Şeirlər - Azim Aslan

Azim Cavanşir oğlu Aslanov 2008-ci ildə Bakıda anadan olub. Hazırda ABŞ-ın Virciniya ştatında yaşayır və təhsil alır. O, uşaq yaşlarından şeirlər yazır, poeziyanı çox sevir. Azim şeirlərini ingiliscə yazır. Şeirlərini doğma dilimizə tərcümə eləyərək redaksiyamıza göndərib. O, şeirlərində yeniyetmə hisslərini, saf və kövrək duyğuları bacarıqla əks etdirir. Azimə təhsildə və şəxsi həyatda uğurlar diləyir, poeziya sevgisindən əl çəkməməyi, bu sevgini yaşadaraq böyütməyi, böyük-böyük yaradıcılıq uğurları arzulayırıq!

 

***

Taleh elə bir şey deyildi ki,

İnansın o.

Sevgi elə bir hiss deyildi ki,

Yaşasın o.

Gözəllik elə bir şey deyildi

Görə bilsin

Ta ki o qadın

Qara-ağ dünyasına

Rəngləri ilə

Təşrif buyurana qədər.

 

***

Küləyin saf axınıyla

Onun ətri gəldi,

Bahar çiçəklərinin ətriylə

Şirin və zərif bir nəfəs gətirdi.

Hər bir addımı əbədi idi.

Sanki cənnətdən düşən parçalar kimi

Vəhşi və rahatladıcı.

O, köhnə meyxananın zəminini

Quşların nəğmə oxumaq üçün

Xəyallar qurduğu

            ucsuz-bucaqsız bağlara çevirirdi.

O, qaranlıqla dolu qəmgin meyxana otağını

Kölgələrin belə

Onun işığını hiss etmək üçün yaxınlaşdığı

İstilik məbədinə çevirirdi.

O, qaranlıqlarla dolu bir dünyada

Yeganə parlaq varlıq idi...

 

O, Tanrının göndərdiyi

İşığın belə, yanmaqdan imtina etdiyi bir aləmi

nurlandırmaq üçün

Gəlmiş ümidin simvoluydu.

"Görəsən, o, mənim talehimdir, sevgimdir,

Yoxsa, sadəcə, göydən düşmüş

            gözəllik parçasıdır?!" - deyə

Düşünürdü

Barmağı ilə pivə stəkanının

            kənarını izləyərək...

 

Onun üzündəki hər bir xəttin

Öz gözəlliyi vardı,

Gülümsəməsinin hər saniyəsi

Bir bərəkət daşıyıcısıydı.

Saçlarının hər bir teli

Öz işığını daşıyırdı,

Gözlərinin hər bir parçası

Öz alovunu saxlayırdı.

Elə bir alov ki,

Bəlkə də onunla oynamaq olmazdı,

Elə bir alov ki, hər şeyi yandırıb yaxardı.

 

***

Bu şəhərdə çox atəş açıldı

Səssizcə,

Amma məni vuran tək şey

Sənin gözlərin idi

O gözəlliklə.

Mən göydə sürünən bir bulud idim,

Bir məhkumun içində

            saxladığı son ümiddim.

Sən sonsuz, geniş bir yol -

Bitməyən bir səfər,

Amma taqətim yoxdur...

Artıq addımlarım səssiz kədər.

Səni unutduğum gün -

O gün ömrüm bitsin,

O gün ölməyim, yetər.

 

Hər misramda sənsiz sətir belə yox,

Nəfəs aldıqca qoxunla

Dolur havam

Sevgidən yazmasam da,

Tərzim açıq-aşkar

Mənə hörmətin azalsa da,

Dəyərin durmadan artar.

Sevgi gözəldir,

Gerçəyi görənədək

Şirindir hər anı

Ta mübarizəyə dönənədək.

Göz danışar, dil susar,

Bəs nə ehtiyac sözə?

Əgər hər şey əlindədirsə,

Niyə yalvarım özgəyə?!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!