İnsan özünü xoşbəxtliyə yalandan inandırsa belə, gözəldir. Çünki bu, şəxsə rahatlıq gətirir. (Lope de Veqa)
Xoşbəxtliyin dünən adlı keçmişi yoxdur. Onun indisi var, o indi də anlardan ibarətdir.
İnsanların ən böyük səhvi xoşbəxtliyinin uzaqda olmasını düşünməyindədir. Bəlkə də xoşbəxtlik ayağına gəlib, xəbəri yoxdur. (D.Bokaçço)
Biz xoşbəxt olduğumuz zaman mehriban oluruq. Amma bu o demək deyil ki, bütün mehriban insanlar xoşbəxtdirlər. (O.Uayld)
İnsan layiq olduğu məqamda olanda xoşbəxtdir. (Vovenarq)
Xoşbəxt olmaq istəyirsən? Öncə əzab çəkməyə öyrənməlisən. (Turgenev)
Xoşbəxtlik qocalığı yox edir. Hər şeydə gözəllik görə bilən insan qocalmır. (F. Kafka)
Xoşbəxtliyi tapmaq asan, qorumaq isə çox çətindir. (Publiy)
Xoşbəxtlik onu gözləyənlərə gəlir.
İnsan ancaq öz Məni ilə həmahəng mühitdə xoşbəxt ola bilər. (Əbu Turxan)
Kiminsə xoşbəxtliyinin arxasında kiminsə fədakarlığı dayanır. (Əbu Turxan)
Bədbəxt insan başqalarının ağrı-acısı ilə rahatlıq tapan şəxsdir. (Sədi Şirazi)
Bütünlüklə xoşbəxt olmaq üçün, ona layiq olmaq lazımdır. (Höte)
Xoşbəxt olmaq üçün özünə azadlıq verməyi bacarmalısan. (Kapitsa)
Xoşbəxtlik yanğısı insan tərəfindən heç vaxt tükənmir. (Russo)
Hər kəsin xoşbəxt olmağa ixtiyarı var. Hər kəs xoşbəxtliyini qura bilər. Qəribəsi odur ki, xoşbəxtliyini qura bilməyənlər bədbəxtdirlər. (Şevelyov)
İnsan öz xoşbəxtliyinin yaradıcısıdır. (Appiy)
Pul olduğu zaman anlayırsan ki, xoşbəxtlik pulda deyilmiş. (Krutier)
Xoşbəxtlik ardınca qaçma, o, sənin özündədir. (Pifaqor)
Özünü bədbəxt olduğu halda xoşbəxt kimi göstərən insan bədbəxtliyə məhkumdur. (Seneka)
İnsan xoşbəxt olduğu zaman yaşayır. Qalan vaxtlarda isə ömür sürür. (Derkaç)
Dünyaya xeyir verə bilmək xoşbəxtlikdir. (Andersen)
Daxili zənginliyini kəşf edən insanlar xoşbəxtdirlər. (Şopenhauer)
Evində xoşbəxt olan insanlar, bütünlükdə xoşbəxtdirlər. (Tolstoy)
Evli insanın xoşbəxtliyi evli olmadığı insandan asılıdır. (O.Uayld)
Rus dilindən tərcümə etdi, Günel EYVAZLI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!