“Bəxtiyar Vahabzadə. Həyatı, mühiti və yaradıcılığı” adlı monoqrafiya çap olunub

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun baş elmi işçisi filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Bəxtiyar Vahabzadə. Həyatı, mühiti və yaradıcılığı” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çap olunub. “Sənətkarın elmi pasportu seriyası”nın 32-ci nəşri olan kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib.

İnstitutdan Edebiyyatqazeti.az-a bildirilib ki, kitabın elmi redaktoru və “Milli istiqlal şairi Bəxtiyar Vahabzadə” başlıqlı “Ön söz”ün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Nəşrin məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, rəyçiləri isə fəlsəfə elmləri doktoru Rahid Ulusel və filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoydur.

Monoqrafiyada Bəxtiyar Vahabzadə poeziyasının milli və bəşəri qaynaqları, onun mövzu, ideya-məzmun və bədii forma mündəricəsi, şairin azərbaycançılıq, türkçülük və dinçilik baxışları, Azərbaycan milli ideyasının təkamülü yollarında mücadiləsi ədəbi-fəlsəfi və ideoloji kontekstdə əksini tapıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!