Antişeir
Sözsüz,
Sözsüz,
o əvvəllərdi
Məktəbdəki böyük tənəffüs,
səni bir dünya gözəli ilə görüşdürürdü
üzbəüz.
Sözsüz,
İndi siz o şansı ötürdüz.
İndı antişeir dövrüdü,
İndi şairlər də, kitablar da sözsüzdür,
Sözsüz.
İndi külək də gücsüzdü
kitabları vərəqləyə,
tam gücsüz.
İndı cəzalanır küləkdən, ürəkdən gələn
Hər cür oxşar təşəbbüs!!!
İndi,
qatar pəncərəsinə yapışmış
bir gözəl üz,
ovucda sənə göndərilən öpüş
day demir sənə ki,
qatardan düş.
Öpüş mənlə, öpüş.
Sözsüz.
İndi hər üçünüz, üstəlik,
bütün sirlərinizi bilən sürücünüz,
Ölürsüz.
Çunki
indi başlayıb
antişeir dövrümüz.
O əvvəllərdı, gırirdız zülmət küçəyə,
avtomobilinizin işıqlarını söndürdüz...
qucaqlaşıb öpüşdünüz.
Şəklinizi Rembrant kimi lümlüt çəkirdi
Avtomobildəki yan güzgünüz.
İndi silindi həyatımızdan bu 3D sevgi ölçümüz.
Başladi antişeir dövrümüz.
Sözsüz.
Sözsüz.
Sözsüz.
Divardakı
Ürəyə sancılmış ox təsvirini
Siz çox gec gördüz...
Küsülüm
Uzaq taksinin yaşıl gözünü
mən lap anında,
tez də lap öz yanımda,
lap vaxtında gördüm.
Sənlə axır görüşdüm.
Gördüm,
Bu kafenin, bu gecənin
yarıaçıq pəncərə jalüzləri,
Gizlətmir, gizlədəmmir
Bizim kimi küsülüləri.
Təkrar baxanda
Başqa cürdü
Bütün mələküzlüləri.
Mənim kimi bütün üzütüklüləri
Bir başqa tərcümədə, tamam yad dildə
Canlandırır blüzdə, musiqidə....
Budu bütün üstünlükləri.
Gördüm...
Sonra səni, "Master və Marqarita"dakı kimi,
Şeytan balında,
Sonra Vyana valsında,
Axır, öz qarşımda...
Sənlə axır öpüşdüm.
ancaq nədən o gün güzgüdə
bizləri görmürdüm?
Yaxşı, onda de görüm,
banyomdan başlayan,
heç vaxt qurumayan
incə qadın ayaq izlərini
haraya qədər izləyim,
Güdüm?
Ey mənim küsülüm!!!
"Kəndimiz" nəğməsinə rep
qanlı sərçə,
yaxud bədənsiz striptiz
Nənəmin növrağı sovrulmuş güzgüsündə
başladı bədənsiz striptizimiz.
bu bizim axır od çərşənbəmiz...
Gördüm nar kolunda azıb, çaşıb,
əsir qalıb, yaralanıb, öz dəstəsindən aralanıb
sinəsi qanlı,
Cehizsiz
boz sərçəmiz...
Onun səsləndirmə dublyajında
Unudulmazdı
"Kəndimiz, kəndimiz" nəğməmiz.
Sanki ümummilli teleefirdəydi bu nəğmə
Reklam fasiləsiz.
Buydu bizim ilk bahar mənzərəmiz.
Bu nəğməylə həlak olurdu
Nar koluna əsir düşmüş,
Bizdən küsmüş
Sinəsi qanlı,
Hələ də canlı,
sərçəmiz...
Telefonum "titrəmə" rejimindəydi,
içəri qoltuq cibimdəydi...
Ancaq eynəndi
ürək döyüntülərimiz.
yaşıl meşəli, ömrü nəşəli,
Sevirəm səni, gözəl kəndimiz...
Kəndimiz...
Kəndimiz...
Kəndimiz, kəndimiz, kəndimiz...
Sinəsi qanlı sərçəmiz...
Unudulmazdı bu striptiz.
Bahardakı ilk görüntülərimiz.
İnternetdən darknetə
Görmürsənmi, necə
bu gecə
lapdan, qəfildən
yetim itləri dirildir,
ac pişikləri sevişdirir,
öz rəngini təkmilləşdirir
oğru-qatillərin göz bəbəklərində?
Darknetin dərinliyində...
Sonra, kor ərəbin nəğməsinə çevrilir
"ANS-ÇM", "106-FM" tezliyində?
Görmürsənmi, necə
bu gecə,
oğraşın birisiylə qumar oynayıb heç-heçə,
necə sakit, necə incə
pişikləri qoşub özünə,
Son qoyur sənin sevginə...
O gözəlin küçədəki
uzun kölgəsinə...
İnternetdən ayrılıb gedək
Vahiməli DARKNET-ə.
Yeni antivirus arzusu
Küləkmi, mələkmi vərəqləyir qəfil
əlyazmalarımı?
Cütləyir
dəhlizdəki ayaqqabılarımı?
Kimdi gecələr yarımçıq pıçıldayan adımı?
Deyirsən, qulyabanıdı?
Hanı?
Hanı dünən aldığım bir şüşə "Badamlı?"
Qapıdakı o nə qaraltıdı?
Axı hələ saat altıdı...
Kim yığıb bu cür səliqəynən çamadanımı? -
- Corablar ayrıdı, köynəklər ayrı.
Kim sevgi məktublarımı oxuyub,
Sonra yanına qoyub
Təzyiqölçən aparatımı?
İçib barımdakı bahalı viskidən
Məxfi məlumatlar toplayır hard diskimdən?
Ah bu koronavirus, mediavirus
O tam qanunsuz
Məni qoyub youtubsuz...
Soxulub bilgisayarıma...
Od qoyub X fayllarıma.
Dünya futbol çempionatını
mənə göstərir topsuz...
Manısları qoyub toysuz.
Məclisləri göstərir mənə,
nədənsə Eyyub Yaqubovsuz.
"Qafqazinfo" saytını Elbrus Ərudsuz!
Göyləri, sütunsuz səmaları redaktə edib,
Göstərir ulduzsuz.
Məni salmır siyahıya.
Aparmır Şuşaya!!!
Guya...guya...
Ah bu virus... mediavirus...
Koronavirus...
Misirdəki qədim bir papirus
Deyir: fikir ver, bütün filmlərin son titrlərinə...
Ordakı izahsız, labüd titrəmələrə,
Seytani ritmlərə...
Gizli mətinlərə...
Day çox dərinə getmə,
Ordadır bu əclaf ibnə.
Qoy hamı bundan utansın...
Dərdimin əlacı
"MİCROCOFT"un yeni antivirus
proqramına qalsın.
Qoy yetimliyim gedib tənha bir məzardaşıyla
Qucaqlaşsın,
Ağlaşsın
Köhnə Bakı məzarlığında.
Dərdlərimin əlacını tapın
Sabahın
Yeni antivirus proqramlarında...
Əleyhqaz tələbi
"Halal+" şirkətinin tikdiyi
çoxmərtəbəli lüks binada
bütün pəncərələrin gözü kordur.
Göydələn dörd ildir ətraf sakinlərini
öz qatı zülmətiylə qorxudur.
Mənzillər satılmır.
Yalnız gözətçinin daxmasından
ətrafa nur damır az-az.
Demək, həyatın dıbində,
kasıbların cibində
ümid kimi nəsə qalıb
Az-maz.
Striptizdəki kimi, eynən.
Son cindanı, əskini soyunmaq Olmaz!
Vaxtilə oxşar mənzərələrlə
Süqut etmişdi qədim Bizans.
Bu taleyə qarşı
Hələ ixtira edilməyib
Tam yeni əleyhqaz!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 
                        
                         
                             
                             
                             
                             
                             
                             
                            