Gülöyşə nar kimi - Şeir. Qardaşxan

Eh, qızlar, qadınlar!.. qəlbiniz ki, var

köksünüz altında bircəciyidir.

Üçüncü - sinəniz üstə qoşa nar,

İkinci qəlbiniz nar çiçəyidir.

 

Dördüncü, beşinci qəlbiniz də var;

Gül dodağınızdan sorular nektar,

Diliniz ağızda narşərab dadar,

İkinci qəlbiniz nar çiçəyidir.

 

Atır, atdığında çağrı çatlayır,

Başvurdan başında ağrı çatlayır,

Gülöyşə nar kimi bağrı çatlayır,

İkinci qəlbiniz nar çiçəyidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!