Təkliyə qısılan duyğular kövrək,
Bir həzin nəğməyə susayıb ürək,
Yarpağı badətək qaldırır külək,
Payızın sağlığına!
Bax, bu ağır hava mənimdi elə,
Tanrım, darıxdınsa ruhumu dinlə!
İstəsən, bir yağış sifariş eylə,
Yalqızın sağlığına!
Arzumu qanadsız quş eyləmişəm.
Bağrımı yandırıb daş eyləmişəm.
Bilsən, nə əzablar nuş eyləmişəm...
O, qızın sağlığına!
24.09.24
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!