Ay Nəriman - Nəcməddin MÜRVƏTOV

Xalq şairi Nəriman Həsənzadənin vəfatıına

 

İpək kimi yumşaq, həlim,

Hamımıza örnək, müəllim.

Bu nə gediş, söylə, bilim,

İnanmıram, yox, yox, inan,

Ay Nəriman.

 

Söz vermişdin axı "yüz"ə,

Ox batsın, ox, dəyən gözə,

Gələcəkdin onda bizə,

Kəsəcəkdim mən də qurban,

Ay Nəriman.

 

Adın baldı, dilimdə dad,

Bilirdi bunu yaxın, yad,

Varlığından şaddım, çox şad.

Bax, indi gör necə peşman,

Ay Nəriman.

 

Xəyalımdan sənli günlər

Keçib gedir birər-birər.

Hər kəlmən dilimdə əzbər,

İxtiyarsız qanadlanan,

Ay Nəriman.

 

Sənsizlikdən çıxmaq mümkün

Deyil, ağır bu dərd yükün.

Şairiydin bütöv türkün,

Olacaqsan varkən zəman,

Ay Nəriman.

 

Qazanmısan böyük rəğbət,

Vətənindən şəksiz, əlbət.

Rəhmət deyir, min-min rəhmət,

Acısıyla saysız insan,

Ay Nəriman.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!