Azər, Turan bacımızdan yadigarsan,
ruhunda pak
ruhu yaşar Cavidlərin.
De, kim verdi duasını, sadə insan,
ömür boyu yazdığın bu şah əsərin?!
Ruhunda pak
ruhu yaşar Cavidlərin.
Ana yurdun
soyumasın od-ocağı,
pəncərəni
açın səhər küləyinə.
Əli bəyi
yetişdirən Kür qırağı
ilham verdi
sənin də od ürəyinə.
Pəncərəni
açın səhər küləyinə.
Alim atan
əzəl gündən dostdu bizə,
Səməd Vurğun,
Rəsul Rza olub sizdə.
İlk qiyməti
o, verərdi şerimizə,
əlyazması
durur hələ evimizdə.
Səməd Vurğun,
Rəsul Rza olub sizdə.
Burda yenə
Ulutürkü xatırladım,
od içində,
nəfəs alan əvəzsiz ər!
Ömür boyu,
mən onu heç unutmadım,
unudulmur,
sonra bildim, And içənlər!
Mən heyranam,
gözəlliyin mənasına,
"Ədəbiyyat
qəzeti"nin aynasına
baxa-baxa,
ayrılıram səndən hələ,
İmamverdi
muzeyində yeni görüş ümidilə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!