Rəsul Rzanın 115 illiyinə - Rahid ULUSEL

Rahid ULUSEL

Rəsul Rza.

Təbiətin də, Tarixin də köklərində mənəviyyat arayan axtarışçı.

Bəşəriyyəti İnsan-İnsan, onların hər birini yeganəliyində duyan və duyuran mütəfəkkir.

Bəşəriyyəti doğmaları qədər sevən və sevdirən humanist.

Cəmiyyətin, dünyanın ən qaynar problemlərinə şığıyan, sıldırım və yarğanları süzüb də adlayan qartal.

Qaranlıqları aydınladan çıraq, donuqluğu, ətaləti sökən hərəkət.

Həyatı Söz, Sözü Həyat qədər dadlandıran, ucaldan və əbədiləşdirən ustad.

Sözü onun təşnə olduğu hikmət qatına qaldıran ulu sənətçi.

İşıq İdeyasını və İdeya İşığını yaradan fikir mücahidi.

Bütün ədəbi nəsilləri əl-ələ tutduran ədəbiyyat körpüsü.

Ana Yurdu ilmə-ilmə poeziyasına toxuyan sənətçi.

Varlığında yaşatdığı mədəniyyətin ən dəyərli özəlliklərini dünyaya, dünya klassikasının ən seçkin örnəklərini milli mədəniyyətinə qaynaqlayan təkamülçü.

Hansı böyük irs üzərində dayandığını bilən, ondan güc alan və bu enerjini dalğa-dalğa ötürən təməlçi.

Ədəbiyyatı, ədəbi-estetik dünyagörüşünü bütün cinahlarında yeniliyə uğraşdıran islahatçı.

Kövrək ədəbi gəncliyə və onun titrək sözünə özünü zərbələr altına qoymaqdan belə çəkinmədən dayaq duran hafiz.

Azərbaycan millətinə məxsus Ərdəmliyin görkü.

Əbədiyyətin duyarı.

Rəsul Rza.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!