Məmməd İsmayıl beynəlxalq mükafat aldı

Mərkəzi ofisi Brüssel və Priştinada yerləşən Beynəlxalq Yazıçılar Birliyinin  

Peter Bogdani mükafat komitəsi ənənəvi olaraq hər il  noyabr  ayının 27-də Peter Bogdani ədəbiyyat mükafatının  və medalının  sahiblərini elan edir.

Bu mükafata  bir qayda olaraq yaradıcılıqları ilə ədəbiyyatda önəmli iz buraxan və fərqlənən şairlər layiq görülür.

Builki mükafatlar Hindistandan Rama Krisha Peruq,Ukraynadan Aleksandr Korotka, Moldavyadan Nicolae Dabija, Qazağıstandan Kairat Desenova və həmyerlimiz şair Məmməd İsmayıla verilib. 

Diplom və medalların təqdimatı 2018-ci il yanvar ayının 26-da Parisdə olacaq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!