Ağ atlı sərkərdənin dastanı
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə
Heydər oğlu, igid İlham!
Sən ağ atlı sərkərdəsən.
Həm beynəlxalq çarpışmada,
Həm əsgərlə səngərdəsən.
Özün demiş; bir yumruqla
Düşmənini tamam əzdin.
Tarix səni yetişdirdi,
Sən bir şanlı tarix yazdın.
Otuz ilə yaxın həsrət
Qırx dörd gündə çatdı sona.
Bütün dünya qaldı heyran
İradənə, qüruruna.
Masalardan zəfərini
Çəkdin döyüş meydanına.
Göstərdin güc, təpərini,
Düşmən batdı öz qanına.
Məhv eləyib böhtan, şəri
Durdun möhkəm şax, mətinlə.
Nəhəngləri qoydun geri
Diplomatik qüdrətinlə.
Doğma xalqın sevgisini
Öz ruhuna etdin dərman.
Ulu Öndər varisini
Sevəcək xalq hər bir zaman.
Azərbaycan susmuş vulkan,
Bu vulkanı sən qaynatdın.
Qisas alıb qanlara qan,
Düşmən üstə at oynatdın.
Ata Heydər davamçısı,
Ulu Öndər varisisən.
Əlindədi haqq qamçısı
İşğalçıya verdin dərs sən...
Qorxutmadı səni çətin,
Mübarizən oldu fəal.
İtiqovan bir sürətlə
Yurddan qovduq işğalçını.
Başımızdan cəsarətlə
Uzaq etdin dərd, acını.
Faşistdən də pis millətə
Dəmir yumruq vurduq qəti.
Məhkum oldu rəzalətə
Vandalların aqibəti.
Qarabağın saçlarından
Təmizlədik bit-birəni.
Sarsıdıcı cavabınla
Susdurdun sən hər hürəni.
Hüquq təkcə bacarmadı
Haqqımızın bərpasını.
Güc hüquqla qol çırmadı
Vurdu namərd qafasını.
Sərkərdəlik məharətin
Terroristin qırdı belin.
Haqq yolçusu, saf niyyətin
Yalançının kəsdi dilin.
İşğalçıya əl tutanı
Siyasətlə bərk bağladın.
Düyün vurub, şər atanı
Kəsər sözlə tam doğradın.
İç üzlərin tanıtdılar,
Dost-düşməni sınadın sən.
Məscidləri dağıtdılar,
Susanları qınadın sən.
Yedizdirdi türk zərbəsi
Təcavüzkar üçün kötək.
Verdi Zəfər təntənəsi
Sevincdən pay ətək-ətək.
Azərbaycan qucaq açdı,
Qucaqladı Qarabağı.
Xarıbülbül çiçək açdı,
Yeksan oldu həsrət dağı.
Min-min neçə igidimiz
Vətən üçün oldu şəhid.
Lərzə saldı güc, qüvvəmiz
Bütün aləm oldu şahid.
Bədniyyətli xainlərin
Planları qaldı bərbad.
Möhtəşəmdi əməllərin;
Qarabağı etdin azad.
Ana Vətən savaşında
Birləşərək möhkəm durduq.
Ordunun, xalqın başında,
Güclü, bütöv dövlət qurduq.
Heydər oğlu igid İlham!
Sən ağ atlı sərkərdəsən.
Həm beynəlxalq çarpışmada,
Həm əsgərlə səngərdəsən.
Vətənimə köks ötürən
Vəhşiyə dərd qalaqladın.
Əzdin ilan başını sən.
Sildin zəfər yaylığınla
Xalqımın göz yaşını sən.
Şanlı Zəfərimiz
Dünyaya ədalət nurunu salan,
Zəfər çırağını göylərdən asdıq.
Vətən tarixinin möhürü üstə
Şəhid qanlarıyla bütövlük yazdıq.
Son qoyan Qarabağ üçün həsrətə
Salam hər əsgərə, hər bir zabitə.
Vətəni işğaldan qurtarmaq üçün,
Neçə igid getdi, neçə can getdi.
Qisas yelkənini qaldırmaq üçün
Otuz ilə yaxın bir zaman getdi.
Bu səda dolaşdı qitəbəqitə
Salam hər əsgərə, hər bir zabitə.
İgidlər torpağa verdi canını,
Köksündə yer saldı igidə torpaq.
Önündə qürurla başını əyib
Əbədi sarıldı şəhidə bayraq.
El-aləm heyrandı belə qeyrətə
Salam hər əsgərə, hər bir zabitə.
Azərbaycanımın şum sinəsində
Qələbə toxumu boy-başa çatdı.
Zəfər çırağının nurlu şüası
Kədər dumanını yoxluğa atdı.
Dünyanı türk oğlu saldı heyrətə
Salam hər əsgərə, hər bir zabitə!
Sizə abidələr qurub hər ürək,
Şanlı zəfərimiz olsun mübarək!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
