Bəstəkar Nailə Mirməmmədli vəfat edib

Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru, bəstəkar Nailə Mirməmmədli vəfat edib.

Faktı BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva jurnalistlərə təsdiqləyib.

Günel Orucəliyeva qeyd edib ki, N.Mirməmmədli bu gün dünyasını dəyişib: “Hələlik onun ölüm səbəbi məlum deyil”.

Allah rəhmət eləsin!

Yaradıcılığı

  1. "Bir əli torpaqda, bir əli Haqda" - Yunis İmrə dastanına simfonik poema (söz: Zəlimxan Yaqub)
  2. "Yeni Azərbaycanım" - Yeni Azərbaycan Partiyasının himni simfonik orkestr və xor üçün əsər (söz: Zəlimxan Yaqub)
  3. "Azərbaycan" - Xor əsəri
  4. "Azərbaycan səs salacaq" - Xor əsəri
  5. "İstiqlal günü" - Simfonik orkestr və xor üçün əsər
  6. "Sülh" - Simfonik orkestr, xor, solist üçün oda
  7. "Xocalı" - Simfonik orkestr, xor, solist üçün oda
  8. "Laçın intizarda, Şuşam dardadır" - Simfonik orkestr, xor, solist üçün oda
  9. "Azərbaycan bayrağı" - Nəfəs alətləri orkestri, xor, solist üçün marş
  10. "Çağırış" - Nəfəs alətləri orkestri, xor, solist üçün marş
  11. "Zəfər himni" - Simfonik orkestr və solistlər üçün himn (söz: Baba Vəziroğlu)
  12. "Ulu Öndər" - Simfonik orkestr və xor üçün oratoriya
  13. "Qalib olunca güləş" - Azərbaycan Güləş Federasiyasının himni
  14. "İrəli Nefçi" - Nefçi komandasının himni
  15. "Əlvida" - Romans (söz: prof. Nərgiz Paşayeva)
  16. "Ana" - Romans (söz: Səməd Vurğun)
  17. "Arzu" - Mahnı (söz: Vüqar Əhməd)
  18. "Mən sənətkaram" - Mahnı (söz: Vüqar Əhməd)
  19. "Ayrılma məndən" - Mahnı (söz: Könül Nazimqızı)
  20. "Söylə" - Mahnı (söz: Dilarə Şahid)
  21. "Qovuşmaz" - Mahnı (söz: Şahnaz Nəsirova)
  22. "Vətən" - Mahnı (söz: Zivər Ağayeva)
  23. "Azərbaycan" - Mahnı (söz: Abdulla Qurbani)
  24. "İstəmirəm" - Mahnı (söz: Baba Vəziroğlu)
  25. "Gəl ki," - Mahnı (söz: Əhmədağa Şahin)

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!