ANAR
Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumunun iştirakçılarını ürəkdən salamlayıram. Əlamətdardır ki, bu tədbir gözəl və qədim Qırğızıstan torpağında baş tutur - qəhrəman Manasın, mənim böyük qardaşım Çingiz Aytmatovun, unudulmaz dostlarım Mar Bayciyevin, Talamuş Okeyevin vətənində.
Foruma dəvət edildiyimə görə dərin minnətdarlığımı bildirirəm. Təəssüf ki, ailə vəziyyətim bu dəvəti qəbul etməyimə imkan vermədi. Amma bütün qəlbimlə Sizinləyəm və bu beynəlxalq tədbirin ali məqsədlərini Sizinlə paylaşıram.
Xüsusi təşəkkürlərimi mənim qırğız dilində çıxan ikinci kitabıma təşəbbüs göstərənlərə, tərcüməçilərə və naşirlərə bildirmək istəyirəm.
Böyük türk ailəsinin dəyərli üzvü qırğız xalqına, eləcə də dünyanın bütün xalqlarına bu qəliz və təlatümlü vaxtda xoşbəxt gələcək arzulayıram.
Sizi bir daha salamlayıram, əziz dostlar.
ANAR
Azərbaycan Yazıçılar Birliyinin sədri
17 iyun 2026, Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
