Orxan Aras: "Mən də Hüqo kimi düşünürəm..." - Müsahibə

"Ədəbiyyat qəzeti"nin müsahibi Almaniyada yaşayan, əslən azərbaycanlı olan tanınmış türk yazıçısı və tərcüməçisi Orxan Arasdır.

 

- Bilirik ki, əslən azərbaycanlız. Azərbaycanla necə bir bağlantız var?

- Şair Bəxtiyar Vahabzadəyə aid olan bir xatirə əslində bizim Azərbaycanla olan bağlarımız haqqında bir fikir yaradır. O xatirədə Vahabzadə alim Xudu Məmmədovun Sovet hakimiyyəti illərində Türkiyə və türklərə baxışını çox gözəl bildirir: "1970-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin əsas mövzusu Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında dövr edirdi. Nədənsə, söhbətimiz bizim ən əhəmiyyətli arzumuzun mövzusuna qayıtdı yenidən. Mən ən böyük arzumun Azərbaycanın birləşməsi olduğunu dedim. Nurəddin isə ən böyük arzusunun Azərbaycanın gələcəyinin parlaq olması olduğunu bildirdi. Xudu Məmmədov isə belə dedi: "Ən böyük arzum budur: Bir gün qapım döyülsün və gedib qapını açdığım zaman qapıda əli tüfəngli, süngülü bir Türk əsgəri görüm. Məndən Xudu Məmmədovu xəbər alsın. Ona Xudu Məmmədovun mən olduğumu söyləyim. O da desin ki, Türkiyədən, Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə gəlmişəm!".

- Çox gözəl oldu ki, Xudu Məmmədovu yad etdik. Onun ən müqəddəs arzusu, demək olar ki, bu gün yerinə yetib.

- Türkiyədə yaşayan bizlərin də ən böyük arzusu mərhum Xudu Məmmədovun müqəddəs arzusuna yaxındı. Bizim deyimimizlə "O tay" və ya "uzaqdakı ölkə Azərbaycan" üçün ölə bilərdik. 

Anamdan yaddaşımda qalan ilk bayatı bu idi:

 

"O tay-bu tay arası,

Əlim kərki yarası.

Viran qaldı İrəvan,

Hələ dərdi harası?".

 

Bu bayatını neçə yaşımda anamdan dinlədiyimi və əzbərlədiyimi xatırlamıram. Amma bu bayatının səsi, həsrəti özümü dərk edəndən mənim ruhuma üfürülmüşdü və hara gedirəmsə gedim, həmişə bu bayatı ilə birlikdə gedir, "o tay, bu tay yarası"nı, ayrılığı və "viran qalan İrəvan"ın sızısını içimdə gizlədirdim. Bir gün bu sızının böyük bir eşqə çevriləcəyini və məni dəli-divanə edəcəyini hardan bilə bilərdim ki?

Türkiyənin ən ucqar məmləkətində İğdırda düyaya gəlmişəm. İğdır "Sürməli Çuxuru" deyilən Ağrıdağın ətəklərində şirin bir obadır. Ətrafı yüksək dağlarla əhatəli bu oba münbit, bərəkətli torpaqları ilə Şərqi Anadolunun incisi kimidir. Düz ortasından Araz çayı keçir. Bu obaya can verən bu çay, qardaş torpaqları da iki yerə ayıraraq Türkiyənin şimal sərhədini yaradır. Mənim soyköküm, atalarım haqqında professor Faruk Sümerin "Oğuzlar" kitabında  bəhs edilir. Bunlar Quzugüdənli türkmənləridir. Onlar Ərdəbil tərəfdən gəliblər. Amma nə zaman gəldikləri bəlli deyil. Anadoludan bunlar yenidən İrana üz tutublar. Bu köç təxminən Şah İsmayılın taxta çıxıb, dövlət qurduğu illərə təsadüf edir. Sonra 1600-cü illərdə dövlət farslaşdığı üçün küsüb yenidən Anadoluya qayıdırlar. Onların bir qismi Ankaraya üz tutur, bir qismi İğdırda qalır. Hazırda o sülalənin yaşadığı kənd Quzugüdənli kəndi adlanır. Mən quzugüdənliləri 400 il sonra tapdım. Məsələn, birilə Hollandiyada tanış oldum. Quzugüdənlilər çox böyük bir topluluq olub. Onlara əvvəlcə Ərzincan bəylərbəyliyi verilib. Sonra Tokat, Sivas, Ankara, Kayseri tərəfə dağılıblar. Bu bölgələrdə yaşayan quzugüdənlilər hələ də soyadlarında bu adı daşıyırlar. 

- Azərbaycanı tanıyıb sevməyi ilk kimdən öyrənmisiniz?

- Hələ məktəbə başlamamışdan Azərbaycan xalq kültürü ilə bağlı nə varsa, anamdan öyrənmişəm. Anam qarabuğdayı, orta boylu, bir az dolu qadın idi. Kəskin qara gözləri var idi və dili çox şirin idi. Bir şeydən bəhs edərkən hamı diqqətlə onu dinləyərdi. Bəzi axşamlar kəndin qızları yığışıb bizə gələr, anamın nəql etdiyi hekayələri dinləyərdilər. Mən də onların  qarışıb anamın danışdıqlarını hafizəmdə saxlamağa çalışırdım. Anamın səsi də gözəl idi. Bəzən mənim yanımda mahnılar oxuyardı. Dərdli bir mahnı söylədiyi zaman da ağlayardı, amma mənə bəlli etmək istəməzdi.

Atam da Azərbaycan nağıllarını və xalq mahnılarını bilirdi. Axşamlar radioda dinlədiyi Azərbaycan mahnılarını tarlada işləyəndə oxuyardı. Keçmişlə, Araz çayının qarşı tərəfi ilə bağlı atasından eşitdiyi bəzi xatirələri danışardı, amma mən çox kiçik olduğum üçün danışdıqlarını çox da anlamaz və dəyərləndirməzdim. Onların sayəsində hələ görmədən Azərbaycanı sevdim və bu yaşıma qədər o ilk eşqim həmişə ürəyimin başında durdu.

- Bildiyim qədərilə, babanız İrəvanda Şah Abbas məscidində oxuyub. Molla olub. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir həmişə mollaları tənqid edirdi. Babanız o şeirləri oxuyurdumu və reaksiyası necə olurdu?

- "Qoca Baba" dediyimiz anamın babası Molla Həmzə, həm İrəvanda, həm də Xoyda oxumuşdu. Füzulini, Hafizi bilirdi. Zaman-zaman onlardan bizə şeirlər oxuyar və misraların mənasını açıqlayardı. Mirzə Ələkbər Sabirdən bir şeir oxuduğunu və güldüyü xatırlayıram. Sabirin, Şirvanda dama çıxaraq "Əşhədü billahi aliyəl əzim, sahibəl imaam, ay şirvanlılar" dediyi  hadisəni danışar və şeiri əzbərdən oxuyardı. Sabirin şeirlərini çox sevirdi. Qoca babam bilinən mollalardan deyildi. Atatürkü çox sevər, onu mədh edərdi. Onun inandığı din həqiqət və ədalət üzərindəydi. "Dürüst olmadınsa hansı dində olursan ol, yanlışsa," deyərdi. Əlyazma kitabları vardı babamın. Təəssüf ki, o kitablar itib getdi. Yadıma düşdükcə pis oluram. Atamın babası Hacı Əhmədin isə İrəvanda Zal Hamamının yanında dükanları olduğunu eşitmişəm. 1920-21-ci illərdə erməni zülmündə İrana qaçıblar və qayıtdıqdan altı ay sonra vəfat edib. Evimizdə hər zaman mənəvi bir atmosfer var idi. Amma  dindarlığı heç kim təzyiq vasitəsi kimi istifadə etməzdi. Qoca babamın xoşgörülü dünyagörüşü insanları bezdirən, üsyan etdirən bir dindarlığa yol verməzdi.

- Həyatınızda üç ölkənin izləri var. Özünüzü daha çox hara aid hiss edirsiniz?

- Türkiyə doğulub, böyüdüyüm yerlərdir. Almaniyadan Türkiyəyə getdiyim zaman hələ təyyarədən enmədən aşağılara baxanda gözlərim dolur. Almaniyaya ilk gəldiyim zamanlarda çox çətinliklər çəkdim. Bu çətinliklər Türkiyəyə olan həsrətim idi. Sonralar bu həsrətdolu hissləri "Ayrılığın rəngi hüzün" adlı kitabımda topladım. Kitab Türkiyədə çox bəyənildi. Məşhur "Boyut Yayınları"nda nəşr olumuşdu. İndi kitab ikici dəfə nəşr olunacaq. O kitabda Türkiyə və türk insanına olan hisslərim o qədər dərin əks olunub ki, Azərbaycan əsilli professor, Üsküdar Universitetinin müəllimi Əbülfəz Süleymanlı, sosiologiya dərsində tələbələrinə kitabdan mütləq hissələr oxutdurduğunu dedi.

Azərbaycanla bağlı hisslərimi isə bu yaxınlarda Azərbaycanda yayımlanacaq "Biz Azərbaycanı çox sevdik" adlı kitabımda oxuyacaqsınız. Ruhumun yarısı Türkiyə, yarısı Azərbaycandır. Türkiyə məni oxutdu, yetişdirdi, Azərbaycan isə anam və atam vasitəsilə mənə böyük bir mədəniyyətin ləzzətini daddırdı və daha yaxşı yetişməyimdə rol oynadı. Almaniya isə iş disiplinini, elmi işlərdə metodu, soyuqqanlı olmağı, hadisələri daha tərəfsiz bir şəkildə analiz etməyi öyrətdi. Şəxsiyyətimdə üç ölkənin də izləri var.

- Azərbaycana budəki lişiniz sadüf etdi. Yazı əhli ssas olur. Bu nin insanlarıza və şərimizə yansımasına dair kimi müşahidəriniz oldu?

- İnsanlarımızın otuz ildən bəri boyunları bükülü idi. Gülsələr belə ürəklərində tərifi olmayan bir kədər vardı. Bunu hər zaman hiss edirdim. Çünki torpaq itirmək bizim xalqımız üçün qəbul edilməz idi. Bu zəfərlə birlikdə xalqın ruhu yenidən canlandı. Birliyi, bərabərliyi öyrəndi. Milli kimliyini dərindən dərk etdi. Bakıda gəzərkən o coşqunu çox hiss edə bilmədim. Amma Quba və Şəkidə insanların qururlu olduqlarını gördüm.

- Azərbaycanda olanda Şaya r etmək imkanız oldumu?

- Bakıda Diaspora Komitəsinin sədri hörmətli Fuad Muradov tərəfindən Şuşaya dəvət edildim. Gedib getməməkdə qərarsız idim. Əslən azərbaycanlı olan və Fransada yaşayan Rza Diqqətinin azad edilmiş torpaqlarda lentə aldığı fotolar ürəyimi yaralamışdı. Darmadağın olmuş evlər, muzeylər, qəbiristanlıqlar necə bir vandalizmlə qarşı-qarşıya olduğumuzu yenidən bizə xatırlatmışdı. O vandalizmi daha da yaxından görəcəm deyə, kədərlənmiş və dəvətə görə təşəkkür edib getməmişdim. Qarabağ, Şuşa yenidən bizim xalqımızın melodiyalı səsləri ilə dolduğu zaman getmək istəyirəm o yerlərə.

Mənə görə, Azərbaycan bu zəfərlə tarixinin ən əhəmiyyətli imtahanlarından birini uğurla verdi və öyünməyə bu zəfərlə hər yerdə qurur duymağa layiq bir xalqdır. 1918-ci ilin ruhu, həm Azərbaycanda, həm də Türkiyədə yenidən dirildiyi üçün bir başqa xoşbəxtlik hissi içindəyəm.

- Sizi rkiyən qoparıb Almaniyaya aparan yollardan danışaq bir az. rbət yatız necə başladı?

- Almaniyaya gedişimin səbəblərindən bir qismi Azərbaycanda da nəşr olunan "Son cənət" romanımda var. 1965-ci ildən 1990-cı ilə qədər Türkiyə böyük bir qarışıqlıq içində idi. Həm iqtisadi, həm də siyasi olaraq  ölkə böyük bir böhran yaşayır, insanlar isə ümidsizlik içərisində idi. Amerika SSRİ üzərində qanlı oyunlar oynayırdı. Biz o zaman gənc tələbələr idik və bu vəziyyətə, əlbəttə, üsyan edirdik. Bu üsyanlar zamanı təəssüf ki, qardaşı qardaşa öldürdürdülər. Çox qısa bir zamanda beş min gənc öldürülmüşdü. Minlərlə gənc həbslərdə yatdı. O zaman mən Müəllimlər Məktəbində oxuyurdum. Hələ 17 yaşım var idi və gələcəyimi Türkiyədə görmürdüm. Almaniyada təhsil fürsəti yarandığı zaman Almaniyaya getdim.

- Uzun illərdir Almaniyada yaşayırsız. Oranı rkiyə ilə qayisə edəndə yaxşı ki, lmişəm deyirsinizmi?

- Şair Pablo Nerudanın bir sözü var: "Yad ölkədə yaşayan insanın bir yanı iflic kimidir". İnsan yad ölkədə hər zaman içində bir ağrı ilə gəzir. Qurban Səid Əsəd Bəy imzası ilə yazdığı "İstanbullu qız" romanında da "Vətənsiz insan heç bir şeydir" deyə yazır. Hər gün alman dilində danışsam da, yuxularımı həmişə türk dilində görürəm. Almaniya müxtəlif tərəfləri ilə əlbəttə ki, qabaqcıl bir həyat səviyyəsinə sahibdir. Amma insanın doğulub böyüdüyü torpaqlarla heç bir şey müqayisə oluna bilməz.

- zi yazıçılar hesab edir ki, yazarların miyyət qarşında bir zifəsi yoxdur. Siz necə düşürsüz, yazıçın miyyət qarşında zifəsi varmı, varsa o zifə dir?

- Bu sözlər zaman-zaman ziyalılar arasında mübahisə mövzusu olub. "Sənət sənət üçündür, yoxsa cəmiyyət üçündür?". İnsanı diqqətə almayan heç bir çaba, məncə, gərəkli deyil. İnsana yad və cəmiyyəti istisna edən bütün tədqiqatların hədəfi və məqsədi yoxdur. Təkcə yazıçı deyil, hər insan cəmiyyətinə və təbiətə qarşı məsuliyyət daşıyır. Bu məsuliyyət istehsal etdikcə daha da artmağa başlayır. İstehsalçı bir yazıçının cəmiyyəti heçə saymasını düşünmək mümkündürmü? Yazıçının və ya ziyalının cəmiyyət qarşısındakı məsuliyyəti onun vicdanıdır. Çünki Sartrın da dediyi kimi, ziyalı çağının şahidi və vicdanıdır. Şahidlikdən qorxan və vicdanını susduran ziyalı, əsl ziyalı deyil.

- Orxan y, Almaniya əbi hitində ziyyət necədi? Pandemiya vrü Almaniyada yazarlar bu hrandan necə çıxdılar?

- Pandemiya, əlbəttə ki, hər yerdə qorxu və yalnızlıq yaratdı. Xüsusilə tənhalıqla mübarizə aparan və nüfuzunun 55 faizi tənha yaşayan bir cəmiyyətdə qorxu insanları daha da panikaya sövq etdi və yanlızlaşdırdı. Ədəbiyyat da bundan, təbii olaraq, təsirləndi. Dünyanın ən böyük kitab sərgilərindən biri olan  Frankfurt Kitab Sərgisi 1949-cu ildən bəri ilk dəfə keçən il bağlandı. Amma Alman Yazıçılar Birliyi onlayn olaraq müxtəlif tədbirlər təşkil edirdi. Bu il belə tədbirlərdən birinə mən də bir hekayəmlə qatıldım. Dövlət sənətçiləri maddi baxımdan dəstəklədi və onların, yəni yazıçıların bu pandemiya dövründə zərər çəkməməsi üçün müxtəlif yardımlar etdi.

- Almaniyada yazıçılar yaradılığınecə kapitala çevirir?

- Yazıçı yaradıcılığı heç bir yerdə kapitala çevirə bilməz. Bu, yazıçının yaradılışa zidd vəziyyətdir. Bir alman yazıçısı da eynilə Azərbaycan yazıçısı kimidir. O da tənhalığı sevir, çəkingəndir, pul ilə arası yoxdur. Amma mədəni mühit onun ehtiyac içərisində yaşamasına fürsət vermir. Məsələn, əvvəlki sualınıza cavab verdiyim zaman söyləmişdim ki, pandemiya dövründə Almaniyada onlayn proqramlar həyata keçirildi. Hər proqram başına 250 avro pul alırdıq.

- Bu n Azərbaycanda yeni sil yazarları aqressiv edən blərdən biri budur. Ən yaxşı bacardıqları sevdikləri in, istedadların çöyini yeyə bilmək. ticəpessimist bir nzəyaranıb.

- Gənc yazar Mövlud Mövlud intihar etdiyi zaman çox kədərlənmişdim. Müxtəlif yerlərə məktublar yazdım. Amma heç birindən cavab gəlmədi. Bu kimi gənclərin, ehtiyac sahibi yazarların rahat nəfəs alması üçün universitetlər, telekanallar, bələdiyyələr, dini qurumlar, iş adamları ədəbi proqramlar tərtib etməlidir. Almaniyada dəfələrlə kilsə məni kitab oxumaq üçün dəvət edib, hər gedişimdə də qonorar ödəyib. Hər universitet həftədə bir dəfə bir yazıçını dəvət edərək onlara ödəniş etməlidir. Məscidlər, məktəblər, bələdiyyələr, müxtəlif dairələr oxu günləri tərtib etməli və həm yazıçılara yardım etməli, həm də insanları yeni ədəbiyyatla tanış etməlidir. Belə olduğu halda Yazıçılar Birliyi Jurnalistlər Birliyi kimi nüfuzlu qurumlar da fəal olmalıdır. Məsələn, Almaniyada çayxanalar da yazıçıları dəvət edib orda onlara kitablarını oxutdurub qonorar ödəyir. Qurban Səid Berlində bir çayxanada "Şərqdən hekayələr" oxuyaraq özünü tanıtdırmışdı. Azərbaycanda çayxanalar, kitabxanalar, universitetlər, məscidlər, məktəblər oxu yerləri olmadıqca cəmiyyətdə ədəbiyyata maraq yaranmayacaq.

- Almaniya əbi hitində daha çox hansı Azərbaycan yazıçıtanır?

- Almaniya ədəbi mühitində Azərbaycan yazıçılarının əsərləri alman dilində nəşr olunmuşdu. Amma nəşr olumaqla tanınmaq arasında böyük fərq var. Bəzi ölkələr bu vəziyyət üçün lazımlı addımlar atır. Böyük nəşriyyatlarda çap olunmaq, oxunaqlı dərgilərdə kitablar haqqında yazıların olması əhəmiyyətlidir. Biz hələ bu addımları ata bilməmişik.

- Bir dəfə söhbətimiz zamanı demişdiniz ki, alman ədəbi mühitində  Azərbaycan yazıçılarından təkcə Qurban Səid tanınır. Amma ölkəmizdə Qurban Səid yetərincə dəyərləndirilmədi.

- Qurban Səid, təəssüflər olsun ki, 1990-cı ildən bəri Azərbaycanda həmişə mübahisə mövzusu oldu. Boş mübahisələr, inad, futbol komandası tərəfdaşları kimi tərəf tutmalar dünyaca məşhur azərbaycanlımızı az qala azərbaycanlı olmaqdan çıxartmışdı. Amma kim nə deyirsə desin, mövzudan xəbəri olsun olması, nə qədər kin və nifrətlə boş məqalələr yazılsa da Qurban Səid dünya miqyaslı bir yazıçıdır və romanları ilə hələ də Qərb dünyasında yaşamaqdadır. Təəssüf ki, biz öz dəyərlərimizə heç cür sahib çıxmırıq. İsrail hökuməti bu gün yəhudi yazıçılarının bütün əlyazmalarını, məktublarını hər yerdən tapıb İsrailə daşıyır. Məsələn, Qurban Səidin əsərlərinin əlyazmaları, yüzlərlə məktubu amerikalı araşdırmaçı Tom Reissdədir.  Nədənsə, Azərbaycanın nə əvvəlki, nə də indiki Mədəniyyət nazirini bu, narahat etmir. Yenə onunla bağlı yüzlərlə sənədli ilk araşdırmaları professor Gerhard Höppün Berlindəki arxivindədir. Bu mövzuda yazan dostlarımız ağıllarına gələn hər absurd məsələni yazar, amma "arxivlərdə nə var bir baxaq" deməzlər.

- Qurban Səidi dünyəvi edən amil nədir, sizcə?

- Qurban Səidi dünyaca tanıtdıran əsas amillərdən biri 1920- ci illərin Avropasına fərqli bir dünyanın həyatını gətirməsi oldu. Kafka, Tomas Mann oxuyan və ruhu avropalı, rəngli Qafqaz hekayələri ilə sanki nağıllar aləminə daldı. Onun sadə dili, danışığındakı axıcılıq, hadisələri ironiya ilə nəql etməsi qısa zamanda  tanınmasına səbəb olmuşdu. Onun təkcə romanları deyil, Stalin, Lenin, Çar Nikolay, Rza şah haqqında yazdıqları da hələ də oxunan və nəşr olunan əsərlərdir.

- Ədəbiyyatın cəmiyyətdə rolu nədən ibarətdir, yaxud nədən ibarət olmalıdır?

- Ədəbiyyat nəticədə bir "İncil" və "Quran" deyil. Amma güclü ədəbiyyat o xalqa mədəni bir güc bəxş edər. Rusiya deyiləndə ağıllara Puşkin, Tolstoy, Dostoyevski gəlir. Eyni şəkildə Höte Almaniya üçün, Şekspir İngiltərə üçün, Hüqo Fransa üçün qürur qaynağıdır. Bu qürur qaynağı onların dillərinin yayılmasını və bir millət olaraq bu ədəbiyyat və qürur çərçivəsində yaşamalarını təmin edir. Bu gün rus dilinin Sibirdə çadırlarda yaşayan Tuva türklərinə qədər çatmasının onların təzyiqləri və imperial məqsədlərindən biri olsa da, güclü ədəbiyyatçıların olması ilə də əlaqəsi var. Biz böyük Nizamini belə hər kəsə oxutdura bilmədik. Dilimizi inkişaf etdirməyi bacara bilmədik. Kimimiz ana dilimizə nifrət etdi, kimimiz isə orta əsrdən dilimiz necə qalmışdısa elə də qalmasını istədi. Uşaqlarına belə ana dilini öyrətməyən, başqa xalqlara və onların ədəbiyyatına heyran olan xalqların böyük ədəbiyyat və ədəbiyyatçı yetişdirməsi təsəvvür edilməzdir. Bir ingilis və yaxud da alman zənginlik olsun, fərqlilik olsun deyə, uşağına bir başqa dil öyrədir. Amma "əşşi ingilis dilini bilməsə də olar" düşücəsi ilə uşağına əcnəbi dil öyrətməz. Ədəbiyyat cəmiyyətin inkişafı ilə paralel inkişaf edir və yol alır. Böyük ədəbiyyatçılar yetişdirən xalqlara baxdığımız zaman bunu çox aydın görə bilərik.

- İstərdim bir qədər də ədəbiyyatın zamanla əlaqəsi məsələsinə toxunaq. Ədəbiyyat və zaman əlaqəsi məsələsində yazıçılar arasında hər dövrdə fikirayrılığı olub. Balzak və Stendal ədəbiyyatın zaman əlaqəsində qalıcılığa inanmır. Onlara görə əsər yalnız çağı içərisində və çağı ilə birlikdə var. Çağ yerini başqa çağlara buraxdığı zaman əsər də çəkiciliyini itirir. Amma Viktor Hüqo onlardan fərqli olaraq ədəbi əsərlərin qalıcılığına inanır. Siz necə düşünürsünüz bu mövzuda?

- Mən də Hüqo kimi düşünürəm. "Min bir gecə nağılları" min ildən çoxdur oxunmaqdadır və indi də Avropada ən çox satılan kitablardan biridir. "Don Kixot", "Robinzon Kruzo" kimi əsərlər yüz il əvvəl olduğu kimi idi də uşaqların maraqla oxuduğu əsərlərdir. Memarlıq əsərləri necə zamanlar üstündədirsə, yazılı ədəbi əsərlər də elədir və zama onları əsla köhnəltməyəcək.

- Bu gün Azərbaycan cəmiyyətində sizi ən çox narahat edən nədir?

- Azərbaycanda məni ən çox narahat edən məsələ öz dilinə və mədəniyyətinə olan laqeydlik və yadlaşma təhlükəsidir. Nə vaxt Bakıda gəzsəm və yanımdan qara qaşlı, qara gözlü gənclər rus dilində danışaraq keçdikdə tüklərim tikan-tikan olur. Hamısını dayandırıb "niyə, niyə, niyə" bağırmaq keçir ürəyimdən. Dünyada heç bir xalqın uşağı başqa dilə bu qədər heyran deyil. Parisdə gəzərkən ingilis dili bilən gənclərdən bir söz soruşanda inadla fransız dilində cavab verirlər. Yadlaşma ruhi bir xəstəlikdir. Assimilyasiya sözü latın dilindədir və orta əsrdə "assimilyasiya olmaq" ruhunu şeytana satmaq mənasına gəlirdi. Marks və digər filosoflar da "entfremdung", yəni yadlaşma ilə bağlı əhəmiyyətli fikirlər söyləyib. Bunları təkrar etmək istəmirəm. Amma insanın özü olmasından təbii bir şey ola bilməz. Özünüz olmadan başqası ola bilməzsiniz. Özünüzü sevməsəniz eşqi öyrənə bilməz və başqasını sevə bilməzsiniz. İnsan hər şeydən əvvəl  özündə öyrənir. Özünə yadlıq qorxunc bir şeydir və bir başqa ruhla yaşamaq anlamına gəlir.

- Çağdaş Azərbaycan ədəbiyyatında yaradıcılığını izlədiyiniz yazıçılar varmı?

- Mən Azərbaycanda, həm sosial medianı, həm qəzet və dərgiləri yaxından izləyirəm. Gənc yazıçı, şairlərin yazdıqlarından bəyəndiklərimi toplayıram. Fürsət olduğu zaman Türkcə-Almanca bir antologiya nəşr etdirməyi düşünürəm. Daha doğrusu, gənc, yaşlı bütün ədəbiyyatçılarımızı oxumağa çalışıram. Hətta bəzilərini alman dilinə tərcümə də etdim. Azərbaycan ədəbiyyatı  gələcəyi olan bir ədəbiyyatdır. Əgər onlar üçün sağlam bir açılış hərəkatı baş verərsə, içlərindən bəzilərinin dünyaya nəsə gətirəcəklərinə əminəm. Çünki yaşadıqları coğrafiyada Qərb ilə Şərqin ortasındadır və çox rəngli yaşam bölgəsidir. Məsələn, gürcü yazıçısı Nino Haratişvili çox gənc bir yazardır. Amma Almaniyada çox tanınır.

- İstərdim qısa da olsa, ədəbiyyat və din mövzusuna toxunaq. Çünki yazılan bir çox əsərlərdə ədəbiyyatla din mövzusunu iç-içə görürük.

- İnsanın olduğu hər yerdə din də var. İdeologiyalar da hərəsi bir dindir. Bir ideoloji və ya din cəmiyyəti birlikdə tutan ünsürlərdən ən əhəmiyyətlisidir. İnansaq da, inanmasaq da, bu belədir. Amma insan əlaqələrini, dövlətin mexanizmini dinin və ya ideologiyanın əmrinə verdiyiniz zaman problem başlayır. Çünki hər kəs eyni ideologiyanı və ya dini fərqli anlayır. Sovet dövründə kommunistlər arasındakı mübahisə də dini və ya ideolojik idi. Qərb ədəbiyyatına baxdığımız zaman qədim yunan və ya "İncil" izləri açıq görünür. Çünki mədəniyyətlərin təməlində din də var. Avropada bu mövzuda çox örnəklər var. Henrix Böll, həm sosialist idi, həm də katolik. Öləndə bir katolik kimi dəfn olunmasını istəmişdi. Dünyada məşhur yazıçıların bir qismi ateist olsalar da, öz dinlərini uşaqlıqdan çox yaxşı öyrənmişdilər. Əsərlərində bunu aydın görmək olur. Bizim yazarların çoxu öz dinini üzdən bilir. Dini rədd edə bilərsən, inanmaya da bilərsən, amma mədəniyyətin bir parçası olduğu üçün öyrənməlisən. Bizdə bu mövzuda ya ifrat, ya da pozuntu var. Dindar hər kəsi özü kimi etmək istəyir. Ateist isə xalqının bütün dəyərlərini rədd edir. Və bu mövzuda məlumatlı olmağı lazım bilmir. Paulo Coelo inanclı bir katolik olsa da ərəb qaynaqlarını incələmişdi. "Kimyagər" kimi əsərlər ərəb hekayələrindən ilham alaraq yazılıb.

- Yazdığınız kitablardan danışaq bir az. Nizami ilinə artıq öz töhfənizi vermisiniz. Bir az istərdim bu kitabdan danışaq. Bu kitabı yazmaq ideyası necə yarandı?

- Nizami bizim Şekspirimiz, Hötemizdir. Mənə görə, onlardan da üstündür. Sadəcə olaraq biz onu doğru şəkildə dünyaya tanıda bilmirik. Nizami ili təəssüf ki, öz-özümüzə Nizamidən bəhs etməklə öyrəndiyimiz "dahi, böyük, daha böyük" kimi mübaliğəli sözlərlə keçirtdik deyə bilərəm. Mən uzun müddət Avropa qaynaqlarında Nizami mövzusunu araşdırdım. Onun alman dilinə keçmiş, alman dilində məsəl, atalar sözləri olmuş aforizmlərini topladım. Bundan başqa, Höte, Hammer, Purqustal kimi böyük yazıçıların onun haqqında nələr yazdıqlarını topladım. Məsələn, professor İohann Kristof Bürgel Şillerin əsərinə yazılan "Çin şahzadəsi" operasının Nizamidən götürüldüyünü sübut etdi. Bunlar bilirəm, Azərbaycanda heç bir təsir göstərməyəcək. Amma mən bu işləri, Nizaminin əhəmiyyətinə və böyüklüyünə inanaraq gördüm. İndi dəyər verilməsə də gələcəkdə bu kitablar araşdırmaçılara kömək edəcəyinə inanıram. Nizami haqqında üç kitab artıq hazırdır. Bəzi nüanslarını kitab şəklində Azərbaycana da göndərdim. Yaxın günlərdə üçü də Almaniya və Hollandiyada nəşr olunacaq. Bu kitabların fransız və ingilis dillərində nəşri üçün hazırlıqlar davam edir.

Söhbətləşdi: Günel Musa


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!