Səsini ucadan çıxarma... - Rafiq ƏLƏKBƏR

Sərbəst esse-poema

 

Danışanda yavaş danış,

səsini ucadan çıxarma,

onsuz da səsini eşidən olmaycaq.

Əgər sən içində Allahla danışa bilmirsənsə,

qışqırmağın mənası yoxdur;

səsini birinci Allah eşitməlidir.

Allah qışqıranları sevmir.

Qışqırırsan, nədən ötəri, kimdən ötəri?

Bircə Allahla danışılan səsi 

heç kim batıra bilmir.

Çünki göyləri yarıb keçən bu səsin yolu

birbaşa Allahadır.

Göylər də Allahın əlindədir,

ona görə qışqırmağın mənası yoxdur.

Danışanda yavaş danış...

Heç olmasa, küləyə baxıb ibrət götür.

O külək ki, buludları bezdirəndə,

ildırım gəlir buludların köməyinə.

İldırım küləkləri yağışla cəzalandırır,

sonra da anidən səsini kəsir...

Göylərdə nizamı pozmaq olmaz.

Yerdəki zəlzələlər fəlakətdir,

heç bilirsənmi, bu zəlzələlərin səsi

nəyə bənzəyir?

Bu səslər İsrafilin Surunun

kiçik qətrələridir.

Bunlar hamısı ibrət səsləridir.

Azan səsinə qulaq asırsınız,

bəlkə də bütün kainat bu səsi dinləyir.

Çünki o səsdə İlahi həqiqət var.

İnsan ona görə ikiayaqlı və 

ikiəlli yaranmışdır ki,

ayaqları yerdən üzüləndə,

əlləri ilə göydən imdad diləyə bilsin.

İnsan əlləri ilə göylərə səcdə edəndə, 

o səsə birinci mələklər qulaq asır.

Heç bilirsənmi, quşların niyə əlləri yoxdur?

Çünki onlar birbaşa göylərə pənah aparırlar...

Ancaq aslanlar nərildəyəndə,

heç meşələr də eşitmir.

İt niyə hürür, özü də bilmir,

amma karvan keçir.

Çaqqalın ulaması ancaq 

meşəni korlayır.

Dəvənin boynu əyri olduğu üçün 

göyə baxa bilmir.

Yerin bütün yüklərini dəvə daşıyır.

başqa çıxış yolu da yoxdur,

Onun missiyası ancaq yerlə bağlıdır.

Amma dəvələr də inildəyir,

bu inilti səs deyil, nalədir.

Bəlkə naləsi göylərə çata,

əslində bu, ərşin səsidir, -

nə qədər yük daşımaq olar?

Atlar isə başqadır,

atlar şahə qalxanda 

ayaqları yerdən üzülür.

Kişnəməsi ilə birbaşa göyə tuşlanırlar.

Yəqin onlar göydə ağatlı oğlanı görürlər.

Peyğəmbərlərin səsini həm yerdə,

həm göydə eşidiblər...

Həzrəti Məhəmməd peyğəmbərliyə

qırx yaşdan sonra başladı.

O, səsini çıxaranda dünya dəyişdi,

O, dahilərin dahisidir.

Həzrəti İbrahim də, Həzrəti Musa da,

Həzrəti Yusif də vaxtlarını gözləyiblər.

Bircə Həzrəti İsadan başqa,

O, dünyaya səslə gəldi.

Sonra da qeybə çəkildi,

çarmıx şeytan xislətli insanlara

ancaq görüntü idi.

Onun göylərdə yüksək məqamı var...

Mən də içimdə Tanrı ilə danışıram,

səsim içimdə çağlayır,

heç dənizlər, ümmanlar

belə çağlaya bilməz.

Mən indi səsimi içimdən çıxarıram,

deyirəm ki, şeytan həmlələrinə 

ən çox bizim yurdumuz məruz qalır.

Çünki Tanrının Od elmi və Ağ elmi 

bizim yurddadır.

Bu, bizə maqlardan qalan yadigardır.

Quranda da buna işarətlər var.

Şeytanı təcəssüm edən qüvvələr

bunu yaxşı bilirlər.

Şeytani qüvvələr bu elmləri ələ keçirib 

yurdumuzu müqəddəslikdən 

uzaqlaşdırmaq istəyirlər.

Nail ola bilməyəcəklər...

Ariflərimiz və müdriklərimiz ruhi əlaqələrlə

bu elmləri göz bəbəyi kimi qoruyur.

İsa Muğanna bu elmi bilirdi,

bu elmin sehrlərini öz ruhunda daşıyırdı.

O, mələklərin çiynində cənnətə getdi.

Erməni-daşnaklar şər qüvvələrin

ruhi daşıyıcılarıdır.

İmperiyanın mürtəce qüvvələri və

erməni-daşnaklar İsa Muğannanı fiziki

cəhətdən məhv etmək üçün hər cür 

fitnə-fəsadlara əl atırdılar.

Heydər Əliyev bunu bilir,

İsa Muğannanı qoruyurdu. 

Bütün şər qüvvələr onun 

müdrikliyi qarşısında aciz duruma düşürdülər.

Əslində Heydər Əliyev İsa Muğannanı

qorumaqla yurdumuzun Od elmi və Ağ elmini

qoruyur, bu elmlərin gələcək nəsillərə

ötürülməsini şərtləndirirdi.

Yurdumun səmalarında gizli və müqəddəs

elmlərin şölələnməsi şər qüvvələrin intiharıdır.

Şeyx Nizami Gəncəvi, Həsən bəy Zərdabi də

yurdumuzun Od və Ağ elminə bələd idilər.

Sonda xeyir qüvvələr şər qüvvələrə qalib gəlir.

Erməni hər vaxt insanlığa xəyanət etmişdir.

Dünyanın hər yerində müxtəlif cildlərdə, 

müxtəlif simalarda erməni yaşaya bilər,

lakin onların hamısı daşnakdır,

yəni şeytandır...

Terrorizm onlara şeytanın əxz etdiyi

ən alçaq xislətlərdən biridir.

Əlli ildən çox şər imperiyasında

ən uca kürsüləri zəbt edə bilmiş 

Mikoyan şeytanın ən qanuni törəməsi idi.

Mikoyan hələ iyirmi yaşında olanda

Şərq dünyasının dühalarından olan Nərimanov 

bu şeytanın fitnə-fəsadlarından,

onun alçaq əməllərinin yurdumuza və türklüyə

ağrı-acısız ötüşməyəcəyini demişdi.

İmperiyada repressiyalara Mikoyanın -

bu əclafın çıxışından sonra rəvac verilmişdir.

Hətta Stalin də bu məruzəni oxumaqdan 

boyun qaçırmışdı.

Bu məruzəni ancaq şeytanların şahzadəsi

erməni-daşnak Mikoyan oxuya bilərdi.

Leninqrad mühasirədə olanda

ərzaq təminatına cavabdeh olan

daşnak-şeytan Mikoyan şəhər əhalisini 

aclıqdan öldürdü.

Onun həmkarı kiçik şeytan Baqramyan

yarım milyon sovet əsgərini 

öz nadanlığı üzündən güdaza verdi.

Lakin Mikoyan onu qoruya bildi.

Çünki Mikoyan faciəni başqalarının

üstünə atmağı bacardı.

Həzi Aslanovun hərbi dühası

erməni daşnaklarını çox qıcıqlandırırdı.

Həzi Aslanovun ayağının bildiyini 

erməni general və marşalların başı bilmirdi.

Mikoyan-Baqramyan cütlüyü Həzi Aslanovu

çox alçaqcasına aradan götürdü.

Mikoyanın da qorxduğu nəsnələr var idi...

Mikoyan niyə Bakıya gəlməkdən qorxurdu?

Çünki bilirdi ki, Bakıya gəlsə, qulağı kəsiləcək.

Onun ustadı və müəllimi, daşnak-terrorist

Andranikin qulağı bizim yurdumuzda kəsilmişdi.

Mikoyan ömrü boyu bu psixoloji 

zədə ilə yaşamışdır.

Qulağının kəsilməsindən qorxurdu,

bu bədbəxt toplumun milli qəhrəmanları

ya tayqulaq olur, 

ya da Qaregin Nijde kimi nasist.

Mütəmadi olaraq bu toplumun inanc yeri olan 

kilsələrində biabırçılıqlar dünyaya faş olur.

Bu kilsələrdə dinlə bağlı heç nə yoxdur,

burada bütün fitnə-fəsad və

şeytani siyasətin planları cızılır...

Mikoyan həm də ən eybəcər satqındır. 

İyirmi altı Bakı komissarını, öz əqidədaşlarını

satan Mikoyan olmuş, özü aradan çıxmışdır.

Stalin bunu bilir, bu faktla onu bambılı sanırdı. 

Mikoyan gecə-gündüz Stalinə yarınmaqla

Kremldə özünü Qafqaz qruplaşmasına

sadiq şəxs kimi göstərmək istəyirdi.

Lakin Stalin ölən kimi Qafqaz qruplaşmasına

arxadan zərbə vuran Mikoyan oldu.

Onun Beriyaya nifrəti fərdi deyildi,

Bu nifrət bütün gürcü xalqına 

və digər qafqazlılara yönəlmişdi.

Çünki Mikoyan və digər erməni daşnaklar

bilirlər ki, ermənilər qafqazlı deyillər.

Tolstoyun təbirincə deyilsə, ermənilərin

Qafqaza köçürülməsi Qafqaz xalqlarının belinə

arxadan vurulmuş xəncərdir.

Ermənilərin gürcülərə pataloji nifrəti

həm də ondan qaynaqlanır ki,

ermənilərdən fərqli olaraq 

gürcülərin tarixi saxta deyil,

gürcülərin Qafqazda köklü və oturaq xalq

olması, bu bölgədə 

xristian dininin mənəvi dəyərlərinə

sadiq olmaqla bu dəyərləri qorumaları 

erməniləri həmişə qıcıqlandırmışdır.

Saxtakarlıq real faktlardan qorxur.

Fars şovinizmi erməni-daşnak 

terrorizmi ilə məsləkdaşdır.

Onları birləşdirən ümumi xislətlər çoxdur,

bunların başında nankorluq dayanır.

Min illər farslar və ermənilər türklərin

hakimiyyəti altında yaşamış,

hər hansı bir təqibə məruz qalmamışlar.

Lakin əllərinə fürsət düşən kimi ermənilər

türkləri cismani, fars şovinizmi isə mənəvi 

soyqırıma məruz qoymuşlar.

Fars şovinizminin islama, müsəlmançılığa

heç bir aidiyyatı yoxdur.

Səlib yürüşlərinin qarşısını türklər alanda

farslar türklərə arxadan 

zərbə vurmağı düşünmüşlər.

Xilafət saraylarında farsların

törətdikləri fitnə-fəsadlar müsəlman 

dünyasının parçalanmasına 

hesablanmış addımlar olub.

Farsların yaşadığı ərazilərdə dövlət sarsılıb

yoxa çıxanda, onun xarabalıqları

üzərində Azərbaycan türkləri yenidən 

möhtəşəm dövlət qurmuşlar.

Fars şovinizmi Şah İsmayıl Xətai, 

Nadir şah Əfşar,

Məhəmməd şah Qacarı unudarlarsa,

nankorluqda tayları-bərabərləri yoxdur.

Pəhləvi İranı anqlo-sakson imperializminin,

molla rejimi isə 

fransız imperializminin layihəsidir.

Molla rejimi fars şovinizminin ən idbar formasıdır.

Moizə oxuyanların dövləti 

idarə etmək qabiliyyəti yoxdur.

Terrorçu qurumlar yaratmaq 

dövləti idarə etmək deyil.

Müqəddəs dinimiz, əhli-beytimizdən 

siyasi alət kimi istifadə etmək 

Tanrı qarşısında ən böyük günahdır.

Lakin molla rejimi bunu nəzərə almır,

özlərinin siyasi ambisiyaları üçün

müqəddəs dinimizə xələl gətirirlər.

Öz xalqlarını acından öldürüb onların 

pulunu terrorçu qurumlara xərcləyənlər

əvvəl-axır Allahın qəzəbinə gəlməlidir.

Bu rejimlərin əkdikləri 

İranın qarşısına çıxacaq.

Bunu indi dərk edirlər,

onlar yenidən bir türkü dövlət 

başına gətirib İranı xilas etmək istəyirlər.

Lakin artıq qatar getmişdir,

İran dağılmağa məhkumdur,

ya da bu coğrafiyada hakimiyyət 

bütünlüklə türklərə keçməlidir.

Fars şovinizmi muxtariyyətə də 

həsrət qalmalıdır.

Fransa da iflic olmaq ərəfəsindədir.

Çörçilin Şarl de Qola rəğbəti 

İkinci Dünya müharibəsindən sonra 

dünya düzənində Fransaya daha çox

və əsassız pay ayrılması ədalətsiz idi.

Fransa bunu haqq etmirdi,

çünki uduzmuş tərəf idi.

Hitler həmişə xoruzlanan Fransanı 

üç günə işğal etdi,

bu məğlubiyyətdən sonra Fransa 

ümumiyyətlə dünya düzəninə çıxmamalı idi.

Nə yaxşı ki, Qafqazdan olan partizanlar

toparlanıb Fransanı faşist işğalından azad etdilər.

Şarl de Qol nəyə görə tez-tez Bakıya gəlirdi?

O, faşizmə qarşı mübarizə sirlərini 

Bakıda öyrənirdi.

Həm də onda macar qanı var idi...

Şarl de Qolun fransızlardan daha çox

azərbaycanlı Əhmədiyyə Cəbrayılova 

etibar etməsi 

onun uzaqgörənliyindən xəbər verirdi.

Heç Napoleon da fransız deyildi,

o, Fransanı xürafatdan qurtarmaq üçün

yeni tipli imperiya yaratmağı qərara aldı

və bunu bacardı.

Lakin Napoleon bilirdi ki, fransızlar 

öz imperatoruna layiq deyillər.

Rusiya ilə müharibədə fransız döyüşçülər

Napoleonu biabır etdilər.

Onlar Moskvada döyüşmək əvəzinə,

talançılıq və əxlaqsızlıqla məşğul olurdular.

Fransanın gücü ancaq dəyənəklə silahlanmış

Afrika xalqlarına çatır,

ya da kiçik ada dövlətlərini ilhaq edirlər.

Avropada onlar türkləri və ingilisləri

görəndə quzuya dönürlər.

Bəlkə buna görə Napoleon deyirdi ki,

mənə qalsa, ordumu 

türklərdən formalaşdırardım...

Fransanın indiki rəhbərləri 

ermənilərə bacı deyirlər,

fransız hara, erməni hara?

Təhtəlşüurda görən nə nəzərdə tutulur?

Şarl de Qol və Napoleon da əsl şəxsiyyət idilər.

Onların türklərə rəğbəti

türklərin böyüklüyünə görə idi.

Fransanın indiki rəhbərləri 

təfəkkürcə çox cılızdırlar.

Onlar ermənilərin pulu ilə

hakimiyyətə gəldikləri üçün türkçülüyə

qarşı avantürist siyasət yeridirlər.

Qorbaçovun ermənilərdən aldığı 

qızıl və maliyyə öz başında çatladı.

Sonda ermənilər özü onu pis duruma saldı.

Fransa da məhvə məhkumdur,

vaxta çox az qalıb...

Dünya düzənində türk dünyasının

ulduzu parlayır.

Turan imperiyası müasir, 

yeni sivilizasiya deməkdir.

Bu sivilizasiyada ikiüzlü standartlara 

yer olmayacaq.

Türk dünyasının birqütblü güc olması realdır.

Heydər Əliyev bütün neft-qaz

kommunikasiyaları ilə türk dünyasını ilkin 

mərhələdə birləşdirdi.

Bu, Turan imperiyası yaradılmasının

anonsu idi...

Şeytani qüvvələrin kürkünə

birə düşmüşdü,

onların iyrənc çabaları ürəyində qaldı.

Bu yolda geri dönüş ola bilməzdi.

Çünki müdriklər öz addımlarını

çox uzaqlara hesablayırlar.

Qarabağ erməni terrorizmindən 

azad olunarkən, imperialist dünyasında

mənfur qüvvələri sarsıtdı.

Onların səsi hıçqırtılı və titrək idi.

Çünki belə qüdrəti və əzəməti

təsəvvür edə bilmirdilər.

Yurdumuzun bu ədalətli savaşına 

imperialist dairələrin atdığı iftiralar

İlham Əliyevin haqlı və məntiqli 

çıxışları ilə darmadağın edilirdi.

Bu çıxışlardakı səsin cazibəsi 

dünyanı heyrətə salırdı.

Nüvə silahi ilə öyünənlər,

dünyanın hər yerində öz maraqları naminə

dinc sakinləri, qocaları, qadınları,

körpələri, təcili yardım maşınlarını

bombardman edənlərə, 

Şuşada kilsənin iki kərpic daşının 

qopmasından həyasızcasına 

hay-küy qoparanlara nə ad vermək olar?

Abırsızlığın da bir həddi olmalıdır.

İmperialist dünyasının məkrli

planları alt-üst oldu.

Haqq nazilər, üzülməz.

Qırx dörd günlük müharibədə

qazanılan qələbə haqqın və ədalətin 

təntənə səsi idi.

Yurdumuzun Od elmi və Ağ elminin

üzə çıxmasının təzahürləri idi.

Bəlkə Tanrı yurdumuza Səs elmi 

də ərməğan edir?! 

"Zəfər günü" şeirimdə demişəm:

"Vətən qələbələr yürüşündədir",

yeni-yeni qələbələr yürüşündə.

Bunu mənə içimdəki səs deyir,

içimdəki Allahla danışdığım səs.

Bəlkə bunun özü də Səs

elminin bir qətrəsidir?

 

Xilaskar səs

 

Qazaxıstanın Aktau şəhəri 

yaxınlığında təyyarə qəzaya uğrayarkən azərbaycanlı stüardessa xanım 

Hökumə Əliyevanın sərnişinlərin 

xilası üçün göstərdiyi fədakarlıq 

və həyəcanlı çağırışları bir xilaskar səs kimi dünyanı heyrətə salmışdır.

 

Dünya çox sarsıldı sənin səsindən,

Bu səs insan səsi, mələk səsimi?

O səsdə Vətənin səsi var idi,

O səslə qırıldı şərin tilsimi.

 

İtirir göylər də tarazlığını

Yaşamaq uğrunda gedəndə cəngi.

O səsdə rahatlıq tapırdı sanki

Yerin ahəngiylə göyün ahəngi.

 

Vətən səmasında dan söküləndə

Son dəfə Xəzəri seyr edib keçdi.

Bu dəfə göylərdə insan kimi yox,

Bu dəfə göylərdə mələktək uçdu.

 

Otuz üç yaşında ömrə son qoyan

Tanrının yolunda cihad edəndir.

Cənnətdə mələklər başsız qalanda,

O, öz sevdiyini şəhid edəndir.

 

Otuz üç yaşında İsa Məsih də

Xilaskar rolunda qeybə çəkildi.

Bəşərin xilaskar axtaran gözü,

O vaxtdan yerə yox, göyə dikildi.

 

Kim bilir, bəlkə də mələklər elə

Orda dayanıbmış çiçəklər ilə.

Otuz üç yaşını sən bayram etdin

Yerdə yox, göylərdə mələklər ilə.

 

O səsdə Vətənin səsi var idi, 

Təsəlli qəlbləri isidir axı.

O səsin sehrindən dünya ayılmır,

Bizim od qızının səsidir axı.

 

Həzrəti İsanın mövlud günündə

Göylərdə həyatla vidalaşdı o.

Qovuşdu əbədi səadətinə

İsa Məsih ilə eyni yaşda o.

 

Vətən sağollaşdı şanlı qızıyla,

Hikməti böyükdür bir İlahinin.

...Onun bu xilaskar səsində, bəlkə,

Bizə salamı var İsa Məsihin...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!