Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş müsabiqə keçirilib - FOTOLAR

 

 

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi layihələr qrant müsabiqəsinin qalib layihələrindən biri Elmira Kərimovanın rəhbərlik etdiyi “Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş müsabiqə”dir.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 7 yanvar tarixində Azərbaycan İncəsənət Məktəbində həyata keçirilib. Layihə çərçivəsində qeydiyyatdan keçən yüzə yaxın gəncdən iyirmisi müsahibə mərhələsindən uğurla keçərək iştirak haqqı qazanmışdır.

Müsabiqə zamanı gənclər tamaşa və şeir nominasiyaları üzrə istedadlarını sərgiləyiblər. Çıxışlar Azərbaycan Respublikasının Xalq artisti, professor Məmmədsəfa Qasımov, pedaqoq, aktyor Məhəmməd Verdizadə və Azərbaycan İncəsənət Məktəbinin təsisçisi, aktyor Fərid Bağırovdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qalib gənclər hədiyyə və sertifikatla, layihədə aktiv iştirak edən gənclər isə sertifikatla mükafatlandırılıblar.

Müsabiqə zamanı Hüseyn Cavid yaradıcılığının ədəbiyyatımızda rolu, onun həyat yolu və əsərləri barədə gənclərimizə ətraflı məlumat verilib. Layihənin əsas məqsədi gənclərin ədəbiyyata olan marağını artırmaq və bədii ədəbiyyat sahəsində bilik və bacarıqlarının təkminləşdirilməsinə yaxından dəstək olmaqdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!