"Ənvər Həsənova vida" kitabı çap olunacaq

Görkəmli teatr aktyoru, xalq artisti Ənvər Həsənov haqqında kitab çap olunacaq.

Ədəbiyyat.az xəbər verir ki, "Ənvər Həsənova vida" adlanan kitabın müəllifi, aktyorun yaxın dostu Vasif Ayandır.

Kitabda aktyorun ömrünün son illəri, müəllifin onunla bağlı xatirələri, dəfni ilə bağlı təssüratları əks olunub.

Qeyd edək ki, Ənvər Həsənov bu ilin mart ayında kəskin işemik insult səbəbindən vəfat edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!