Vidadi Qafarovun "İslam İbrahimov - həyat və sənət həqiqətləri" kitabı çap olunub

 

"Qanun" nəşriyyatı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovun "İslam İbrahimov - Həyat və sənət həqiqətləri" kitabını nəşr etmişdir. Kitabda XX əsrin 50-60-cı illərində Azərbaycan ədəbi-tənqidi prosesinin inkişafında xüsusi rol oynamış, sənətşünas, ədəbiyyatşünas, estetik, tənqidçi, yazıçı, dramaturq, tərcüməçi, pedaqoq kimi çoxşaxəli fəaliyyət göstərmiş İslam İbrahimovun həyat və yaradıcılığı yaşadığı dövrün tarixi-ictimai, siyasi-ideoloji müstəvisində araşdırılır. Kitab İslam İbrahimovun 100 illiyinə ithaf olunub.

Kitabın elmi məsləhətçisi sənətşünaslıq namizədi, dosent Novruz Təhməzov, elmi redaktoru Azərbaycan MEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Tehran Əlişanoğlu, rəyçilər Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə və filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turandır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!