Prezidentin xalqı ilə görüşü - Nəriman HƏSƏNZADƏ

 

Cənab Prezident

səfərə

çıxıb,

Gəzir ölkəmizi,

səhərdi,

səhər!

O, gəlib səfalı

bir yerə

çıxıb, -

Oxşayır ruhunu

əsən

küləklər.

Çıxır görüşünə

güllə,

çiçəklə

Təzə sakinləri

doğma

diyarın.

Prezident görüşür

bir

ağbirçəklə

Halını soruşur

bir

ixtiyarın.

Burda qarışıbdır -

gülüş,

göz yaşı,

Anların hökmünü

Zaman

sayırdı.

Şəhid oğulların

şanlı

Başdaşı! -

Prezident təmkinlə

xatırlayırdı.

El-oba tökülüb,

şəkil

çəkdirir.

Əl tuta bilməzdi

bu qədər

insan.

Kimsə, əl eləyib

- sağ olun, -

deyir,

Öpüş göndərirdi,

kimsə

kənardan.

Cənab Prezidentin

cəsarətiydi,

Vətən torpağını

azad

eləmək.

Əsl qəhrəmanlıq

tarixdə

nəydi?!

Sonra da xalqıyla

rahat

görüşmək.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!