Mənə elə yaxınsan ki,
O yerdə olmasam əgər,
sən də olmayacaqsan...
Elə yaxınsan ki,
əllərin çiyinlərimdə
mənim əllərim kimidir.
Gözlərini yumarkən
o mənəm ki, yuxuya gedirəm...
Bu gecə ən qəmli şeiri yaza bilərəm...
...bəlkə yaza biləm.
Gecə ulduz yağışıdır,
həm də titrək
maviyə bürünmüş ulduzlar uzaqlarda
nəğmə oxuyur və
gecə küləyi göydə burulur...
Bu gecə ən qəmli şeiri yaza bilərəm...
Sevirdim onu,
O da sevirdi gahdan məni...
Onu qucağıma alırdım belə gecələrdə,
dəfələrlə öpürdüm sonsuz göyün altında...
Sevirdi məni,
Mən də sevirdim gahdan onu...
Onun ipiri barış gözlərinə
necə ürək verməyə bilərdim?
Bu gecə ən qəmli şeiri yaza bilərəm...
Onun yoxluğu,
onu itirmək,
uzun gecələr...
Onun yoxluğunu bilmək
şeir canıma caynağını salırdı
bir jalə kimi çəmənə...
Qorxum yox idi əgər,
Sevgimi saxlamağa gücüm olsaydı.
Gecə ulduz yağışdır...
Və o, mənimlə deyil
Elə bu qədər!
Uzaqlarda kimsə nəğmə oxuyur...
Uzaqlarda
ürəyim itirməyinə razı deyil
sanki onu yaxınlaşdırmağa...
Gözüm onu axtarır,
ürəyim onu istəyir
Və o mənimlə deyil!
Elə həmin gecədir ki,
elə həmin ağaclar ağarır...
Amma biz həmin deyilik,
öncəkilər kimi deyilik.
Daha sevmirəm onu!
Bəli..!
Amma bəlkə sevirdim onu...
Səsim külək arxasıncaydı ki,
səsim qulaqarına çatsın.
Başqa birisinə aid,
Başqa birisinə aid olacaqdı.
mənim öpüşlərimdən öncəki kimi.
Səsi,
aydın bədəni,
sonsuz gözləri...
Daha sevmirəm onu.
Bəli!
Amma bəlkə sevirdim onu...
Sevgi qısadır,
unutqanlıq isə uzun.
O gecələr kimi ki, onu qucağıma çəkdim...
Onu itirməyə razı deyildi ürəyim.
Bu ən son dərddir ki ondan mənə çatır,
bu ən son şeirdir ki onunçün yazıram...
***
Səni qadın adlandırdım...
Nə çoxdur səndən hündürlər, hündürlər,
nə çoxdur səndən aydınlar, aydınlar...
Amma sən bircə qadınsan.
Küçədən keçirsən,
və çəkmirsən kimsənin baxışını arxanca.
Görmür kimsə başındaki tacı,
baxmır kimsə ayağın altındakı
qırmızı xalçaya...
...Və sən peyda olan zaman
bütün çaylar nəğməyə dönür
mənim canımda,
rənglər göyü titrədir.
...Sadəcə, sən və mən,
sadəcə sən və mən, sevgilim
qulaq asırıq ona!
Sevgi!
Səni görmədən,
baxışını tanımadan,
dərk etmədən
sevirdim...
Bundan öncə də səni görmüşəm
bəlkə də
bir şərab bardağını qaldırarkən
həmin gitaraydın...
Bəlkə də
Səni düzgün dilləndirə bilmədim...
Sevirdim səni,
dərk etmədən.
Sevirdim
səni görmədən...
Və birdən sən mənimlə
tək-tənha ordaydın.
Toxunurdum sənə,
sığal çəkirdim...
Yaşayırdım ərazində
ildırım od olan təki.
Od sənin ərazindir, ey hökmdarım!
***
Xatırlayacaqsan
bir gün
sevgidən islanmış bir quşu
ya da bir şirin ətri...
Və çayın rəqsini damcı-damcı
sevişirlər sənin əllərinlə.
Xatırlayacaqsan
bir gün yer üzündən bir hədiyə
qızıl rəngindən gül kimi
ya da bir ot kimi
doğulurlar səndə...
Xatırlayacaqsan
qovuqdan olan bir dəstə gül
daşdan düzüləcək.
O zaman düz "heç vaxt" kimi
Mütləq "həmişə" kimi olacaq!
...əllərini mənə ver ki,
oralara gedək.
Orda ki heç bir şey
heç bir şeyi gözləməkdə deyil.
Ora ki hər şey təkcə
bizim intizarımızdadır...
***
Ölməyim gələrkən
əllərini gözlərimin üstünə qoy,
ölməyim gələrkən
qoy, əllərinin buğdaları
bir daha da təravəti
mənim zirvələrimdə uçsun...
Qoy, incəliyi taleyimin təfsirində bitsin.
Hiss etməyim gəlir
ölməyim gələrkən...
İstəyirəm ölməyim gələrkən
yaşayam yenə də,
yenə də qulaqların küləyin səsini eşitsin...
Istəyirəm sənlə
sevdiyin dəniz ətrini içimə çəkəm.
Sahildə atdığımız addımları
adımlayam yenə də ki,
səninlə diri qalam,
səndə diri qalam...
Bütün sevdiklərimi istəyirəm
sən yaşayasan!
Sevirdim!
***
Gözlərinin rəngi,
Ah… gözlərinin rəngi
ayın rəngində olmasa da,
istədiyim külək olmasa da
bu sarı ləhzədə
payız kimi üzüm ağacından yuxarı gedir.
Elə mən də
bir üzüm ağacı kimi söykənmişdim...
Ah… əzizim,
sən varkən
hər şey var,
hər şey!
Qumlu səhralardan zamanadək,
ağacdan yağışadək
sən varkən
hər şey var!..
***
Bir azca... azca..
sevməzsənsə məni
Mən isə
siləcəm səni ürəyimdən
Bir azca...bir azca...
birdəfəlik unutsan məni
daha arxamca gəzmə
Çünkü
mən səndən öncə unutmuşam səni...
***
Saçlarına törən tutmaq üçün
macal yoxdur daha
Saçlarına telbətel şeir yazmağa...
Sevgini qazanmaq üçün düşünür başqaları
Amma mən sadəcə səni
seyr etmək istəyirəm.
İtaliyada səni "Medusa" səsləyirlər...
Saçlarının başlanğıcını bir-bir
tanıyır mənim ürəyim.
Saçlarının yolunda itərkən
unutma məni!
Yadına sal ki,
sevirəm səni!
Bu qaranlıq dünyada sənsiz
qoyma ki, qeyb olum.
Sənin saçların...
Bu kədərdən hörülmüş
Mənə yolu göstərəcəklər
ancaq unutmamaq şərtilə...
***
Bir oturacaq ver mənə...
Fırtına içində
mənim üçün bir oturacaq.
Və hamı üçün...
Təkcə təsəlli üçün yox.
Yorulmuş canlar ki,
hər bir hədəfə görə,
hər kəsə görə
yorulanlar üçün
bir az da düşünmək üçün.
...Bir nəfərlik oturacaq
rahatlıq nişanəsidir !
İndicə mənimkisən !
Röyalarında mənim röyamla dincəl.
Sevgi, kədər, iş...
Hamısı yuxuya getməlidirlər.
Gecə görmədiklərini görür
Və sən inci bir Kəhrəba kimi
uymusan kənarımda.
Röyalarda uyuyan yoxdur
sevgidən başqa.
Yola düşürük
birlikdə zaman dalğaları tərəfə...
Kimsə mənimlə kölgələr arasına
səfər etməyəcək
Sadəcə sən!
Həmişə payızsız,
həmişə parlaq,
həmişə aydın...
...əllərin bundan öncə
yumruqlarını açdılar
İzin ver yumşaqlığını
bizim tərəfə etsinlər,
Gözlərin qanad açsın ki,
bir cüt kül kimi uça bilək...
...Sonra məni məndən alan
o dəniz arxasınca
Gecə...dünya...külək onsuz yaşayır.
Sənsiz sənin röyana dönürəm
Elə bu...
Və bu elə hər şeydir.
Tərcümə edəni: Ümid Nəccari
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!