Belə tanıyıram onu:
Sadə,
Bütöv,
Ağayana...
Nurlu,
Həlim,
Qəlbəyatan...
Sönməz,
İsti,
Dərdə yanan...
Məğrur,
Mətin,
Əqidəli...
Zəki,
Müdrik,
İradəli...
Möhkəm,
Dönməz,
Yolu bəlli...
Aydın,
Səlis,
Məntiqi düz...
Ədəbi aləmin Səsi,
Qolugüclünün qənimi,
Zəiflərin də yiyəsi...
Nümunədir mərifəti,
Bir nemətdir hər hikməti -
Millətimin qəniməti...
Xasiyyətin əks eləyir
Özünəbənzər yerişi,
Oturuşu, dik duruşu,
Ağayana hərəkəti,
İti gözdən mərd baxışı...
Kürsülərə yaraşıqdı
Səlis məntiqli çıxışı.
Məclisə qədəm basanda
Hər diqqəti ram eləyən.
Gələndə nər kimi gələn,
Gedəndə ər kimi gedən.
O da ayrı bir hikmət ki,
Niyyəti saf,
Məramı xoş...
Alnıaçıq,
Üzü də ağ...
Başıuca,
Zirvəsi qar,
Qoca bir dağ...
Onun ən böyük sərvəti:
Bilimdir, elm-irfandır...
O, İNSAN oğlu İNSANDIR!..
Zəkası sökür zilləti,
İşığa çəkir milləti.
Hər kəsə bir nizam verir
İdrak, Ziya fəlsəfəsi...
Bir ayrı arzu-niyyətdir
Dua ağızlı nəfəsi.
Sanki nur dolu cahandır
Meydanda Cəngavər Kişi.
Öz elmi, irfanı ilə
Alimlərə Səngər Kişi!
Sətir-sətir, hərf-hərf,
Cümlə-cümlə dolğunlaşan,
Zənginləşən xəzinəsi
Karvan yüklü - Ləngər Kişi!
Yüz ölçər, bir biçər qağam
Hər dəfəsində hər işi.
Çünki Tanrısından alır
Nizam dolu hər gərdişi...
İftixara qürur verir,
İftixarı məğrur qılır,
Ağır Kişi, Batman Kişi!
Allah qorusun dərdişi!..
16.12.2024, saat 23:26
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!