Tariyel Azərtürkün iki kitabda cəmlənmiş "Türk və türk dilinin mənşəyi" (mixi yazılar əsasında)" (Sankt-Peterburq, Superİzdatelstvo", 2019) monoqrafiyası barədə bir neçə kəlmə
Tariyel Azərtürkün əvvəlcə ABŞ-da ingilis dilində, daha sonra isə Bişkek, Sankt-Peterburq və Bakıda rus dilində nəşr olunmuş unikal, bu sahədə pioner, yəni ilkin sayılacaq monoqrafiyası olduqca aktual və müasir dövrümüzün elmi həyatında böyük və simptomatik baxımdan çox əlamətdar bir hadisədir. Müəllif bu kitabları ortaya qoymaqla, Ön Asiyadakı (əslində, əsasən Babilan və Zaqafqaziyada) mixi yazıların şifrələrinin açılması ilə bağlı yeni, obyektiv elmi istiqamət yaratmışdır. Bu yanaşma, müəllifə türk dünyasının - öz ilkin ata-baba yurdunun və erkən etnik və etno-mədəni tarixi haqda olduqca obyektiv konsepsiya yaratmağa imkan verir. Bu konsepsiya isə öz növbəsində, avrosentrizm və hind-İran puç nəzəriyyələrinin qatı tərəfdarları tərəfindən, əslində, şablon doqmalar əsasında qoyulmuş türklərin və türk dilinin guya Altay mənşəli olması barədəki psevdo (yalançı) - və bədnam iddalarını tamamilə və qətiyyətlə təkzib edir.
Yaxın Şərqdə ulu əcdadlarımız tərəfindən yaradılmış mixi mətnlərin yeni yolla tərcüməsi və interpretasiyası (izahı), Tariyel Azərtürkün gərgin əməyinin məhsulu olan fundamental monoqrafiyada öz geniş əksini tapır. Bir sıra mürəkkəb cəhətləri özündə əks etdirən vahid kompleksin işlənib hazırlanması sayəsində müəllif, etnogenetik və etnotarixi planda qədim türk dilinin qrammatik qaydalarına əsasən mixi mətnlərin rekonstruksiyasına, eləcə də erkən türklərin yayıldığı areala, onların dini, ideoloji və mədəni dəyərlərinin aşkara çıxarılmasında çox mühüm rol oynayır.
Qədim əcdadlarımızın həyatının ən müxtəlif məişət və ictimai aspektləri və həmçinin onların məşğuliyyət sahələrini, tayfa-nəsil ənənlərini və dini inanclarını, etiqadlarını özündə əks etdirən mixi yazılı sətirlərin keçmiş və müasir tərüməçilər tərəfindən deformasiyaya uğraması nəticəsində heçliyə çevirtdirilmiş mətnlərin tədqiqatı və yenidən bərpası sahəsində müəllifin gördüyü işlər özünün azman masştabı ilə adamı heyran qoymaya bilmir.
"İncil"də türkizmlər və Enlil İsmə Dağan adlı şair və alimin əsərləri kimi təqdim edilmiş poetik nümunələrdən, riyazi, fəlsəfi və astronomik traktatlardan başlamış tarix, təsərrüfat, baytarlıq, mineralogiya, vulkanologiya, əmtəə mübadiləsi (alış-veriş), siyasi-ictimai, cəmiyyətdəki çaxnaşma, ölkələrarası münasibətlərə qədərki mövzuları əks etdirən tərcümə olunmuş mətnlərin sayı yüzdən çoxdur.
Türk dilini bilmədiklərindən onlara məlum olmayan kəlmələri yalançı allah səviyyəsinə qaldıran, çox vaxt isə onlardan cin-şəyatin düzəldən Hind-Avropa "mənşəli" tədqiqatçıların tərcümələrindən fərqli olaraq, Tariyel Vəli oğlu tərcümə zamanı bir-birinə qarışdırılmış, intervalsız hala gətirilmiş, yaxud bir-birinə yapışdırılmış kəlmələri türk dilinin morfologiyası əsasında təzədən tanskripsiyaya uğradaraq onları yenidən modelləşdirir.
Və məhz bu cür təzə işlənib hazırlanmış metodik açarın və əsl nüfuzedici tədqiqatçı zehninin köməkliyi ilə Azərbaycan türkoloqu Şumer mixi yazılarının - bizim ən ilkin əcdadlarımızın şanlı yazılı tarixinin aşkar edilməsində inqilabi çevrilişə nail olur.
Bu da, öz növbəsində, müəllifi bütövlükdə ulularımızın etnik tarixinin ən dərin qatlarına nüfuz edə bilməsinə zəmin yaradır.
İşin ən dəyərli və vacib sayılacaq cəhəti ondan ibarətdir ki, alimin türkün Ön Asiyada doğulduğu barədəki konsepsiyası, ondan asılı olmayaraq bizim "Prototürklər: ən ilkin vətən, ilk tayfalar və dil, tarix və etnokultura" (Kazan, 2018, 46 s.) adlı monoqrafiyamızda irəli sürdüyümüz və digər xarakterli materiallarımızda təsdiqini tapmış analoji konsepsiya ilə üst-üstə düşür. Bu konsepsiyaya görə, türk dili öz başlanğıcını Yaxın və Ön Asiya şərqindən alaraq, oralarda fomalaşmağa başlamış və aqqlyutinativ (yapışan) quruluşlu dil və dialektlərin uzun zaman ərzində bir ərazi mühitində birgə yaşamaları və inteqrasiyaları sayəsində qohum dil massivinə çevrilmişdir. Bütün bunlar, hər şeydən əvvəl, qədim Ön Asiyanın yaşarı və ölü dillərindəki paralel kəlmələrin korpus sözlüklərindəki və leksikasındakı heyranedici təkrarları və eynilikləri ilə mütləq təsdiq olunur.
Bizim tədqiqatlarda türk dilinin ön dövrlərinin Yaxın Şərqdə yaranması ideyası onun tarixinə və maddi və qeyri-maddi mədəni irsinə, həmçinin antropologiya və genetikaya aid çox tutarlı arqument və faktlarla tam təsdiqlənir. Bu elmi işlər burada aparıcı mütəxəssislərin hərtərəfli dəstəyini və yüksək qiymətini almışdır.
Biz hesab edirik ki, aralarında prinsipial xarakter daşımayan ayrılıqlar olsa da, bu iki konsepsiya, yəni Tariyel Əliyevin geneoloji nəzəriyyəsi ilə bizim nəzəriyyəmiz işdə bir-birini tamamlayır və hətta bir-birini gücləndirir də. Əgər dəqiq reallıqlarla təsdiq olunan T.Əliyevin mixi yazılı mətnlərin dilinin türkcə olması, dəfələrlə müəllifin etiraf etdiyi kimi, tərkibində sami dillərində də mövcud olan ümumi kəlmələr saxlayan türk dilinin Azərbaycan dialektinə əsaslanırsa (alim onların hamısını doğma türk kəlmələri hesab edir), bizim nəzəriyyəmizə görə, prototürkün leksik-semantik lüğət fondu və deməli, türk etnosunun özü, Ön Asiyanın dil ittifaqı tərkibində formalaşmış, sonradan bəzi qüvvələrin təsiri altında (əhalinin artımı, sonu olmayan müharibələr) türk tayfaları ilk vahiddən qoparaq dalğavarı şəkildə Orta və Mərkəzi Asiyaya və ucsuz-bucaqsız Sibir çöllərinə miqrasiya etmişlər. Bu tayfa birliklərində və xalqlarda qədim xatt, hurrit, dravid, quti, elam, midia və sami-hamit mənşəli xalqlarda rast gəlinən paralel kəlmələrin varlığı məhz bununla sübut olunur.
Tariyel Əliyevin ilkin ana paleotürk dil səviyyəsinə qaldırdığı Şumer dilinə gəldikdə isə, zənnimizcə, o, faktiki olaraq şumer - və hurrit dövrlərinə enən və həm "Şumer" dilinin və həm də prototürk dilinin və onun dialektlərinin söz fondlarının meydana gəlməsində və zənginləşməsində substrat və bəlkə də aparıcı rol oynayan aqqlyutinativ xarakterli avtoxton subar dilindən parçalanmışdır.
Tədqiqatçı Əliyevin süni yaradılmış kimi təqdim etdiyi "şumer" etnonimi belə həmin regiondan sayılan və ilkin etnonim hesab edilən daha qədim "subar" etnonim səviyyəsinə qaldırıla bilər. Zənnimizcə, şumer sözü subar etnonimindəki "b" səsinin "m" ilə ənənəvi əvəzlənməsi nəticəsində (b//m) subarusumeruşumer yaranmış termindir. Məhz bu variantda da (sumer) Ön Asiyanın bir sıra annallarında rast gəlirik.
Dr. T.Əliyevin ən fenomenal kəşflərindən biri -Vavilon və Ön Asiya gil yazılarındakı mətnlərin türk dilinin qrammatik qanunlarına söykənən semantik deşifrə, onun öz təbirincə desək, semantik və fonetik modelləşdirməyə məruz qoymasıdır. Bu, türklərin Babildə və Ön Asiyada yaranmalarına ən güclü və tamamilə yeni arqumentdir. Tədqiqatçının nail olduğu bu və ya digər nailiyyətlər də məhz bunun sayəsində mümkün olub.
Təşbehlə desək, bu, Türkün və türk dilinin etnogenezi barədə özlərinin uydurduqları nimdaş, doqmatik nəzəriyyələrindən ürpəşmiş halda dördəlli yapışan avrosentristlərin başında partlayacaq ağır bombadır.
27.06.2019 - Kazan şəhəri
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!