Bu eşqlə - Nəriman HƏSƏNZADƏ - ANAR - 80

 

Gənc yazıçı Günel xanımın atası

xalq yazıçısı Anarın, anası akademik, musiqişünas Zemfira xanımın

55 illik həyat hekayəsinə həsr etdiyi filmə baxdım

 

Hər qızın hünəri deyil

Atasına, anasına,

İki könül dünyasına,

Beşiyinə, laylasına

Layla desin öz dilində,

Bakirə bir qız dilində.

 

Bu Zemfira, o da Nigar,

Biri Rəsul, biri Anar.

Sən onlardan yadigarsan,

Onlar da səndən yadigar, -

Bu əsərin adı deyil,

Həyatdı, "həyati" deyil.

 

Gül açsın Göyçayın narı,

Sevindir atan Anarı.

Onun gəncəli tərəfi, -

Onun o bəy babaları

Gedəndə millət yolunda,

Şax durdular qətl yolunda.

 

Gör kimlərin nəvəsisən,

Gör kimlərin əvəzisən.

Sən bu eşqdən doğulmusan,

Sən də bu eşq töhfəsisən.

Bu eşqlə yaşayın, Anar!

Səksəndən başlayın, Anar!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!