Bölgələrdə ədəbi həyat - Qax-Zaqatala-Balakən

 

Azərbaycanın Şimal-rb lgəsində, dağlar qoynunda yerləşən, Qax-Zaqatala-Balakən rayonları ön sunkar lliyi, z oxşayan biəti ilə seçilir. Azsaylı xalqların kompakt yaşadığı bu lgə, əfsuslar olsun ki, sanki əbi hitdən narda qalıblar. Hansı ki, Qax-Zaqatala-Balakən rayonlarında da ədəbi mühitin formalaşmasında xidmətləri olan şairlər, yazıçılar var. Onların bir çoxları respublika mətbuatında dərc oluna bilmədiklərinə görə ictimaiyyətə tanış deyildirlər. Onların arasında azsaylı xalqların nümayəndələri də vardır ki, onlar iki-üç dildə şeirlər yazırlar. Bölgə yazarları arasında Azərbaycan Yazıçılar Birliyinin üzvləri də var. Dilbər guşənin yazarlarının ölkə ictimaiyyətində tanınması üçün respublika mətbuatında dərc olunmalarına ehtiyac vardır.

 

Əlmaniz ƏLƏKBƏRLİ

AYB-nin Zaqatala bölməsinin rəhbəri

 

 

Şirin İbrahimov

 

 

nsiz

 

Məni məndən aldın, özün bilmədən,

İnan, sənsiz çox səssizəm, səssiz.

Həyatım oldun, özüm bilmədən,

Röyamsan, xəyalsan, sənsizəm, sənsiz.

 

Sənsizliyə dözə bilmirəm daha,

Hicranın ucuzmuş, vüsalın  baha,

Səni and verirəm o bir Allaha,

Mən sənsiz heç nəyəm, sənsizəm, sənsiz.

 

Əlimdə əlinin izləri qaldı,

Son dəfə baxışdıq, göz yeri qaldı,

Arxanca həsrətin iz yeri qaldı,

Əlçatmaz zirvəsən, sənsizəm, sənsiz.

 

 

Şakir İBRAHİMLİ

 

 

Dünya

 

Bir neçə şeirdir mən yazdıqlarım,

Bunlardır həyatda dövlətim, varım.

Əgər varsa bir də, vəfalı yarım,

Belə yaşamağa dəyər dünyada.

 

Sevənlərin sayı sənin çox olsa,

Düşmənlərin sayı, əsla, yox olsa,

"İnsanam" deyənin gözü tox olsa,

Belə yaşamağa dəyər dünyada.

 

Sevilmək qismətdir, görəsən gərək,

Yaşamaq sevməkdir, sevəsən gərək.

Sevənin qədrini biləsən gərək,

Belə yaşamağa dəyər dünyada.

 

 

Ömər DƏMİRÇİOĞLU

 

 

Yalan dünyadı

 

Qocalıq qəddimi, belimi əydi,

Aylarım ağladı, ilim ağladı.

Cavanlığım hanı, de, harda qaldı?

Dərd çəkən göz oldu, gözüm ağladı.

 

Dünya əbədidir, biz isə bəzək,

Hər gələn dünyadan köçüb gedəcək.

Yaşayan günlərin qədrini bilək,

Bizi yola salıb qalan dünyadı.

 

Kimləri ağlatdı, kimi güldürdü,

Kimə həyat verdi, kimi öldürdü,

Hər kəsin ömründən bir pay götürdü,

Canlardan canları alan dünyadı.

 

Nə qədər dünyada yalanlar gördüm,

Böhtana, yalana uyanlar gördüm,

Dünyanın malından doyanlar gördüm,

Karvanları boşalıb-dolan dünyadı.

 

Canım da qurbandı yaxşı kəslərə,

Alqışlar, təriflər azı, min kərə!

Heç kəs düşməsin böhtana, şərə,

Quruyub, yox olub, solan dünyadı.

 

 

Ömər Zutov

 

 

Ana əlləri

 

Hərəni bir cürə yaradıb Allah,

Anamın var idi xırda əlləri.

Var idi onların böyük hünəri,

Xırdaca olsa da, Ana əlləri.

 

O əllər nə qədər iş bacararmış

Həyətdə, mətbəxdə, evin içində.

İşə gedən kimi, həm iş yerində

Dinc dura bilmirdi Ana əlləri.

 

Yadımdan çıxmayır, uşaqlığımda,

Gah əzizlənərdim, gah döyülərdim.

Mən küsüb gedəndə, geri qaytarıb,

Bağrına sıxardı Ana əlləri.

 

Qəza təsadüfən yaratmış yara,

Yuxum ərşə çəkib, gətirib zara.

Loğmanın rolunu ifa edərək,

Ağrıkəsiciydi Ana əlləri.

 

Bilmirəm, nə hikmət var idi, onda,

Nə qədər mərhəmət var idi, onda.

Yorğun bədənimə o, toxunanda

Məni dincəldərdi Ana əlləri.

 

Deyirəm, hazırkı qoca yaşımda,

Nə ola, indi də yaşasaydı, kaş.

Ey Ömər Dinçili, dilin səhv desə,

Ağzımdan vuraydı Ana əlləri.

 

Adilə Aslanova

 

 

Deyiləm

 

Döymə pəncərəmi payız küləyi,

Üşüyər otağım,

O mən deyiləm!

Səmtini dəyişib çıxma qarşıma,

Gəzib tapdalanan çəmən deyiləm.

 

Gəlmisən, bilirəm, yaz havasında,

Gözünün, könlünün saz havasında,

Dilləndir hər kəsi öz havasında,

Özgə havasına dinən deyiləm.

 

Sən çırpan bağların barı qalmayıb,

Tökülüb yarpağı, narı qalmayıb,

Boşalıb pətəyim, arı qalmayıb,

Dəli harayına dönən deyiləm.

 

Baxmaram havaya, divanə olsan,

Yağışa çevrilib boşalıb-dolsan,

Çırpınıb pəncərəm yanında qalsan,

Açmaram, özümdən əmin deyiləm,

Üşüyər otağım...

O mən deyiləm!

               

 

Nəbi MÜLKÜMOV

 

 

İllər

 

Bu illər necə də sürətlə keçir,

Hara tələsirlər, bilə bilmədim.

Elə bil mənzilə tez çatmaq üçün

Dönüblər küləyə, yelə, bilmədim.

 

Elə bil dünənin uşağıydıq biz,

Top-top oynayırdıq həyət-bacada.

Arada xəlvət, səssiz-səmirsiz,

Qaçıb gizlənərdik, damda-bacada.

 

Ay illər, siz nə tez ötüb-keçdiniz,

Saçıma belə tez dən düşüb, nədən?!

Bir anlıq görünüb yenə itdiniz,

Xəlvətcə qaçırsız mənə demədən.

 

 

Kifayət Mütəllibqızı

 

 

Sən niyə sevməyi

öyrətdin mənə?

 

Mən ki, göyərməyən bir qara daşdım,

Quraqlıqda quru, yağmurda yaşdım,

Sellərdən xəbərsiz, kükrədim, daşdım,

Sən niyə sevməyi öyrətdin mənə?!

 

Əvvəl baş açmadım öz ürəyimdən,

Təmiz ürəyimdən, düz ürəyimdən,

Ümmanlar axıtdın qız ürəyimdən,

Sən niyə sevməyi öyrətdin mənə?!

 

Duymadığım duyğu sevgidi, bildim,

O sənsiz yollarda ləngidi, bildim,

Axırda sozaldı, səngidi, bildim,

Sən niyə sevməyi öyrətdin mənə?!

 

Quruyan könlümə daş atmadınsa,

Gözündən bir gilə yaş atmadınsa,

Məni bu sevgiylə yaşatmadınsa,

Sən niyə sevməyi öyrətdin mənə?!

 

 

Şıxamir Sultanov

 

 

Necə sevməyəsən

Zaqatalanı?!

 

Bu qədər gözəllik yoxdur heç harda,

Gözəldir burdakı yağış da, qar da,

Allah verib xalqa hər cürə var da,

Tapmazsan belə yer, gəzsən, dünyanı,

Necə sevməyəsən Zaqatalanı?!

 

Bu yerin aranı, boz dağı da var,

Meyvə bağları da, gül bağı da var.

Tərifə layiqdi parkı, meydanı,

Necə sevməyəsən Zaqatalanı?!

 

24 millət burda olub cəm,

Fərqlənir büsbütün burdakı aləm.

İlahi qoymayır kimsə çəkə qəm,

Sevincə qərq edir yaşlı, cavanı,

Necə sevməyəsən Zaqatalanı?!

 

Dikəlib buraya dünyanın gözü,

Burdadır, elə bil cənnətin özü.

Danışmaqla bitmir xalqların sözü,

Olub bu ərazi dillər dastanı,

Necə sevməyəsən Zaqatalanı?!

 

Zaqatala adlı bu gözəl məkan,

Verib Şıxamirə şirin ömür, can.

Daim yüksək olub burda yaşayan,

Hər bir vətəndaşın dini, imanı,

Necə sevməyəsən Zaqatalanı?!

 

 

Rəşid Mirzəyev

 

 

Tanıyın məni

 

Vətənim, eşqinlə döyünür ürək,

Səni bəbəyimtək qoruyam, gərək.

Bu yurda, yuvaya sipər olaq biz,

Qoy, anlasın bunu, gələn nəslimiz.

 

Hər deyən hədyana inanmasınlar,

Həddi aşmasınlar, üz saxlasınlar.

Geriyə baxmayıb, daş atmasınlar,

Mənim dediyimi unutmasınlar.

 

Lazımsa, canımı əsirgəmərəm,

Vətən, el yolunda ərənəm, ərəm.

Bu yaşda döyüşə özüm gedərəm,

Nəyə qadirəmsə, mən göstərərəm.

 

Görsünlər ki, aslan necə döyüşür,

Önündə çaqqallar necə bürüşür.

Qartalın şığıyıb, ova cummağın,

Qarğanın yalvarıb, imdad ummağın.

 

 

Əmrah Almalı

 

 

Ay ata

 

Toxunma, qəlbimin yaman günüdür.

Göz yaşım süzülüb, daman günüdür,

Qoymayın, yanıram, aman günümdür,

Səs-soraq salmışam mən bu həyata,

Səni axtarıram ata, ay ata.

 

Yaxınmı, uzaqmı, aram, hardasan?

Soyuldu, göynədi yaram, hardasan?

Sən yoxsan, qurudu param, hardasan?

Dərdini dərdimə mən qata-qata,

Səni axtarıram ata, ay ata.

 

Başımızın taxtı-tacı gəlsənə,

Günlərimiz keçir acı, gəlsənə,

Qan ağlayır qardaş, bacı gəlsənə,

Gəl, səninlə verim qanad-qanada,

Səni axtarıram ata, ay ata.

 

Əl-ayağım getmir işə, yan, deyir,

Dil dodağa, dodaq dişə yan, deyir,

Göz yaşım da düşə-düşə yan, deyir,

Yanıram, amandı, yas tuta-tuta,

Səni axtarıram ata, ay ata.

 

Mən yanıram dağlar qədər, a dağlar,

Ömür-günüm oldu hədər, a dağlar,

Mənə qalan oldu kədər, a dağlar,

Dura bilməyirəm rahat-rahata,

Səni axtarıram ata, ay ata.

 

Əmrah deyir, hanı atam, neyləyim,

Mənə oldu yaman sitam, neyləyim,

Bəlkə məzara üz tutam, neyləyim?

Deyəm, qalx ayağa, sən yata-yata,

Səni axtarıram ata, ay ata.

 

 

Nüsrət MUSAYEV

 

 

Sevirəm səni

 

Mən niyə demədim sevirəm səni?

Bəzən boylanıram ömrün yazına,

O kövrək hisslərdən ürək qızına...

Hər şeydən danışdıq biz dostcasına,

Mən niyə demədim sevirəm səni?

 

Sevirdim, hamıdan bunu gizlədim,

Xəyalda bir xoşbəxt həyat bəslədim.

Mən niyə susmuşdum, kimi gözlədim?

Mən niyə demədim sevirəm səni?

 

Yad hisslər qəlbimə yabançı oldu,

Bilirəm, ortada miyançı oldu.

"Sevirəm" söyləyən yalançı oldu,

Mən niyə demədim sevirəm səni?

 

Tərləyib abırdan, utanıb üzdən,

Çəkinib üzümə dikilən gözdən,

Sən həya eylədin bəlkə bu sözdən,

Mən niyə demədim sevirəm səni?

 

İl-ilə calandı, gün-günə döndü,

Dünyanın yarısı bir dinə döndü.

İçimdə hayqıran dərdimə döndü,

Mən niyə demədim sevirəm səni?

 

Bu sözlər içdiyim andım olardı,

Dönük taleyimə yardım olardı,

Seçdiyim ən düzgün addım olardı,

Mən niyə demədim sevirəm səni?

 

 

Havva ADƏMSOY

 

 

Şəhidim

 

Göz yaşını tökmə ana,

Yoluma göz dikmə, ana,

Cənnətdə evim qurulub,

Arzudan ev tikmə, ana!

 

Selə dönən göz yaşından,

Ağlama, boğuluram, ana.

Qaytarılan torpaqlarda

Təzədən doğularam, ana!

 

Səhər günəş doğulanda

Şəfəqə dönəcəyəm.

Gözlərinin yaşını

Hər gün mən siləcəyəm.

 

Otların qoxusundan

Ətrimi duyacaqsan,

Parlayan jaləsindən

Əksimi görəcəksən.

 

Qanım axan torpaqda

Lalələr bitəcək, ana!

Bir daha o güllələr

Bizi öldürməyəcək, ana!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!