Əllərin kiçik qar dənəcikləri, o qədər zərif, məsumdur ki... - Səma Muğanna

 

Tək kəlmə deyil, bir baxışınla vuruldum...

Sanki qəlbin şəraba bənzəyir,

Gözlərin dənizin dalğası kimi sərt,

Əllərin kəpənəyin çiçəyə qonduğu kimi incə.

Amma...

Amma mən səni sevə bilmərəm,

O qədər məsumsan ki,

Səni öz dünyamla kirlədə bilmərəm...

Bax, qəlbini şəraba bənzətdim,

Düşün ki, o şərabı qoruyan fincan

                        bir gün parça-parça ola bilər.

Şərab isə yağışın göz yaşları kimi axıb, tərk edər...

Səni sevsəm də, uzaqdan sevəcəm.

Həsrətli baxışlarla yolumu gözləmə...

***

Düşün, saçların bir göy qurşağıdır.

Günəş kimi parlaq bir qəlbin,

Əllərin kiçik qar dənəcikləri

O qədər zərif, məsumdur ki,

Toxunamadım, susdum.

İçimdən ağladım səni izləyərək...

***

Elə baxma, ölürəm...

Sanki indi göy üzü qışqırıb, ağlayacaq.

Heç düşünmüsən o qəlb, ruh haradadır?

Sus, heç bir şey söyləmə,

Sadəcə məni dinlə.

Yaralıyam, qəlbim həbsxana,

Ruhum vampir...

Ölürəm... Görmürsən?

İndi al əlinə o silahı,

Vur, yarala, öldür, işgəncə ver...

Yetər ki, elə baxma.

Çox üşüyür bu əllər sənsiz,

Çox qırıldı bu qəlb sənsiz...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!