“Yenə iki od arasında” romanı sumqayıtlı oxuculara təqdim olunub

Noyabrın 29-da Sumqayıt şəhəri Əli Kərim adına Poeziya Evində yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və imza günü keçirilib.

Tədbir Sumqayıt şəhər İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin, Əli Kərim adına Poeziya Evinin və “Qələm” nəşriyyatının təşkilatçılığı ilə baş tutub. 

Qeyd edək ki, Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr olunmuş “Yenə iki od arasında” romanı “Qələm” nəşriyyatında çap olunub. Kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.

“Yenə iki od arasında” romanının həmçinin Bakı, Naxçıvan, Şabran, Bərdə, Yevlax, Gəncə, Oğuz, eləcə də digər bölgələrdə təqdimatı da nəzərdə tutulur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!