Sevinc Nuruqızının “Melissa” nağıl-romanı Türkiyədə çap olunub

 

Tanınmış uşaq yazarı Sevinc Nuruqızının “Melissa” nağıl-romanı Türkiyədə çap olunub.

Edebiyyatqazeti.az xəbər verir ki, Akçağ yayın evində işıq üzü görən romanı Türkiyə türkcəsinə İmdat Avşar tərcümə edib.

Xatırladaq ki, S.Nuruqızının bu əsəri Türkiyədə keçirilən 9. İlesam-Akçağ uşaq ədəbiyyatı roman, hekayə və nağıl - 2018 (KİTAB DOSYASI) müsabiqəsində roman nominasiyasının qalibi olmuşdu. Yarışmada birincilik qazanan əsərlər Akçağ yayın evi tərəfindən kitab şəklində nəşr olunur.

 Qeyd edək ki, “Melissa” romanı 9-11 yaş uşaqların mütaliəsi üçün uyğundur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!