Görkəmli Xalq rəssamı Sakit Məmmədova
Bu da belə ov oldu,
tor tutdum - tilov oldu.
Adı - Sakit olanın
Özü od-alov oldu.
Yer çiçəkli, göy aydın,
Yaz şehi gömgöy, aydın.
Müşfiq rəssam gəzənə -
Kaş, dünyada olaydın.
Ay doğub-batan oldu,
Oyanıb-yatan oldu.
Cəhrəmdə ip əyirdim -
Ölümsüz kətan oldu.
Kətana boya çəkdi,
Qalmadı saya - çəkdi.
Mübarək fırçasıyla
Sakit bir dünya çəkdi...
16.04.2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
