Cüt qardaş
Cavab tapmaq üçün min bir suala,
Zirvədə qıy vuran azad qartala,
Bu uca dağlara, yamaca, yala,
Həsrət qaldığımız qaymağa, bala,
Qarabağa baş əyməyə gəlmişəm!
Vətən, səni qibləgahım bilmişəm!
Oğulları şəhid olan kəslərə,
Yetim qalan körpə gülnəfəslərə,
Qazilik yükünü çəkən şəxslərə,
Veterandan gələn adi səslərə
Diqqət verək, dayaq duraq həmişə,
Qoymayaq çəksinlər əzab, əndişə!
Lənət yağdırmağa düşmən cəbrinə,
Ağır günə dözən millət səbrinə,
Göz yaşı tökməyə şəhid qəbrinə,
Zəhmət çəkmək üçün Vətən xətrinə,
Canı yanan mərd oğullar gərəkdi,
El üçün ağlayan göz yox, ürəkdi!
Mərmidən sinəsi şana torpağı,
Zərbədən qayası ovulan dağı,
Alovdan qarsıyan yaşıl yarpağı,
Əsgərin səngəri haça budağı
Müqəddəs sanmasaq, vay halımıza,
Zəhrimar qatılar yağ-balımıza!
Dağılıb sökülən cənnət yurdlara,
Qeyrət keşikçisi bozca qurdlara,
Savaşın qalibi mərd övladlara,
Cəngavər, qeyrətli bütün adlara
Millətin qayğısı, dəstəyi lazım,
Olmasa, qoy gedim, qəbrimi qazım!
Şuşanın "Zəm-zəm"i İsa bulağı,
Cümlə Qarabağın bağçası-bağı,
Cənnətə bənzəyir hər bir oymağı,
Yenidən qurulur bu azad çağı,
Vətən oğlu, zəhmət çəkək, tər tökək,
Yollar salaq, evlər tikək, gül əkək!
Sıldırım yollarla Cıdır düzünə,
Şuşanın Topxana möcüzəsinə,
Daşaltıda təkə, cüyür izinə,
Xəlvətcə baxmağa maral üzünə,
Sevinclə seyrinə çıxaq dağların,
Ürəyi partlasın hay dığaların!
Kəkliyin, turacın xoş nəğməsini,
Vüsala can atan bülbül səsini,
Qarabağın yanıq şikəstəsini,
Cavanların şahraz, zil nəfəsini
Elliklə dinləyib yumruğa dönək,
Arınıb, durunub Arana enək!
Azad Laçın şaqraq gülüşlə dolsun,
İnnən belə düşmən saralıb solsun,
Şair Kürdoğlunun ruhu şad olsun,
Dağlarda il boyu toy-büsat olsun,
Kəlbəcər, Qubadlı, cənnət Zəngilan,
Bir də buralarda gəzməsin ilan!
Ruslar bizi əcəb fəndə saldılar,
Şığıyıb quzğuntək qanad çaldılar,
Tezbazar Xankəndi ələ aldılar,
Qırışmallar yaman qeylü-qaldılar,
Əncam çəkər Azərbaycan, Türkiyə,
Dərs verərlər minsifətli tülküyə!
Haylara aşkarca arxa dururlar,
Bizə qarşı min bir hiylə qururlar,
Müzəffər yürüşə nəxnək vururlar,
Kələfin ucunu yaman bururlar.
Altdan-altdan dığaları oynadır,
Ermənidə savaş eşqi qaynadır!
Ərəb başı kəsən cəllad fransız,
Unudub tutduğu divanı, qansız,
Adları üstündə: qatil, amansız,
Haya qahmar durur indi vicdansız,
Mələk olub "haqq-ədalət" bağırır,
Xoruzlanıb bizi sülhə çağırır.
Tarixdən silinməz heç vaxt olaylar,
Zamanında üzə çıxar olanlar,
Açılar pərdələr, tökülər donlar,
Bəlli olar cümlə yaxşı, yamanlar,
Qoca dünya hesab çəkər hamıyla,
Qan tökənə qan içirər camıyla!
Dəmir Yumruq yerindədi hər zaman,
Yeyər zərbəsini yolundan azan,
Özü düşər, şər quyunu gen qazan,
Abuzər, var olsun tarixlər yazan:
İlham Əliyevlə Tayyib Ərdoğan,
Cüt qardaş, iki Ali Baş Komandan!
07.02.2022
Azərbaycan əsgəri
Xalqına sahib çıxdı,
Düşmənin evin yıxdı,
Boynunu yaman sıxdı,
Ağzına mərmi tıxdı,
Xudam versin təpəri,
Azərbaycan əsgəri!
Qısa bir savaş oldu,
Ürəklər fəxrlə doldu,
Haylar saralıb soldu,
Şükür, qeyrəti boldu,
Hər an göstər hünəri,
Azərbaycan əsgəri!
Fəth etdi düzü, dağı,
Hər obanı, oymağı,
Boşaltdı Qarabağı,
Rədd oldu murdar yağı,
Möhkəm saxla zəfəri,
Azərbaycan əsgəri!
Şuşanı geri aldı,
Kafiri oda saldı,
Elə bir zəfər çaldı,
Daim tarixdə qaldı,
Düşün təzə səfəri,
Azərbaycan əsgəri!
Dinc oturmur dığalar,
Qisascıl mığmığalar.
Avropalı buğalar,
Siyasətdə çağalar,
İrəmşidir nökəri,
Azərbaycan əsgəri!
Döyüşdə qüdrətlidir,
Yenilməz, cürətlidir,
Yürüşdə sürətlidir,
Dünyada şöhrətlidir,
Hərb işinin zərgəri,
Azərbaycan əsgəri!
Yurd həsrəti yamandır,
Cəld tərpənin, amandır,
Göyçə bir şərəf, şandır,
Bağrı qan İrəvandır,
Ora salın nəzəri,
Azərbaycan əsgəri!
"İrəli!",- desin Rəhbər,
Ərlər: "Allahu-Əkbər!"
İrəvanda sal lövbər,
Savaşa çıxsın ləşkər,
Yıxsın sərhəd-çəpəri,
Azərbaycan əsgəri!
Güclüyə zaval yoxdu,
Qalibin dostu çoxdu,
Abuzər, Zəfər oxdu,
Düşmən gözünə soxdu
İti uclu neştəri,
Azərbaycan əsgəri!
01.06.2025
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!