"Dünyada həqiqət təhlükə altındadır" - Amerikalı filosof, yazar Li Makintayrın Rebeka Hillə müsahibəsi

 

Amerikalı filosof, yazar, pedaqoq, Boston Universitetinin Fəlsəfə və Tarix Mərkəzinin tədqiqatçısı Li Makintayr 2018-ci ildə "MIT Press"* Nəşriyyatının "Əsas Bilik" ("Essential Knowledge") seriyası üçün məşhur kitabı "Post-həqiqət"i yayımlamışdı. 2020-ci il yanvarın 22-si İntellektual Azadlıq blogunda dərc olunan müsahibəsində L.Makintayr jurnalist-yazar Rebeka Hillə "post-həqiqət", media və həqiqət anlayışı haqqında söhbət edib. Hazırda "post-həqiqət" cəmiyyətdə yaşadığımızı vurğulayan Makintayra görə, "post-həqiqət", sübut olub-olmamasından asılı olmayaraq kimisə nəyəsə inanmağa məcbur etmək cəhdidir. Konsepti izah etmək üçün maraqlı misal gətirən Makintayr, "post-həqiqət"in o dövrkü ABŞ prezidenti Donald Trampın foto sübutlar əksini göstərməsinə rəğmən, öz açılış izdihamının ondan öncəki prezident Obamankindən daha çox olduğunu iddia etməsinə bənzədiyini söyləyib. Həmin müsahibəni təqdim edirik.

 

- Post-həqiqət yalandan nə ilə fərqlənir?

- Yalan, qarşı tərəfi doğru olmayan bir şeyə inandırmağa çalışmaqdır. Düşünürəm ki, bu, heç olmasa, qarışınızdakı şəxsə az da olsa hörməti göstərir, çünki siz onun koqnitiv razılığını almaq hüququnu (yəni "yalan danışırsınız" və ya "sizə inanmıram" demə haqqını) tanıyırsınız. Lakin post-həqiqət daha məkrlidir. Bu, deyilənlərin yalandan kənar olduğu bir vəziyyətdir. Məsələn, təsəvvür edin ki, kimsə sizə, "İnansanız, ya inanmasanız da mən sizə doğru olanı söyləyəcəyəm" deyir. Bu, avtoritarlar və avtoritarlıq arzulayanlar tərəfindən istifadə edilən və dominantlıq, güc haqqında olan bir taktikadır. Bu o deməkdir ki, mən sizə nəyin doğru olduğunu söyləyə bilərəm və bu sizin reallığınıza çevrilər.

- Beləliklə, biz post-həqiqət cəmiyyətdə yaşayırıq?

- Mən inanıram ki, biz post-həqiqət cəmiyyətdəyik, baxmayaraq ki, bu məsələdə müəyyən çaşqınlıq var. Məsələn, Stiven Pinkerin son məqaləsini oxumusunuzsa, biz post-həqiqət dövründə ola bilmərik. Səbəb nədir? Post-həqiqət dövründə yaşadığımıza dair açıqlama verməniz, sizin dediyiniz həqiqəti təkzib edir. İnsanların çoxunun həqiqət təhlükəsinə qarşı ayıq olduğunu söyləmək, təbii olaraq, həqiqətə qarşı təhlükənin ola bilməyəcəyi anlamına da gəlir. Mən belə bir əsaslandırma ilə razılaşa bilmərəm. Həqiqətin təhdid edilməsi təhlükəsi açıq şəkildə mövcuddur. Mən post-həqiqət cəmiyyətdə yaşayırıq deyəndə, heç kimin həqiqətə əhəmiyyət vermədiyini demirəm. Dediyim odur ki, bu taktikanı tətbiq edən insanlar var, həqiqətin siyasətə itaəti mövcuddur və bunu edən insanlar etdiklərinə görə heç bir qarşılıq ödəmir və artıq etdiklərinə nəzarət etmək mümkün deyil. Həqiqət təhlükə altındadır və təəssüf ki, ondan avtoritet taktikası kimi istifadə edənlər var və bu taktikadan istifadə edənlər bunun əvəzini ödəmirlər.

- "Bunun əvəzini ödəmirlər" deyəndə nəyi nəzərdə tutursunuz?

- Məsələn, Donald Trampın Milli Hava Xidmətinin xəritəsinin qarşısında oturub onu flomasterlə işarələməyə başladığı vaxt etdiyi hərəkət "post-həqiqət" nümunəsidir. Çünki Trampın bunu etməklə əslində deməyə çalışdığı budur: "Məni heç bir sübut və ya kimin nə dediyi maraqlandırmır. Qələmimi çıxarıb havanı dediyim vəziyyətə gətirirəm". Eyni şey onun vəzifəyə gəldiyi zaman səsləndirdiyi iddialara da aiddir. Tramp istədiyi reallığı yaratmaq üçün yalandan istifadə edib. Bu, post-həqiqətdir.

- Bu nöqtəyə necə gəldik?

- Post-həqiqətin beş kökü var. Birincisi, altmış ildir mövcud olan elmin rədd edilməsidir; siqaret şirkətləri siqaret və xərçəng arasındakı əlaqə haqqında həqiqəti inkar etmək üçün əl-ələ verib. Bu inkar elmin altmış illik rəddinin (təkamül, iqlim dəyişikliyi və s.) kontorudur. Koqnitiv qərəzlilik kimi digər amillər ənənəvi medianın dəyərdən düşməsi və sosial medianın yüksəlişi ilə daha da şiddətlənib. Beynimiz bizi yoxlamağa sövq edir, biz yoxlama üçün televiziya yox, internetə baxırıq və bizim kimi düşünən birini tapmaq üçün çalışırıq. Nəhayət, mübahisəli olsa da, obyektiv həqiqətin mövcudluğuna inanmıram və hər hansı bir həqiqət iddiası hakimiyyət üçün istifadə edilən qəsb formasıdır. Məsələn, deyək ki, Flintdə (ABŞ, Miçiqan ştatının ən böyük şəhəri - tərc.) su böhranı varkən orada su böhranı olmadığını söyləmək fikri.

- İnsanlar həqiqət və ya faktlar mövzusunda çaşqındırlar?

- Xeyr, məncə, insanlar həqiqətin/faktların nə demək olduğunu bilirlər. Məncə, bu bizdən asılıdır. Düşünürəm ki, adi insan nəyin real, nəyin həqiqət və nəyin reallıq olduğunu çox gözəl dərk edir. Filosoflar etibarlı bir həqiqət nəzəriyyəsi üzərində müzakirələr aparıblar, lakin həqiqətin mənası olmadığını iddia edəcək çox adam olduğunu düşünmürəm. İnsanlarda köklü yanlış təsəvvür var ki, biz həqiqəti sübuta əsaslandırırıq və ya məlumat, ya da ehtimallar üzərində həqiqətlər qüruruq. Düşünmə baxımdan zəif olduqları üçün öz koqnitiv qərəzlərini və inanmaq istədiklərinə inanmalarını başa düşmürlər. Bu onların yalan həqiqət anlayışına sahib olduqları mənasına gəlmir, sadəcə inanclarını necə formalaşdırdıqları mövzusunda ciddi deyillər.

- Sosial mediaya etibar etməyimiz həqiqəti dərk etmək qabiliyyətimizə təsir edirmi?

- Təsir edər. Kimsə bir şeyin doğru olmadığına inanmaq istəyirsə, onunçün daha az araşdırma daha yaxşıdır. Ənənəvi jurnalistika öz metodlarını təkmilləşdirməli idi. Sosial media ənənəvi media anlayışını, öz sahib olduğu və vacib hesab etdiyi dəyələri əks etdirməkdə ittiham edir. Düşünürəm ki, ənənəvi media son bir neçə ildə yaxşılaşıb, çünki ənənəvi olaraq jurnalistlər siyasi qərəzliliyə görə günahlandırılmaqdan qorxurlar. Hər iki tərəfin faktlarından danışmaq istəyirlər. Ancaq yenə də yalançıya şərait yaratsanız, izləyicilərinizə pislik etmiş olursunuz. Elmi cəhətdən onlar mediada iqlim dəyişikliyinə dair ziddiyyətli fikirlər təqdim edir və heç vaxt nəyin doğru olduğunu demir, hətta bu mövzuda elmi konsensusdan danışmırlar. Beləliklə, izləyicilərin şüurunda bilik illüziyası yaranır və izləyicilər baxmağa başladıqları nöqtədən daha az məlumatlı hala düşə bilirlər.

- Bəs həll yolu nədir?

- Koqnitiv psixoloq Corc Lakoff reallıq sendviçini təklif edir. Jurnalistlər yalan təqdim edəndə onların edə bilməyəcəyi şey onu ört-basdır etməyə çalışmaqdır. Yalançıya yalan danışmaq üçün meydan vermək yalnız yalanı böyüdür. Lakoff nə edilməli olduğunu izah edir: İki doğru arasına yalanı sıxışdıraraq. Yəni həqiqəti danış, yalanı xəbər kimi ver və bunun niyə yalan olduğunu təsdiqlə. Kaş ki, jurnalistlər bu texnikanı qavraya bilsələr, lakin onlar dezinformasiyadan çox, siyasi qərəzlikdə ittiham olunmaqdan qorxurlar.

 

*MIT Press - elmi və texniki nəşrlərdə ixtisaslaşan Kembricdə (ABŞ, Massaçusets) yerləşən Massaçusets Texnologiya İnstitutu (MIT) nəşriyyatı.

 

Hazırladı: Nilufər Hacılı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!