Məhəmməd Hadinin 140 illiyinə
Qalanlar - iz olduğunu...
Olanlar - söz olduğunu...
Haqqın - haqsız olduğunu
Bildi, getdi bu dünyadan.
Gördü dünya uzun yoldu,
Çox yüyürdü, tez yoruldu.
Rəngi soldu, gözü doldu,
Güldü, getdi bu dünyadan.
Millət idi dərdi-səri...
Qaçış idi hər səfəri.
Qaldı ölməz əsərləri
Öldü, getdi bu dünyadan.
Nə sağçıydı, nə də solçu.
Bir məzarsız qərib yolçu
Ölməzliyə gedən Elçi
Oldu, getdi bu dünyadan.
Od Oğlu, od Övladıydı,
Ustalar ustadı idi.
Şair Məhəmməd Hadiydi.
Gəldi, getdi bu dünyadan.
27.11.2019
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!