Xankəndi Dirəniş marşı
Takt 1
Eeyy qəsbçi, çək ordunu,
yolum üstündə durma!
Türkün halal yuvasını
boş qafanla qurcalama!
Atam yatan kutsal torpaq
neçə xain canlar yaxıb.
Üzü qızıl qanlı bayraq
neçə soysuz taxtı yıxıb.
Eeyy qəsbçi, çək ordunu!
Bağlama türkün önünü!
Söndürmə öz ocağını!
Takt 2
Qarabağ altun vətənim,
düşmən gələr, kül salamaz.
Xankəndi yaralı tənim,
qurda-quşa yem olamaz.
Ölümdən bac almışam,
yaşayan bu bayraq olsun!
Hey sırtımdan vurulmuşam,
əziz vətənim sağ olsun!
Sərvətimi alamazsan,
yerində məzarın qalır.
Barış nədir, anlamazsan,
savaş başına dar gəlir.
Eeyy qəsbçi, çək ordunu!
Bağlama türkün önünü!
Söndürmə öz ocağını!
2022
Bozkurtlar marşı
Varyasyon 1
Ay-yıldızlı bayraktan
bir gökyüzü kurmuşum.
Atam yatan topraktan
hilal gibi doğmuşum.
Zafer yakışır sana,
büyük Türkistan yaşa!
Kutsal vatan uğruna
mübarek olsun kazan!
Sibiryanın karından
yolladım Himalaya.
Köçtüm Hingan dağından
Uralda bir yaylaya.
Türk halkının simgesi,
Bozkurtun mutlu sesi
sonsuzadek var olsun!.
Varyasyon 2
Altay'dan ayaklanıp
vardım Kızılelmaya
Tuna boyunca akıp
vardım millet olmaya.
Tarihin kendisiyim
onurla yazılmışım.
Bozkırın güneşiyim
Hazar'da yıkanmışım.
Asya'nın ateşinden
od almışım kalbime.
Ataların izinden
yollar açtım kendime.
Savaşta ölürüm ben!
Dönmedim yeminimden!
Varyasyon 3
Bu kutsal toprağımı
suladım al kanımla.
İmanımı, hakkımı
savundum inatımla.
Kurbanım varlığına
türkçe konuşan dilim.
Koşarım çağrışına
savaşa koşan elim.
Türklerin kardeşliği
düşmanı bitirecek.
Türk Devletler Birliği
Turan'ı getirecek.
Türksoyluyum!
İzi kanlıyım!
2023
(Qeyd: Şeir Türkiyə türkcəsində yazılıb)
Qazi marşı
Takt 1
Vətənin nəbzi vurur
əsgər məzarlığında.
Zəfər himni duyulur
yurdun hər sabahında.
Qanım tökülən hər yer
mənə kutsal vətəndir!
Hər şəhidlik ünvanı
bir qanlı and yeridi.
Qoruyan yurd-yuvanı
ulu bayraq sehridi.
Qanım tökülən hər yer
mənə kutsal vətəndir!
Takt 2
Bu torpağın bağrında
közdü düşmən yarası.
Bu ulusun alnında
paslanıb haqq davası.
Qanım tökülən hər yer
mənə kutsal vətəndir!
Sözü dualı dilim
azadlıq sorağında.
Gözəl taledi ölüm
gözəl ölüm uğrunda.
Qanım tökülən hər yer
mənə kutsal vətəndir!
2014
Türklük marşı
At üstündə bayraq tutan əsgər kimi doğulduq,
haqq adını düşürmədik, aşkı imanda bulduq.
Ya hu, ya hu deyə-deyə milli birlik istədik,
yeddi qola ayrılıb, sudan dirlik istədidik.
Biz türklərik!
Soyu bəlliyik!
Od içində yatıb-durduq, köz götürdü gözümüz,
biz qəhrdən ibrət aldıq, qəzadan miras ismimiz.
Şərə vahim qorxudu iman davası türkün,
minlərlə şəhid vermişik haqqı diriltmək üçün.
Biz türklərik!
Soyu bəlliyik!
Ölümü öyən qəhrəman kimliyindən tanınır,
ər meydanından qaçanlar millətin düşmanıdır.
Əsir yurdun hər qarışı cəng-intiqam arzular,
haydı, vursun Dəmir yumruq,
gümbüldəsin davullar!
Biz türklərik!
Soyu bəlliyik!
2025
Borçalı marşı
Gökbörülər çalası
Oğuz soylu Borçalı.
Qaysaq tutub yarası,
hökmü ulu Borçalı.
Göyü yırtan dağları
savaş səsiylə dolu.
Görklü qəhrəmanların
onur, qəza simvolu.
Sabahları ertədən
uçurdum qartalları.
Rahatsızam gecədən,
duman basıb yolları.
Yerişi yer titrədən
ərənlər rəhmət alsın.
Yatmış ruhu dindirən
canlara salam olsun.
Tanrıdan kut almışam,
göz çıxardan adım var.
Suda atəş olmuşam,
od nəfəsli atım var.
Nə törəni, nə yurdu
buraxmaram yadlara.
Öz busatım hünkardı
başımda qovğalara!
Gökbörülər çalası!
Oğuz soylu Borçalı!
2024
Qarapapaq marşı
Takt 1
Tarixdən soruş məni,
adım Qarapapaqdır.
El tanır kəsərini,
qanlı qılıncım sağdır.
Savaş hekayələrim
daş kitaba dönübdür.
O yücə ülkülərim,
gavur qanı tökübdür.
Düşmanı basmaq üçün
atımı yəhərlədim.
Dərdə tablamaq üçün
öz canımı teylədim.
Öndə qəza görünür!
Torpağımın qüdrəti
əsgərindən bilinir!
Takt 2
Ötükendən koşaraq
keçdim Anadoludan.
Öz yükümü tutaraq
daş oldum Borçalıda.
Qarı qumaş dağların
ayazını yemişəm.
Qazisiyəm çağların
Turanı özləmişəm.
Öndə qəza görünür!
Torpağımın qüdrəti
əsgərindən bilinir!
2025
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!