Sizin heç atanız öldümü? - Dünyasını dəyişən atalara mədhiyyə

Həyatımızda gec-tez baş verən yoxluğuyla yara açan bir ad var - Ata. Baharımızı qışa, səhərimizi gecəyə döndərəcək həmin günü nə qədər qovsaq, nə qədər uzaq  qaçsaq da, qurtula bilmirik. Atamı düz 11 il əvvəl - 24 yaşımda itirdim. 24 yaşımda böyüdüm, qocaldım hətta.

Ona sağlığında şeir yaza bilmədiyim üçün elə əzab çəkirəm ki...

Savadına, məlumatlılığına olan ehtiyacımı indi daha çox hiss edir, hər hansı mövzu haqqında "Yanımda olsaydı, soruşardım" - deyə düşünürəm- axı bütün suallara cavabı var idi.

İllərdi özümü inandırmağa çalışıram ki, fotolarda gülümsəyən adam yoxdur artıq. Amma nə özümü, nə də yuxuları inandıra bilmirəm...

***

 

Sizin hiç babanız öldü mü?

Benimki bir kere öldü, kör oldum.

Yıkadılar, aldılar, götürdüler.

Babamdan ummazdım bunu kör oldum.

Siz hiç hamama gittiniz mi?

Ben gittim lambanın biri söndü

Gözümün biri söndü kör oldum.

Tepede bir gökyüzü vardı yuvarlak

Söylelemesine maviydi kör oldum

Taslara gelince hamam taslarına

Taslar pırıl-pırıldı ayna gibiydi

Taslarda yüzümün yarısını gördüm

Bir şey gibiydi bir şey gibi kötü

Yüzümden ummazdım bunu kör oldum

Siz hiç sabunluyken ağladınız mı?

 

Cemal Süreya bu şeiri hər kəsin düşündüyünün əksinə olaraq atası həyatda ikən qələmə almışdır. Eynilə Qars şəhərinə getmədiyi halda "Kars" şeirini yazdığı kimi...

"Günlər" kitabına daxil etdiyi müsahibədə üstüörtülü şəkildə də olsa anasını çox kiçik yaşda itirdiyini, ögey anasının zülmlərini və gənclik illərində atasının ölümünü, bütün bunlarla bərabər yaşadıqları sürgün həyatının da ona əməlli-başlı əzab verdiyini qeyd edir.

Zühal Tekkanata yazdığı məktubda sürgün haqqında deyir: "Bizi yük maşınına oturtdular. Əli tüfəngli iki əsgərin nəzarəti altında. Sonra o iki əsgərlə  birgə yük vaqonuna mindirdilər. Günlərlə davam edən səfərdən sonra bir kəndə çatdıq. İtlər hürürdü. O səyahət, o hürüşmələr, polislər heç biri yadımdan çıxmır. Duyğularım bəlkə də uşaqlıqdakı mənzərələrdən ilhamlanır. Anam sürgündə öldü. Atam da."

Arif Damara yazdığı məktubda isə "Səni bir qohumuma bənzədirəm, ata tərəfdən qohumuma. Amma mən ana tərəfimdən sənətkaram." - deyirdi.

Təəssüf ki, Cemal Süreyanın atası Hüseyn bəy də bənzər tale yaşayır. Cemal Süreya Kamer  babasını həyatda  görməmişdir. Nənəsi Hatice xanım isə uzun ömür sürmüşdür. Hatice xanım şairin həyatında onunla ən uzun tale bərabərliyi yaşayan yeganə qadın idi. Kiçik yaşlarında qardaşı ilə anasının birgə ölümü, üstəlik, atasına qarşı tərəddüd dolu  hisslər bəsləməsi gələcək şeirlərində, nəsr əsərlərində  özünəməxsus yer tutmuşdur.

Hələ dörd yaşı olan uşaq üçün üzləşdiyi çətinliklər çox ağır idi. Cemaleddin arıq, çəlimsiz, nasaz bir uşaq idi. Anasını ölümə aparmış qardaşına qarşı duyduğu neqativ  duyğular ilə eyni ananın övladları olmaq, yəni bir bütünün hissələri olmaq kimi müsbət hissləri də atası özü ilə apararaq çıxıb getmişdir.

Günahkarlıq, əsəb, ölümlə kiçik yaşlarda tanışlıq... Süreya yuxarıdakı şeiri atasının ölümündən dörd il əvvəl yazmışdır.  İllər sonra bir müsahibədə: "Üvercinka" da  çox kədərli şeirlər var... "Sizin hiç babanız öldümü?" də həmçinin. Nəsə nəql edir, amma ibtidai formada" deyə etirafdan qaçsa da, şeir yuxarıda qeyd etdiyim  kimi, tərəddüd dolu  güclü obrazlarla zəngindir.

Cemal ücün əmisinin xatiri daha əzizdi, hətta oğluna da adını qoymuşdur: Memo... Amma şair ata, əmi sevgisindən daha üstün varlığı- ananı axtarır, sevgili qadında da onu axtarmağa davam edir. "Anne çok küçükken öldü. Beni öp, sonra doğur beni" - deyir hətta...

Ata isə Cemalın həyatında uşaqlarını ögey ananın ixtiyarına qoyan, daha sonra onları evdən uzaqlaşdıran şəxsdir. Günlərin bir günü keçirdiyi avtomobil qəzasından sonra beyni asfalt üzərindən oğlu Cemal tərəfindən toplanan adam...

 

Trajedilerin en korkuncu...

Sizin hiç babanız öldü mü

Benim bir kere öldü kör oldum

Yıkadılar aldılar götürdüler

Babamdan ummazdım bunu kör oldum.

 

Bu ata, cənazəsində oğlunun ağlaya bilmədiyi və göz yaşlarının içində, boğazında düyünləndiyi oğulun atasıdır.

Halim Yazıçının "Bütün babalar ölür" adlı şeirində dediyi kimi :

 

Ölür...

bütün babalar ölür

biraz ebemkuşağı

yeşil zeytin gözlerinde hüzün

incir ağacının altında yatan narin

kaşlarının kıvrımı çandarlı körfezi

bin yıllık zeytin ağacının kırılan dalları

kırılan bir ömrün yapraklarıyla öylece durur

ölür

bütün babalar ölür.

***

 

Bir də Küçük İskender var, İskenderin atası var, İskenderin atasına yazdığı şeir var. Hələ kiçik yaşlarında öldürülən atasının yerinə ata oldu İskender Över. Küçük İskender oldu beləcə...

Atası ilə olan dərin münasibətləri haqqında sarsılmadan oxumaq olmur:

"Atamın məni kürəyinə alıb evin içində gəzdirməsini və bundan çox qorxduğumu yaxşı xatırlayıram. Görəsən, indi heç kimi əzməməyim, heç kimin ayağını basmamağım buna görədirmi?

 Anamın qohumları çətin adamlardı. Problem yaradan və diktator atanın davranışları anamı bezdirirdi. Atam anamı görüb bəyənsə də, anam atamı tanımadan "hə" deyir. İlk illər yoxsulluq içində keçir. İlk illər deyərkən anam məni 18 yaşında dünyaya gətirib-sanki oyuncaq kimi olmuşam: həm sevilən, həm döyülən. Anam yemək bişirərkən mətbəxdə dolabın üstündə əyləşib onu izləyirdim. Yeməyin yeyilməsindən çox, bişirilməsi ilə maraqlanırdım. Yəni nəticədən çox giriş və fəaliyyətin inkişaf hissəsi ilə. Aşiq olmaqdan daha çox aşiq olmağa doğru gedən yolda daxili tarazlığın pozulması kimi. Şeirdən çox, şeirin yaranma səbəbləri. "Son" kəlməsindən uzaq qaçmağımın, mənə hərəkətverici görünməsinin səbəbi də deyəsən budur.

Özümə görə çətin bir uşaqlığım olub. Atam tündxasiyyət adam idi. Bayırda nə qədər canyandıran və ziyalı idisə, evdə o qədər laqeyd və davakar idi. Bəzən yaxınlaşmağa çalışsaq da, adət-ənənəyə olan asılılığını elə həddə çatdırmışdı ki, hətta hər axşam işdən gəldikdə qapıda əlini öpməli idik. Məsələn, şənbə-bazar günləri onunla birgə məcburi günorta yuxusu mənim üçün dustaq olmağa bərabər idi. Bəlkə indi günorta zamanı yata bilməməyim də elə bununla əlaqədardı.

"Siz bir psikanaliz yaptınız, ben de yapayım:

Babanızla birlikte uyuyor olmanızın..."

Bilirəm nə düşünəcəyinizi. Əslində, bizim münasibətimiz sanki gizli şəkildə intiqam izləri ilə dolu idi. Qız uşağı gözlədikləri halda mən gəlmişdim dünyaya - xəyalları alt-üst edən İskender. Adıma baxın İskender, ata babamın adı. Ləqəbim də Dərmandı. Bundan daha mühafizəkar vəziyyət necə ola bilər sizcə? Qeyri-ixtiyari danışan insanların keçmişində məcburi təhsilin yer aldığını görmək təsəlli verir. Özümə inamı hansısa mənada onlara borcluyam. Başqa misal çəkim: solaxay olduğum halda illərlə sol əlimi cibimdə gəzdirdim. O əlimdən istifadə etməmək üçün. Bu gün izləri üzərimdə olan, bədənimin bir-iki yerindəki sümük sınıqlarımı da siyahıya əlavə edə bilərik.

Ancaq sənətlə aşıb-daşan bir evimiz vardı, kitablar, teatr aktyorları, rəssamlar, alimlər. Onlar gəldiyi zaman sevinirdim. Çünki bu zaman döyülməz, söyülməzdim. Özümlə və əşyalarla danışmağı həmin günlərdə öyrəndim. "Quzuların səssizliyi"nə həmin günlərdə son qoyuldu.

Sakit uşaq deyildim, gülməyi və güldürməyi sevirdim. Tənhalığıma sığınmaq deyil, ondan qurtulmaq üçün yollar axtarır, bu yolları özüm yaratmağa calışırdım. Pyeslər, fantaziyalar, şəkilli romanlar, qısa hekayələr, romanlar yazmaqla dostlarım arasında yer tapa bilməyim asan oldu. Varlığı sübut olunan, amma başqa maddələrlə birləşə bilməyən element kimi idim.

"Evinizə gələn teatr sənətçiləri, rəssamlar kimlər idi?... Atanızın dostları idi yəqin ki. Həmin görüşlərlə bağlı bir xatirəniz varmı?"

" Çox ad çəkə bilərəm: Hadi Çaman, Tuncay Özinel, Ali Poyrazoğlu, Kadıköy Xalq Eyitim Sahnesinin aktyorları. Mən özüm də on iki yaşımda Brextin "Müxbir" tamaşasında rol almışdım. Və əlbəttə ki, ədəbiyyatçılar- Afşar Timuçin, Eray Canberk, Bülent Habora, Keyla Şahi, Asım Bezirci. Həmin dövrlərin "İnqilab" və "Aka" nəşriyyatları, "Militan" və "Fəlsəfə" dərgiləri atamla işləyirdi. Xatirə deyərkən yadıma düşdü- Tuncay Özinel məni ayaqlarımdan tutub başı aşağı saxlamağı çox sevirdi nədənsə. Bir dəfə qəzəblənib qayçı ilə hücum etdim ona. Ondan sonra bir də belə etmədi."

"Şeirlərinizdə "ata" önəmli bir fiqur kimi heç vaxt gözümə sataşmayıb, bəlkə də buna diqqət yetirməmişəm. Amma bir az əvvəl danışdıqlarınıza əsasən həyatınız və şəxsiyyətinizin formalaşmasında atanızın  çox böyük rolu oldugunu anladım. Digər tərəfdən bu sətirləri xatırladım.

 

"Babamı başkaları gömdü

mezarının yerini başkaları biliyor, ben anlamam,

annemle son yüzyıl sevişmedi hiç".

 

"Nə vaxt tapa bildim ki, itirim?! Siluetinin hafizəmdən silinməsi üçün uzağı altı il lazımdı. Hörmətli adı qaldı arxada, amma hörmətəlayiq ata idimi, bunu ailə həkimlərimizdən soruşmalıyıq. Qəzəbi suallara döndü və neqativ cavablarını həyatın özündə deyil, ailəsinin onu başa düşməməyində gördü. Əzilən ana rəsminin ağlımda yer almasındakı rolunu unuda bilmərəm. Belə demək olar - Kafka ailəsi.  Evdəki mübarizədə hamımız tənha idik."

 

Bu da Küçük İskenderin "Baba - 2004"şeiri

babamı başkaları gömdü

mezarının yerini başkaları biliyor, ben anlamam,

annemle son yüzyıl sevişmedi hiç

on bir eylül'ü görmedi bush'u tanımaz

gizli devletin televizyon dizileriyle de buluşmadı

oğlunun evini soyan sözde bakuninistlerle de,

anarşizmi serserilikle,

            sömürüyle, hırsızlıkla, ihanetle

bir tutan onursuzlara o olsa

o da su ve aş verirdi

can verirdi en azından lobi kuran

tabut stepnesi sahte sosyalistler kadar...

 

Xatirə NURGÜL


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!