“Müstəqillik dövrü Azərbaycan nəsrində tarixi yaddaş problemi (1990-2010)” adlı kitab çap olunub

 

Filologiya elmləri üzrə fəlsəfə doktoru Nigar Aslanovanın “Müstəqillik dövrü Azərbaycan nəsrində tarixi yaddaş problemi (1990-2010)” adlı monoqrafiyası işıq üzü görüb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının 14 sentyabr 2022-ci tarixli iclasının qərarı ilə nəşr olunan kitabda müstəqillik illəri Azərbaycan nəsrinin keçdiyi özünəməxsus inkişaf yolu tədqiq olunub, 1990-2010-cu illəri əhatələyən dönəmdə qələmə alınmış nəsr nümunələrində tarixi yaddaşın inikası məsələlərinə geniş yer ayrılıb.

 Kitabın elmi redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, dosent Elnarə Akimova, rəyçiləri AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Tehran Mustafayev,  filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov və filologiya üzrə fəlsəfə doktoru, dosent Razim Məmmədovdur. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!