Azərbaycanlı yazıçının əsəri Gürcüstanda səhnələşdirilib

 

Tanınmış uşaq yazarı Vüqar Haqverdiyevin eyniadlı pyesi əsasında Gürcüstanın “BEEZ” Uşaq Teatrında “Qarınqulu ayı balası” tamaşası hazırlanıb.

Tamaşanın rejissoru teatrın qurucusu və bədii rəhbəri Binəli İslamoğludur.

Səhnə əsəri balaca aktyorların ifasında hazırlanıb və əsərin başlıca ideyası sevimli heyvanların dili ilə uşaqlara düz danışmağı, dostluğu təbliğ eləmək, eləcə də əyləncəli şəkildə balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürməkdir.

Qeyd edək ki, tamaşanın yaxın vaxtlarda Gürcüstanın Qardabani rayonunda premyerası olacaq. Daha sonra səhnə əsərinin qastrol çərçivəsində qonşu ölkənin digər rayonlarında, həmçinin Azərbaycanda da nümayişi nəzərdə tutulub.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!