Türküm, Türküstanım, Azərbaycanım... - Alməmməd ELDAROĞLU

Türk Təşkilatı Birliyinin, "Türk Əsri"nin 10-cu Astana Zirvə toplantısına

 

Azərbaycanım!

Alovu yanar

Ürək odundan,

Rənginin ətri

Şəhid qanından...

Zəfər günəşimin

Şəfəqi sönməz,

"Bir kərə qalxan,

Bir daha enməz!"

Mənən mənası,

Mayası ərən.

Sən möhürüsən -

Türk oğlu türkün

Qolu yenilməz.

Başının üstə

Şəfəqli bir Ay,

Eşq aləmində

Nəğməli haray!

Ürək atışı

Qobustan qaya.

Qoşa ürəkli

Bu iki dövlət,

Bir olan millət.

Bax yerdən-göyə

Azərbaycandı

Bir də Türkiyə!

Qoşqarım vüqar,

Şahdağımda qar.

Kəpəz

            Savalan,

Murov

            Haçadağ,

Göydələn Ağrı,

Şuşa Qarabağ!

Aydın sabahım!

Canım Təbrizim,

Ətri bəmbəyaz,

Şimalında yaz.

Naxışı

            atlaz.

Başımda cövlan,

Hilalı nurdan

Cilalı bayraq!

Cəngisi qında,

Andına sadiq

İmanı Quran!

Qalx, ey Türk ordum,

Mənim boz qurdum!

Türk elli yurdum!

Turan torpağım,

Türk-Türküstanım

Azərbaycanım!

Xətai biləkli

Əsgəri aslan,

Ruhu poladdan

Müzəffər xalqın

Başında duran.

Sözü, imzası

Yumruq nidası!

Ağrıda ayaz

Coşqusu Araz...

Bir yeni tarix

Qafqaza dastan,

Gəl, Baş Komandan!

Ərdoğan, İlham!

Şöhrətim, şanım,

Türk - Türküstanım

Azərbaycanım!

 

Salamı Ali,

Haqq, ədaləti,

Alidən, ali.

Ruhu Qarabağ,

Bəhridə muğam,

Avazı azan

"Allahu Əkbər!",

İstiqlal yazan!

Ölümə meydan!

Dünyaya haqdı

Ordusu Turan!

Nərəsi tufan!

Təyyub Ərdoğan,

Sərkərdə İlham!

Otuz il işğala,

Qırx dörd gündə son.

Savaş tarixini

            Zəfərlə yazan.

Qələbə ətrini,

            Şuşadan alan

Əsrin cəngavəri

 

Sülhdü ərməğan

Ey ata yurdum

Türk - Türküstanım

Azərbaycanım!

 

02.10.2023

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!