Çox hörmətli, əziz, mehriban Mehriban xanım!
Ad gününüzü öz adımdan, ailəm adından, Yazıçılar Birliyi adından ürəkdən təbrik edirəm.
Azərbaycanımızın tarixi, mədəni və mənəvi dəyərlərini qorumaq, dünyaya çatdırmaq yolunda Sizin fəaliyyətiniz misilsizdir. Səhiyyə, maarif, xeyriyyəçilik sahəsində səmərəli işlərinizə, ehtiyacı olanlara yardım əlinizi uzatmağınıza, xeyirxahlığınıza, həssaslığınıza görə Siz xalqımızın sevimlisi olmusunuz.
Hörmətli Prezidentimizlə birlikdə görkəmli ziyalılarımıza verdiyiniz dəyər, onların qədir-qiymətini bilməyiniz, yeri gəldikdə, qorumağınız bəzən yanlış hərəkətlərini belə bağışlamağınız siyasi müdrikliyin bariz göstəricisidir.
Əsl ziyalılar da daim ölkəmizin həqiqi maraqlarına şahiddirlər, dövlətçiliyimizi səmimi-qəlbdən dəstəkləyir, Azərbaycanımızın sağlam, parlaq gələcəyi yolunda əllərindən gələnləri əsirgəmirlər. Ömrünüzün çox-çox uzun illərində Sizə bugünkü kimi gənc, gözəl, sağlam və xoşbəxt qalmağınızı arzulayıram.
ANAR
Azərbaycan Yazıçılar Birliyinin sədri
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!