Şeirlər - Turqut MƏCİDLİ

 

Bozqurd dastanı

 

Qədim türk insanları,

Bozqurdlardan törəyər.

Türk ordusu bozqurdu

Özündə bayraq edər.

 

Türklərin obasına

Düşmənlər basqın etdi.

Qalan bir türk uşağı

Yağılar öldürmədi.

 

Dişi qurd bu uşağı

Mağarada gizlətdi.

Uşağa ət gətirib,

Mağarada bəslədi.

 

Uşağın dişi qurddan,

On türk oğlu törədi.

Oğullar da evlənib,

Türklərə nəsil verdi.

 

Ulu türk Bumın xaqan

Göytürklərə xan oldu.

Ulu bozqurd bayrağı

Türklərə dayaq oldu.

 

 

Oğuzlar

 

Qədim oğuz türkləri

Güney-Batı qoldandır.

Böyük Səlcuq dövləti

Türk-oğuz torpağıdır.

 

Səlcuqlar dövlət qurub

Yunanlarla vuruşdu.

Səlcuq, Toğrul, Alp Arslan

Türklərə dayaq oldu.

 

Anadolu türkləri

Səlcuqlardan qalmadır.

Oğuz xanın boyları

Bu ellərdə yaşayır.

 

Qədim oğuz boyları

Oğuzlarda yayılar.

Var olub qayı boyu,

Bayandur, qınıq, əfşar.

 

Batı oğuz elində

Qaqauzlar yaşayar.

Peçeneqdən törəyib

Balkanlı göy oğuzlar.

 

 

Türk xaqanları

 

Türk atası Metedən

Bozqırda səs yayıldı.

Türklərin ordu gücü

Mete xandan başladı.

 

Hun xaqanı Atilla

İdildə qorxu saldı.

Türklər döyüş gücünü

Atilla xandan aldı.

 

Kürşad dirçəliş edib

Göytürkləri qurtardı.

Türklər öz inamını

İgid Kürşaddan aldı.

 

Alp Arslan Malazgirddə

Yunanlarla vuruşdu.

Anadolu türklərin

Yurdu, torpağı oldu.

 

Qan tökən döyüşlərlə

Türk xaqanlar anılır.

Vuruşan o xaqanlar

Türklərin varlığıdır.

 

 

Dədə Qorqud

 

Dədəm Qorqud məclisdə

Sözü qopuzla deyər.

Dinləyər o qopuzu

Bütün oğuz ərənlər.

 

Oğuzlar öz yurdunda

Adsız ömür yaşadı.

İgidlik göstərənlər

Qorquddan ad alardı.

 

Qaradonlu kafirlər

Qonşuların əcdadı,

Oğuzlara xoş olar

Düşmən qanının dadı.

 

Oğuzlar anaları

Yağılardan qoruyar,

Ataların bir sözü,

Oğul üçün söz olar.

 

Türkün oğuz qoludur

Qaqauzlar, türkmənlər,

Bütün oğuz türkləri

Qorqud bizimdir, deyər.

 

Dədəm Qorqud vətəni

Bizim olan yerlərdir.

Dastanın yaşadığı

Azərbaycan elidir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!