ey usta
ey dili qafil fil faili məchul fani f....
usta
ustranda tilişək nə şübhələr oyadır
usta
ilişək kəlmələrin gəlmələrdən yadigar
necə götürdü hürlüyü bu axın xeyirliyə
görərsən dönüb durur başın üstə yad diyar
usta
nə tez adımı dedim indi atlat qəzamı
usta
əzalarım uzaydanmı
heç görmə gözlərimdə sayrışan külüngləri
bir az nəmi himayən bir az sevdası asi
əzəldən sızlayandı andır iliklərim
usta
yox bu gecə düşməklə ay qalmaz ayasından
usta
zoqquldayan əzama ezam olunmuş zaman
sənə belə qıyamam məryəm himayəsində
çünki qiyamət bəhsi keçir qəlbimə daman
usta
ustalıqla talandı andımı danan anım
eyni minvallı haldı başımda qeylü qallar
çəkilsəm yoxluğuma məna kəndir boğazda
ilişəyi çəkilən səs bəsləyən qavallar
usta
davullar vurulduqca boşluq qılıf dəyişir
usta
açınca gözlərimi bitmiş olmasın maya
usta
kimdi məni gözləyən əyyamlar yürüşündə
usta
eləsə al qələmi təzdən alnıma daya
soğanlıq
ey dili qafil fil faili məchul fani f..
şalvarımın balağını bir az çirmədim
hamam olsa duş alıb yaman çimərdim
soğanlığın alağını bitirib gülnaz
soğanlığa girər girməz bir az çöməldim
baxdım hər yan yaşıl başın ərşə dirəyir
bura girsə at da durub sakit kişnəyər
bulud unutduğu yerdi qətrəsi məlhəm
bürkü hava divar ovub suvaq tökəndi
camış olub mən burada görsəydim löhmə
qara deyil yaşıl çalar başımda kəndir
baxdım hər yan yaşıl başını ərşə döşəyir
dağ alçaldır döş əyir
bir qarışqa bir soğanı yaman döşləyir
soğanlıqda kirpi görsən haran qaşınar
burda sünbül bitsə idi laxlayan dişdi
günəş göydən köməyini əsirgəmirsə
leysan töksün dolu vursun
qazanların yuxusunu qaçıran soğan da bişdi
soğan görən gözlərimdən yuxu da qaçdı
baxdım hər yan yaşıl başın ərşə qapdırıb
göyün adı gələn yerdə soğan şax durub
bundan sonra tərs mütənasib
ey dadi bidad danəndə dəhan dərviş d....
museyibin oğlu sevdanın dəlisidi
ara məhlədən ayrılan yol şəhərə açılır
sümbül əfəndi bir möminin daşıdığı addır
yurdu iki yerə ayıran nehrin sularında balıq fəryadı
şerimizin baş köşəsində qürbəti faniliyə hürdürür
baxça söyüd küləş xışıltısı sabah öskürən qoca
işıqla təmasından xəyallar zingildədir
nə olsun əlim toxunur saçımın ağlığına
ağırlığın yer üzünün yaddaş çizməsidir
bundan sonra arif adam əsla gülməz hörmüzə
oğuz babamın ağlı ilişib qalıb canın ölkəsində
içimə çəkdiyim havada davul zurna səsi nə
eşqi dərib qəm sarıyan varlığıma dirənmişəm
bundan sonra hansı adam inanandır kölgəsinə
əl əməyi göz nurundan ötədir can hörüyündəki naxış
köynəyi əynindən çılğın bir azarın bəstəsi
həyat bölən ömür ayıran tale çağlayan nəşə
qədər hakim libasında məni oturtmuş dəngə
məna arayan gözlərim nə var sovurur ərşə
belə məlul ipucları yaxınında partlayır
belə yaxın hürbeçəlik çəkişdirir yaxamı
isa sakit incik üzgün nuh gərnəşir arada
əsasıyla seyrə çıxan musa qısa yol seçir
ta gərək ki yusif çıxıb quyusundan gözüqara
nəfəs arası mahşərlə
quş yuvasına kol seçir
təntidikcə aramızda məsafə boyu zaman
məni səndən səni məndən aralayan qıl seçir
işıq nədi heç kövsərin danan sudan danışma
sabahları peşkəş çəkən göy Rəhmanın cilvəsi
mən üzümü zəmanənin nimçəsində sunulan
bir törənin ləbbeyk çəkən ayrılığındakı həvəsi...
necə yorğun qırğınlarla tamahlatdığın gördüm
seir
ey dövranın naləsindən nəsibin alan diyar..
sırma bəyaz kadifə yaz azğın qəni foye
əsir salamat maya cıxarsa aya minnət
etməyə yoxdur hacət bəs bu necə sədaqət
göstərib də...üstəlik təravət qutsal sünnət
demişdim aya baxan xain xofunda fitnə
gecə cəhalət tula hürüşü səssiz yalan
heca saydığın xilqət kölgəsin cəkib tinə
uca başın cəlalı lalıyar göydə ilan
səsimi cıxarmasam ismim yesir qalacaq
tutanağı göz dikmək tapınağı xaça yad
elə anda təbilini göydən yerə çalacaq...
çəkiləcək içdiyin suyun dadındakı yod
quzğun ağzına baxıb ritmin tutub səhərdən
aşıb hasarı gizli danışacaq qacarla
...zalımın gözlərinin rəhin aldığı kirdən
hönkürtülər təzədən dönər cana azarla...
cumaya cuma cuma
ey dadi bidad danəndə dəhan dərviş d...
!cuma günü göyərçinlə uçdum məscidə
?az qalmışdı göyərçinlə məscidə yürüyərək gedəm
.cuma cuma göyərçinlə uçdum məscidə
,məscid
,azan
,qübbə
,tavan
.minarə hədəm
...azan azan yoldan azan duycaq salatı
-bel sümüyü onurğadan iki tağlandı
!!göyərçinlə cuma cuma uçdum məscidə
,imam təkbir gətirdikcə qiblə ovlandı
cuma günü göyərçinlə məscidə uçdum
sağım solum sıra sıra
sağım solum sırılsıklam şəhrə bədəldi
baxıram namaz sonrası inci dəb pusur
imamın oxuduğu fatihələr dil dəldi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!