Babalarının kitabını oxumayan ermənilər, yaxud yenidən xortlayan ermənilik - Sərvaz HÜSEYNOĞLU

Sərvaz HÜSEYNOĞLU

 

Doğru olanı odur ki, "qara gün göydən gəlmir, hal-əlbət, nadanlığın bəlasıdır..." Hesab edirəm, eyni yaşam tərzindən, eyni düşüncədən gəlir erməni bədbəxtliyi. Zaman-zaman öz nadanlıqlarının, yalanlarının bədəlini ödəyirlər. Ən azından, dədələrinin yazdığı kitabları oxumadıqlarına görə. Necə ki, Qarabağ seperatçılarının eks liderləri Bako Saakyan, Arkadi Qukasyan və Ermənistan parlamentində təmsil olunan "Şərəfim var" fraksiyasının rəhbəri Artur Vantesyan öz babalarının kitablarını oxumurlar. Və oxumadıqlarına görə də başlarına gələn bəlalar öz nadanlıqlarının bəlasına dönür. Belə ki, 2 sentyabr 2021-ci ildə doğma Xankəndi şəhərimizdə bir araya gəlib millətçi "Daşnakstuyun"un ofisini açıblar. Fərqinə də varmayıblar ki, həmin dəqiqələrdə gorbagor babaları, Ermənistanın ilk Baş naziri olmuş Ovanes Kaçaznuninin ruhunu həddən ziyadə təhqir ediblər. Ən azından, öz babalarının yazdıqlarını oxumadıqlarına, öz keçmişlərinə tüpürdüklərinə görə... Yəni, Ermənistanın ilk Baş naziri olmuş Ovanes Kaçaznuni hələ 1927-ci ildə Tiflisin "Zakkinqa" nəşriyyatında çap etdirdiyi "Daşnak partiyasının artıq yapa biləcəyi bir şey yoxdur" adlı kitabında erməni millətçilərinə, gələcək nəvə-nəticələrinə anlatmaq istəmişdi ki, artıq Daşnakstyun ideyaları iflasa uğrayıb, gəbərib, tarixin girdabına kömülüb, gorbagor olub. Unudun bu axmaq xülyaları, gedib aşığınızı atın... Erməni də olsa, ağıllı erməni imiş! Neynəsin ki, bic-vələdüzna torunları öz babalarının sözünü eşitmir, yazdıqlarını oxumurlar. Oxusaydılar görərdilər ki, O.Kaçaznuni babalarının "Daşnak partiyasının yapacağı bir şey yoxdur" kitabında yazılanlar onun (yəni Ermənistanın Baş nazirinin) Daşnakstyunun 1923-cü partiya konfransına ünvanladığı raportun materiallarını bir araya gətirib. Həmin parortda Ermənistanın Baş naziri aydın şəkildə diqqətə çatdırır ki, külli-Qarabağın Ermənistana heç bir dəxli yoxdur, bu ərazilər başdan-başa Azərbaycan bölgələridir. Ermənistan Baş naziri paportda bunu etiraf edirdi, ancaq millətinə xas vələdüznalıqla onu da qeyd edirdi ki, guya 31 martda müsəlmanların vəhşicəsinə qətlə yetirilməsində bircə erməninin də əli yoxdur, bu qırğın mart ayında bolşevik-Müsavat çatışması sırasında meydana gəlib. Baş nazir sırf erməni tülkülüyü ilə "erməni daşnakları" əvəzinə "bolşeviklər" yazıb. Bu qırğınların baisinin ruslar olduğuna işarə edib. Amma hər halda, hadisələrin baş verdiyi məkanların Ermənistanın dışı, Azərbaycan bölgələri olmasını da öz dəsti-xətti ilə təsdiqləyib...

Bu günün erməni seperatçıları babalarının əl yazısından, dəsti-xəttindən xəbərsizdilər. Bəlaları buradan gəlir. Unudurlar babalarının elə həmin adıçəkilən kitabda gələcək torunlarına ünvanlanmış vəsiyyətlərini. Yəni, daşnakların öz mətbu orqanı olan "Apaç"ın 20 avqust 1920-ci il tarixli sayında yer alan məqalədə yazılanları: "Əgər erməni xalqı öz varlığını qorumaq istəyirsə rus deyil, türk yöneliminə sahib olmalıdır" (Bax. "Atəşkəs məsələsi və yönelimi" məqaləsi).

Erməni Baş bakanı etiraf edir ki, öz varlığımızı sürdürmək üçün zaman-zaman türklərlə ortaq anlaşmamızı davam etdirməliydik: "Nə yazıqlar ki, biz bunu bacarmadıq. Biz bunu bəsit nədənlər üzündən yapa bilmədik. Çünki türklərin (özəlliklə, Türkiyənin) necə bir üstün qüvvələrə sahib olduğunu bilmirdik və öz gücümüzdən çox əmin idik. Əsas yanlışlığımız buradadır... Nəticədə biz 1920-ci ilin payız aylarında türklərin gözündə zəlil, yox sayılabiləcək bir hala gəldik... Biz indi-indi anlayırıq ki, 1920-ci ilin payız aylarında türklərlə anlaşa biləcəydik, daha çox şey qazana bilərdik. Amma o zamanlar bunu anlamır, anlaya bilmirdik... Savaşdan qaçmadıq. Bu savaş bizim tam və qəti məğlubiyyətimizlə sonuclandı... Ordumuz silahlarını buraxıb meşələrə, kəndlərə dağıldı".

Eynilə, 1920-ci ilin payız günlərində də 44 günlük tarixi Zəfər döyüşlərimiz zamanı erməni ordusunun düşdüyü vəziyyət yaşanıb demək. Tarix unudulmur, tarix unutmur. Təkrar olunur. Bu deyilənlər çağdaş ermənilərin babaları tərəfindən etiraf olunur. Onların öz yazdıqlarıdı. Öz ilk Baş nazirlərinin etirafıdır ki, (hələ ötən əsrin əvvəllərində) Ermənistan indiki halda müstəqil dövlət qura bilmək gücündə deyil, fəqət, dövlət qurmaq istəyən bir ünsür olaraq ermənilər Azərbaycan və Gürcüstan respublikalarında yaşayan soydaşlarını bir araya gətirməli, onlara söykənməlidirlər. Çağdaş ermənilərin babaları, o cümlədən Ovanes Kaçaznuni hələ ötən əsrin 20-ci illərində erməni daşnaklarına dönə-dönə anladırdılar ki, "Ermənistanda öz gücünə söykənərək idarəçilik qura biləcək heç bir sinif, təbəqə, partiya və yaxud qrup yoxdur. Ölkəmizdə bu idarəçiliyi, sadəcə, xaricdən gələn yabançı bir güc təsis edə bilər".

Ermənistanın ilk Baş naziri öz başıpozuq millətinə hələ ötən əsrin 20-ci illərində israrla anladırdı ki, rus hegemonluğundan qurtula bilmək üçün Qərbdən dəstək gözləmək bizim ən böyük səhvimizdir: "Bu gün artıq belə sərsəm ümidlər bəsləməyə haqqımız yoxdur... Ermənistan Rusiyasız yaşaya bilməz, əlacımız Rusiyadır, başqa yol yoxdur".

Təəssüf ki, bu gün erməni seperatçıları, elə onlara havadarlıq edən bir çox Rusiya siyasi dairələri də daşnakların fikir babalarının öz əllərilə yazıb tarixləşdirdikləri bu tarixi gerçəklikləri görməzdən gəlirlər: "Daşnaklar bolşevik (yəni, rus) adını eşitdiklərində "şeytanı inkar edirik" deyə şivən qoparırlar" (Bax: Ovanes Kaçaznuni. "Daşnak partisinin yapacağı bir şey yox". İstanbul, 2014. səh. 101). Yeri gəlmişkən, nə yazıqlar ki, çağdaş İran siyasi dairələrində ermənilərə dəstək verənlər də daşnak tör-töküntülərinin vaxtilə "İranın çörəyini yeməkdənsə rus otunu otlamaq yaxşıdır" bəyanını unudurlar (bax: S.N.Qlinka: Ermənilərin Azərbaycana köçürülməsi. "Azərbaycan nəşriyyatı. Bakı, 1995, səh.30). İlk Baş naziri hələ ötən əsrin 20-ci ilərində vandalizm daşıyıcısı olan Daşnakstyün partiyasının sui-qəsdçi ideoloqlarına etiraz edirdi ki, "siz ağızları qapatmaq, həqiqəti danmaq, doğru fikirləri pərdələmək istəyirsiniz, ancaq öz gücünüzə inanmırsınız. Sizin qəlbləriniz qorxu, təlaş və tərəddüdlə doludur. Siz qorxaqsınız?"

Üstündən tam yüz il keçib. Ancaq o qorxaq, təlaşlı daşnak ünsürləri, androniklik hər gün yenidən xortlayır, öz babalarının vəsiyyətlərini yenidən unuda-unuda özgə torpaqlarında yeni bir "Daşnakstyun" partiyası ofisi açmaqla yeni bir xalqlararası ədavət ocağı körükləmək iblisliyindən əl çəkə bilmirlər.

Onlar üçün qara gün göydən yox, öz nadanlıqlarının bəlası olaraq gəlir. Öz nadanlıqlarının qurbanlarına çevrilirlər...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!