Məmməd əmi - Əkbər Qoşalının Məmməd İsmayıla yazdığı şeir

Yastığın yüngül olsun.

Ağrıma, Məmməd əmi.

Umud və dua gəlir

Çəkincə adınızı

Ağlıma, Məmməd əmi.

 

Sağ olsun gələn-gedən;

Nə deyir ağacdələn?

Teylənər avarçəkən,

Çəkincə adınızı

Ağrıya*!.. Məmməd əmi.

 

İncitməz sal suları;

Kim dinlər lal suları?..

Əsriyin bal suları,

Çəkincə adınızı

Arılar, Məmməd əmi.

 

Yastığın yüngül olsun.

Ağrıma, Məmməd əmi.

Çəkincə adınızı

İncəlsin dərd - tül olsun;

Tez sağal, Məmməd əmi.

 

* - Ağrıdağı nəzərdə tutulur

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!