Sabah – dekabrın 2-də “Ədəbiyyatsız dünya” adlı esselər toplusu oxuculara təqdim olunacaq.
Qismət Rüstəmovun tərcüməsində işıq üzü görmüş “Ədəbiyyatsız dünya” kitabına məşhur dünya yazarlarının müxtəlif zamanlarda qələmə aldığı ədəbiyyat və sənət məsələləri haqqında esselər toplanıb. Kitab ümumilikdə “dünya ədəbiyyatsız necə olardı?” sualına cavab axtarır.
Topluda Mario Varqas Lyosa, Orhan Pamuk, Vladimir Nabokov, Susan Sontaq, Rolan Bart, Oden və dünyanın digər məşhur söz ustalarının ən vacib esseləri toplanıb.
“Alatoran” nəşriyyatında çap olunan kitab endirimli qiymətə - 5 manata satılacaq. Təqdimat Gənc Tamaşaçılar Teatrında saat 16-dan 18-dək davam edəcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!