalğın baxışı da, üzünün qırışları da, siqareti barmaqlarının arasında ehmal tutuşu da, təbəssümü də misradır, şeirdir. Onu, demək olar ki, bütün türk dünyası tanıyır, şeirlərini sevir. Türkiyədə, Türkmənistanda, Kıbrısda, Qazaxıstanda və digər ölkələrin ədəbi dərgilərində müntəzəm çap olunur. Türkiyədə Mehmet Ömer Kazancının həyat və yaradıcılığından doktorluk dissertasiyası yazılır, onun haqqında kitablar nəşr olunub.
Mehmet Ömer Kazancı yorulmadan yazan-yaradan müəlliflərdəndir. Deyir bu günə qədər iyirmidən çox kitabım həm Bağdadda, həm də sərhəddən kənarda oxuculara təqdim olunub. 79-cu ildə Bağdadda doğulan "Sana doğru" ilk şeirlər kitabına qədər yerli dərgilərdə, qəzetlərdə bir çox şeirləri, esseləri, hekayələri çap olunub.
İlk kitabı Mehmet Ömer Kazancının ədəbi yolunda lokomotivinə çevrilib, sonralar "Şarkıca konuşmak" adlı şeirlər, "Cam ardından bir öpüş" hekayələr, "İnci üstüne inci" şeirlərin təhlil və tənqidi, Nusret Merdan ve İsmet Özcan ilə ortak olduğu "Şafak", "Türkmen öykücülüğü" adlı çıxışlar və nümunələr toplusu, "Bir ömür yetmiyor ki" şeirlər, "Ölüme, zaman erken", İsmet Özcanın həyat və yaradıcılığı haqqında bioqrafik kitabları çap olunub. Mehmet hocanın hekayələrində də bir başqa ləzzət var. "Nasrettin hoca Kerkük'te" adlı kitabında cəmlənib. Bu kitablar, heç şübhəsiz türk ədəbiyyatının ən gözəl nümunələri sırasındadır.
Onu da bildim ki, Mehmet Ömer Kazancı yaradıcılıqla kifayətlənmir. Məsələn, "Türkmen Kardaşlık Ocağı" idarə heyətinin sədridir. 1961-ci ildən bu günəcən çap olunan və İraq türklərinin ən əziz jurnalına çevrilmiş "Kardeşlik" dərgisinin əvvəllər nəşriyyat müdiri işləsə də, bu gün həmin dərginin fəxri sədri seçilib. İraq Universitet Hocaları Dərnəyi idarə heyətinin, Türkmən Ədəbiyatçıları, İraq Ədəbiyatçılar və Avrasiya Ədəbiyatçılar Birliklərinin üzvüdür. Bütün bunlardan əvvəl, o, sadə, səmimi və yüksək insani keyfiyyətləri özündə cəmləşdirə bilmiş mübarək şəxsiyyətdir. Odur ki, yazdığı əsərləri də özünə bənzəyir. Əvvəl Mehmet Ömer Kazancının şeirlərinin öz şivəmizə uyğunlaşdırmaq istədim, sonra bu fikirdən daşındım. Bir halda kı bir-birimizi tərcümansız anlayırıq və eyni dili danışırıq, uyğunlaşdırmağa ehtiyac görmədim. İstəmədim misraların arxasındakı Kərkük nəğməsi itsin. Mehmet Ömer Kazancını öz şivəsində, öz səsində, öz nəğməsində təqdim edirəm.
Mehmet Ömer Kazancı
Gelin girin
dedenizin kucağına
Korkmayın çocuklar
Gelin girin dedenizin kucağına
Bu ilk savaş değildir,
Memleketin yaşadığı
Her zaman kan akmıştır,
Deresine, tepesine dağına
Gelin girin kucağına
Dedenizin.
Bütün delik-deşikleri
Sıkı kapatın çocuklar
Alçak konuşun, duymasın
Anneniz bilmesin ki, dışarıda
Karışık bir durum var
Babanızı bir savaşta kaybetti,
Gözlerini bir savaşta
Dayanamaz bu yaşta,
Gürültüye
Dayanamaz artık silah sesine
Bırakın tespihiyle tekbiriyle duasıyla,
Devam etsin yoluna
Değmeyin, dokunmayın koluna
Ürkmesin
Gelin girin kucağına
Dedenizin.
Sinmeyin köşelere çocuklar
Saklanmayın bucaklarda
Gelin girin dedenizin kucağına
Ömrünü savaşlarda geçirdi, kurt gibi
Atladı siperlerden siperlere,
Ellerinden düşemedi mavzeri
Tek yaşayan şehit kaldı o günlerden
Size yadigar
Her şeyini kaybetti
Tek bu kucağı kaldı
Gelin girin kucağına
Dedenizin çocuklar
Korkmayın,
Bu ilk savaş değildir
Memleketin yaşadığı
Ne de sonuncu savaş.
Sen yeni misin burada
Ulan Kazancı sen yeni misin burada
Ulan sen kim olursun
Ulan Kazancı sen ne zaman sinirine
Hakim olursun
Sövemezsin devrana sövemezsin divana
Ulan sen ne zaman anlarsın ki
Bu ülkenin göbeği böyle kesilmiş
Böyle dökülmüş suyu
Ağzı, burnu kan içinde kalu bela'dan
Ulan sen Kazancı yeni misin burada
İlk mi çekiyorsun bu kara dumanları içine
İlk mi soluyorsun bu kirli havaları
İlk mi duyuyorsun
Yürekleri parçalayan bu çığlıkları
İlk mi görüyorsun bu din soytarıları
Nasıl kıyımlar işliyor din adına
İlk mi, ilk mi… bütün bunlar
Eskiden de vardı
Bir az düşün, hatırlarsın
Ulan sen kim olursun Kazancı
Kerametin ne
Nasıl durdurabilirsin bu salgınları
Bulaşmadık vicdan kalmadı
Bulaşmadık cüzdan kalmadı
Ötede kırk harami beride kırk harami
Sürmeler bile gözlerden çalınıyor
Haklar mı hukuklar mı çalınmaz
Gücün nasıl yeter anlatmaya
Bu hayali filmleri çocuklara
Kendini kahramanlarla bir tutma
Kim olursun sen, unutma
Ulan sen Kazancı yeni misin burada
Hiç mi hiç değmedi tırnağına
Namertlerin taşları
Hiç mi hiç kanamadı burnun
Sevgilinin uğruna
Nerede taviz vermedin ki ele ayağa
Ne zaman sigaranı
İlk çaktığın kibritle yakabildin
Ne zaman çıkabildin
Girdiğin dar sokaklardan
Fazla yara almadan
Burası tepişmek meydanı
Burası boğuşmak meydanı
Göbeği böyle kesilmiş
Böyle dökülmüş suyu
Kalu bela'dan
Geriye bir duan kalıyor, Tanrım
Acı çoğaldıkça artıyor öfke
Artıyor haddini buluyor Tanrım.
Bu günleri görmez olaydım keşke
İçim isyan ile doluyor Tanrım.
Kimi lanetlesem, küfretsem kime
Kim yükledi bunca kahrı terkime
Bunları da geç, o, gül Kerkük'üme
Bir soran yok neden soluyor Tanrım.
Terk ettin beni ne bet bir zamana
Bulanmışım baştan-aşağı kana
Bir değil zulmeden kıyan bu cana
Her gelen bir damar yoluyor Tanrım.
Kopuyor sabrım en yoğun yerinden
Beklerken bir ilaç birilerinden
Bir yeni dert daha, daha derinden
Tığ gibi bağrıma dalıyor Tanrım.
Kader beni kılıç hışmına tutmuş
Canıma itleri ayrık kudurtmuş
Tüm bildiğim dostlar birden unutmuş
Geriye bir duan kalıyor Tanrım
Kerkük ve sen
Ne zaman bir güzelden bir güzel söz edilse
Ya Kerkük yada düşer ya sen yada düşersin
Aşkınız has bahçedir hangi yoldan gidilse
Kerkük o yolu ipek, sen çiçekle döşersin.
İki aşkı bir kalpte barındırmak intihar
Bu laflar benim değil erenlerin bu laflar
Erenlerden bize ne! Burda bir Kazancı var
İster bütün sevgiler yüreğinde yeşersin.
Ruhum Kerkük'te mahpus,
kalbim kalbinde tutsak
Sizi sevmekten gayri ne varsa bana yasak
Duydunuz mu içimde yeni bir aşk açacak
Kerkük bir yandan deşer, sen bir yandan deşersin.
Her şaire bir kadın ile bir şehir gerek
Kadın şiire baldır, şehir bal süzen petek
Bir kelime yüzünden bunaldı mı bu yürek
Kerkük başımı okşar sen gönlümü okşarsın...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!